WMTC 2026
World Mathematics Team Championship
Təlimat Vərəqi
|
Vacib məlumat
Bu təlimat
vərəqi WMTC 2026 seçim turu üçün hazırlanmışdır. Yarışın qaydaları və digər
yarışlardan fərqlidir. İştirakçılar yarış günü aşağıdakı qaydalara və vaxt cədvəlinə
ciddi riayət etməlidirlər.
|
1. Giriş
Hörmətli şagirdlər, müəllimlər və
valideynlər,
Global Olympiad Center adından hər
birinizi ürəkdən salamlayıram. Dünyanın ən nüfuzlu komanda riyaziyyat
yarışlarından biri olan World Mathematics Team Championship (WMTC)-də sizləri
görməkdən böyük qürur duyuruq.
Bu yarış yalnız biliklərin
yoxlanılması deyil, həm də əməkdaşlıq, komanda ruhu və strateji düşünmə
bacarıqlarının inkişafı üçün əvəzsiz bir imkandır. Sizlər bu yarışa uzun müddət
hazırlaşaraq əziyyət çəkdiniz. Əminəm ki, burada qazandığınız biliklər,
dostluqlar və təcrübə sizin gələcək həyatınızda mühüm rol oynayacaq. Hər
birinizə uğurlar arzulayıram!
— Xəyal İbrahimzadə
GOC Direktoru
2. Təşkilati məlumat
|
Bölmə
|
Məlumat
|
|
Tarix
|
20 sentyabr 2026
|
|
Məkan
|
Məkan
|
|
Giriş
vaxtı
|
09:30 - qapılar açılır
|
|
Son
giriş
|
10:30 - içəri daxil olma bağlanır
|
|
Gecikənlər
|
11:00-dan sonra heç bir iştirakçı içəri
buraxılmayacaq
|
|
Yarışın
başlanğıcı
|
11:00
|
|
Əlaqə
üçün məsul şəxs
|
Ləman Əlizadə - +994 50 224 51 40
|
3. Yaş kateqoriyaları
|
Kateqoriyalar
2026-2027-ci tədris ili üzrə müəyyən edilir.
Şagirdin
kateqoriyası hazırda təhsil aldığı sinfə əsasən təyin olunur. Nəticələr və
komanda bölgüsü zamanı bu kateqoriyalar nəzərə alınacaq.
|
|
|
Kateqoriya
|
Siniflər
|
|
Junior
|
5-6-cı siniflər
|
|
Intermediate
|
7-9-cu siniflər
|
|
Senior
|
10-11-ci
siniflər
|
|
|
|
4. İştirak üçün lazım olanlar
·
GOC buraxılış vərəqi - e-mail və ya şəxsi
kabinetdən çap olunmuş formada.
·
Şəxsiyyət vəsiqəsinin surəti.
·
Qələm, sadə qələm və pozan. Bu ləvazimatlar təşkilatçı
tərəfindən təqdim olunmayacaq.
·
İmtahan müddəti uzun olduğuna görə şagirdlərin
yanında su və yüngül qida olması tövsiyə olunur.
|
Sənədlərin
toplanması
Əməkdaşlarımız
yarış günü lazımi sənədləri yoxlayacaq və toplayacaq. Şagirdlər öz iş nömrəsini
və ad-soyadını cavab kartına düzgün yazmalıdırlar.
|
5. Oturma və təşkilati qaydalar
·
Oturma qaydası əvvəlcədən elan edilmiş komanda
siyahısına uyğun aparılacaq.
·
Hər komanda 6 nəfərdən ibarətdir və komanda üzvləri
müəyyən olunmuş sxem üzrə yerləşdiriləcək.
·
Partalar split-blok prinsipi ilə düzüləcək: hər
partanın solu bir kateqoriyaya, sağı başqa kateqoriyaya aid ola bilər.
·
Eyni kateqoriyadan olan şagirdlər yanaşı
oturmayacaq.
·
Hər komandaya əvvəlcədən təyin olunmuş proktor təhkim
olunacaq. Proktor yalnız öz 6 nəfərlik komandasına cavabdehdir.
·
İştirakçılar fasilələr zamanı təşkilatçının icazəsi
olmadan yerlərini dəyişə bilməzlər.
