Azərbaycan Milli İqtisadiyyat Olimpiadasının (AZMİO) qeydiyyatı davam edir.
Beynəlxalq International Economics
Olympiad (IEO)-un rəsmi milli seçim mərhələsi olan AZMİO bu il də
ölkə üzrə istedadlı şagirdləri bir araya gətirəcək. Olimpiadanın seçim turu
25 yanvar tarixində Bakı Biznes Universitetində keçiriləcək.
AZMİO Global Olympiad Center (GOC)
tərəfindən iqtisadiyyat və maliyyə sahələrinə marağın artırılması, istedadlı
şagirdlərin təşviq edilməsi və bu istiqamətdə akademik potensialın inkişaf
etdirilməsi məqsədi ilə ödənişsiz təşkil olunur.
Seçim turunda iştirak edən şagirdlər iqtisadiyyat
və maliyyə sahələri üzrə bilik və analitik bacarıqlarını sınayacaqlar.
AZMİO iki mərhələdən ibarətdir: Seçim turu və Final turu.
Olimpiadada şagirdlər iki kateqoriya üzrə yarışırlar:
Junior (5–8-ci siniflər) və Senior
(9–11-ci siniflər).
Seçim turunun nəticələrinə əsasən ən
yüksək nəticə göstərən 30% şagird final mərhələsinə vəsiqə qazanacaq. Final
mərhələsində iştirakçıları daha çətin və çoxşaxəli imtahan strukturu gözləyir.
Şagirdlər bu mərhələdə 25 iqtisadiyyat sualı, 20 test tipli maliyyə
sualı və 5 açıq tipli maliyyə tapşırığını cavablandıracaqlar.
IEO-nun Azərbaycan üzrə rəsmi nümayəndəsi
olan Global Olympiad Center (GOC) AZMİO vasitəsilə şagirdlər arasında beynəlxalq
səviyyəli iqtisadi düşüncə mədəniyyətinin formalaşdırılmasını və onların akademik
və peşəkar gələcək imkanlarının genişləndirilməsini hədəfləyir.
Final mərhələsinin nəticələrinə əsasən ilk
5 şagird qızıl, 10 şagird gümüş, 15 şagird isə bürünc medalla
təltif olunacaq. Ən yüksək nəticə göstərən 5 şagird isə Azərbaycanı Çində
keçiriləcək beynəlxalq final mərhələsində, 50-dən çox ölkənin iştirakı
ilə təşkil olunacaq International Economics Olympiad-da təmsil etmək hüququ
qazanacaq