International Spirit of Math Contest - Təlimat
🗓 Tədbirin Tarixi:
1 mart 2026, 11:00
📍 Keçirilmə Məkanı:
Bakı - Bakı Biznes Universiteti,
Sumqayıt - Sumqayıt Dövlət Universiteti
Gəncə - Gəncə Dünya Məktəbi
❓ Kimlər iştirak edə bilər?
1-ci sinifdən 8-ci sinifə qədər hər kəs iştirak edə bilər
☎️ Təcili Əlaqə üçün Məsul Şəxs:
Ləman Əlizadə – Telefon: +994 50 224 51 40
26-cı International Spirit of Math Contest haqqında
International Spirit of Math Contest riyaziyyatda yüksək nəticə göstərən şagirdlər üçün dünyanın ən nüfuzlu beynəlxalq müsabiqələrindən biridir. Bu yarış Kanadada yaranmış və artıq 30 ildən çoxdur ki, minlərlə şagirdin bilik və bacarıqlarını inkişaf etdirməsinə, riyaziyyata marağının artmasına xidmət edir.
Spirit of Math, Kanadanın ən qabaqcıl təhsil brendlərindən biri olaraq, həm riyaziyyat dərsləri, həm müəllimlərin ixtisasartırma proqramları, həm də qlobal səviyyədə təşkil etdiyi olimpiadalarla tanınır. Bu müsabiqə şagirdlərə yalnız öz biliklərini sınamaq imkanı vermir, həm də onların analitik düşünmə, problem həll etmə və özünəinam bacarıqlarını inkişaf etdirir.
Tarixi
Müsabiqə ilk dəfə 1999-cu ildə keçirilmiş və əvvəlcə yalnız Spirit of Math şagirdləri üçün nəzərdə tutulmuşdu. İllər keçdikcə, onun miqyası genişlənərək Kanada ilə yanaşı digər ölkələrin də şagirdlərini əhatə etdi. Bugün isə bu yarış, dünyanın müxtəlif ölkələrində riyaziyyata maraq göstərən minlərlə şagirdin sevimli beynəlxalq platformasına çevrilib.
🧩 İmtahan Strukturu və Mərhələlər
Mərhələlər:
Kateqoriyalar və vaxt bölgüsü:
№ | Sinif | Sual sayı | Müddət |
1 | Sinif 1 | 20 sual | 30 dəqiqə |
2 | Sinif 2 | 20 sual | 30 dəqiqə |
3 | Sinif 3 | 30 sual | 45 dəqiqə |
4 | Sinif 4 | 30 sual | 45 dəqiqə |
5 | Sinif 5 | 40 sual | 60 dəqiqə |
6 | Sinif 6 | 40 sual | 60 dəqiqə |
7 | Sinif 7 | 40 sual | 75 dəqiqə |
8 | Sinif 8 | 40 sual | 75 dəqiqə |
📊 Qiymətləndirmə Qaydaları
Suallar çoxvariantlı formatdadır (hər sualın 4 cavab variantı vardır).
Düzgün cavab: 1 bal.
Səhv cavab: heç bir bal silinmir.
Cavablandırılmamış sual: 0 bal.
Maksimum bal hər kateqoriya üzrə sual sayına uyğun müəyyənləşdirilir.
Kalkulyator və digər hesablama vasitələrindən istifadə qadağandır.
🏅 Mükafatlandırma:
İştirak sertifikatı, topladığı balların sayından asılı olmayaraq, ilkin turun bütün iştirakçılarına veriləcəkdir.
40 baldan 49 bala qədər fəxri fərman
50 baldan 74 bala qədər bürünc medal
75 baldan 90 bala qədər gümüş medal + finala vəsiqə
91 baldan 100 bala qədər qızıl medal + finala vəsiqə
Qeyd: Final ilə bağlı suallarınız üçün +994503714280 - Əli Mirzəyev nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
📢 Nəticələrin elan olunması:
İmtahan günü, çoxvariantlı olimpiadalarda imtahandan3 gün ərzindənəticələr şəxsi kabinetdə görünəcəkdir. İştirakçılar öz ballarını, neçə doğru və yanlış cavab verdiklərini, hansı suallara düzgün və ya səhv cavab verdiklərini görə biləcəklər.
Nəticələr açıqlandıqdan sonra şəxsi kabinetdə Apellyasiya müraciəti aktivləşir. İştirakçılar burada öz ad, soyadlarını, kateqoriyalarını qeyd edir və hansı suallar üzrə şikayətləri varsa, sual nömrələrini yazırlar (məsələn, 4, 5, 7, 11, 25-ci suallar). Daha sonra şikayətlərinin səbəblərini ətraflı şəkildə izah etməlidirlər. Açıqlama bölməsində, şikayətin məzmunu, sualların hansı aspektinin düzgün hesab edilmədiyi və əlavə dəlillər varsa, onlar qeyd olunmalıdır. Bu, şikayətin daha dəqiq və ədalətli şəkildə dəyərləndirilməsinə kömək edir.
Qeyd: Olimpiadanın və ya yarışmanın öncədən təyin olunmuş gün və saatı dəyişmə halı Global Olympiad Center tərəfdə qalır. GOC ölkə ərazisində baş vermiş hər hansı bir böyük tədbir və yaxud da iştirakçı sayına görə imtahanın məkan və saatını dəyişə bilər.
📌 İmtahan qaydaları və nizam-intizam:
Nümayəndə sizə başla dediyi zaman:
Şagirdlərə heç bir elektron cihazdan istifadə etməyə icazə verilmir.
İmtahana başlamazdan öncə verilmiş kitabçanızla tanış olun. İmtahan başladıqdan sonra kitabçanın yanlış olaraq sizə verilməsi bildirdiyiniz halda qəbul edilməyəcək, bu məsuliyyəti şagird daşıyır.
Şagirdlər cavabları, cavab kartına əlavə etmək üçün diyircəkli göy qələmdən(ruçka) istifadə edə bilərlər.
Hər suala yalnız bir cavab verilməlidir. Birdən çox cavab verilən sual səhv cavab kimi dəyərləndirilir.
Şagirdlər hər hansı bir məsələnin mənası və yaxud sualın məğzi ilə bağlı otaq nümayəndəsindən soruşa bilməzlər.
Şagirdlər imtahan zamanı heç bir yardım göstərməməli və ya almamalıdırlar. Hər hansı bir fırıldaqçılıq, başqalarına fırıldaqçılıqda kömək etmək, bu və ya bu cür uyğun olmayan davranışlara cəlb etmək ciddi pozuntudur və bir qayda olaraq diskvalifikasiyaya (xaric edilmə) səbəb olur.
Şagirdlər bir-birindən ləvazimat istəyə bilməzlər. Yalnız öz qələm, silgi və digər vasitələrinizdən istifadə etməlisiniz.
İlk 30 dəqiqə ərzində imtahan zalından çıxmaq qadağandır. Zalı tərk edənlər yenidən imtahana buraxılmayacaqlar.
İmtahan zalını tərk etməzdən əvvəl cavab kağızınızı nəzarətçiyə təhvil verməyi unutmayın.
İmtahan sualları sizə öncədən təqdim olunmuş sillabuslar əsasında hazırlanmışdır.
💳 Geri ödəniş prosesi haqqında:
Geri Ödəniş Siyasəti:
Sağlamlıq problemləri ilə bağlı tibbi arayış təqdim edildikdə.
Fövqəladə hallar və ya təbii fəlakətlər səbəbindən iştirakın mümkünsüz olduğu hallar.
❓ Nümunə suallar və silabuslar:
Suallara baxmaq üçün və sillabusla tanış olmaq üçün linkə tıklayın:
https://drive.google.com/drive/folders/1IgALj6h3WlTB4ciS-tFWE3m168vgTH6b?usp=sharing
Digər əlavə suallar
https://spiritofmathcontest.com/past-contests?v=05c7c5a71e52