6. Tədbir planı
|
Saat
|
Hadisə
|
|
09:30
|
Qapıların açılışı
|
|
10:30
|
İçəri daxil olma bağlanır
|
|
10:50
|
Baş hakimin salamlaması
|
|
10:55
|
İndividual raund 1 cavab kartlarının paylanması
|
|
10:56
|
İndividual raund 1 suallarının paylanması
|
|
11:00-11:20
|
İndividual raund 1 imtahanı
|
|
11:21
|
Cavab kartlarının təhvili və fasilə. Yerindən tərpənmək
olmaz
|
|
11:27
|
İndividual raund 2 cavab kartlarının paylanması
|
|
11:28
|
İndividual raund 2 suallarının paylanması
|
|
11:30-12:10
|
İndividual raund 2 imtahanı
|
|
12:11
|
Cavab kartlarının təhvili və fasilə. Yerindən tərpənmək
olmaz
|
|
12:17
|
Relay raund 1 cavab kartlarının B
iştirakçılarına paylanması
|
|
12:18
|
Relay raund 1 suallarının A və B
iştirakçılarına təqdim olunması
|
|
12:20-12:27
|
Relay raund 1
|
|
12:27
|
Relay raund 1 cavablarının B iştirakçılarından
toplanması
|
|
12:29
|
Relay raund 2 suallarının A və B
iştirakçılarına təqdim olunması
|
|
12:30-12:37
|
Relay raund 2
|
|
12:37
|
Relay raund 2 cavablarının B iştirakçılarından
toplanması
|
|
12:38
|
Relay raund 3 suallarının A və B
iştirakçılarına təqdim olunması
|
|
12:40-12:47
|
Relay raund 3
|
|
12:48
|
Relay raund 3 cavablarının B iştirakçılarından
toplanması
|
|
12:50-13:20
|
30 dəqiqə fasilə. Bütün iştirakçılar zalı tərk
etməli və ya tamaşaçı yerlərində qalmalıdır. Zal komanda raundu üçün
hazırlanır
|
|
13:20
|
İştirakçıların yenidən içəri dəvət olunması və
komanda masasında əyləşməsi
|
|
13:20-14:00
|
Komanda raundu - 14 açıq sual
|
|
14:01
|
Cavab kartlarının təhvili və iştirakçıların
zalı tərk etməsi
|
7. İmtahan formatı
7.1. İndividual raund
·
Raund 1: 15 çoxvariantlı test, 20 dəqiqə.
·
Raund 1 üzrə qiymətləndirmə: düzgün cavab - 2
bal, boş cavab - 0.5 bal, səhv cavab - 0 bal.
·
Raund 2: 8 açıq sual, 40 dəqiqə.
·
Raund 2 üzrə qiymətləndirmə: 1-6-cı sualların hər
biri 4 bal, 7-8-ci sualların hər biri 8 baldır.
·
Raund 2-də boş və səhv cavablar 0 bal kimi qiymətləndirilir.
7.2. Relay raundu
·
Komandalar A və B yarımqruplara bölünür.
·
Relay raundu 3 mərhələdən ibarətdir və hər mərhələ
7 dəqiqə davam edir.
·
A iştirakçısı sualı həll edir, cavabı yalnız B
iştirakçısına ötürür.
·
B iştirakçısı aldığı cavab əsasında cavabı cavab
vərəqəsinə yazaraq proktora təqdim edir.
·
A iştirakçısı heç bir halda cavabı birbaşa
proktora verə bilməz. Bu qaydanın pozulması komandanın diskvalifikasiyasına səbəb
ola bilər.
·
Komandalar cavab vərəqəsini yalnız səssiz şəkildə,
əli ilə arxaya uzatmaqla ötürə bilərlər.
·
Əgər A iştirakçısı səhv cavab veribsə, B
iştirakçısı düzəliş üçün vərəqi A-ya geri qaytara bilər.
7.3. Komanda raundu
·
Komanda birgə 14 açıq suala cavab verir.
·
Hər düzgün cavab 5 baldır.
·
Maksimum komanda raundu balı 70 baldır.
·
Turun sonunda komandadan yalnız bir cavab dəsti
toplanacaq.
8. Balların hesablanma qaydası
|
Bölmə
|
Hesablanma qaydası
|
|
İndividual
raund 1
|
Düzgün cavab: 2 bal; boş cavab: 0.5 bal; səhv
cavab: 0 bal
|
|
İndividual
raund 2
|
1-6-cı suallar: 4 bal; 7-8-ci suallar: 8 bal;
boş/səhv cavab: 0 bal
|
|
Relay
raundu
|
Düzgün cavab: 20 bal; səhv və boş cavab: 0 bal.
Komandanın topladığı ümumi relay balı 3-ə bölünür
|
|
Komanda
raundu
|
14 sual, hər düzgün cavab 5 bal. Maksimum 70
bal
|
|
Yekun
komanda balı
|
Fərdi raundların orta balı + relay raundunun
balı + komanda raundunun balı
|
9. Qiymətləndirmə və mükafatlandırma
9.1. Fərdi nəticələr
·
Hər bir iştirakçı fərdi raundlardakı ümumi
balına əsasən ayrıca qiymətləndirilir.
·
İlk 10% - qızıl medal.
·
Sonrakı 20% - gümüş medal.
·
Sonrakı 30% - bürünc medal.
·
Digər iştirakçılar - sertifikat.
9.2. Komanda nəticələri
·
Komanda nəticəsi fərdi raundların orta balı,
relay raundu və komanda raundu ballarının cəmi əsasında müəyyən edilir.
·
Hər kateqoriya üzrə ilk 3 yerə çıxan komandalar
kubok və sertifikatla mükafatlandırılır.
·
Əgər xal bərabər olarsa, qaliblər
mükafatlandırma günündə əlavə final raundu ilə müəyyən edilə bilər.
10. Nəticələrin elan olunması və apellyasiya
·
Nəticələr şəxsi kabinetdə elan olunacaq.
·
İştirakçılar nəticələr bölməsində topladıqları
balı və yekun statuslarını görə biləcəklər.
·
Nəticələr açıqlandıqdan sonra apellyasiya müraciəti
şəxsi kabinetdə aktivləşdirilə bilər.
·
Apellyasiya yalnız müəyyən edilmiş müddətdə qəbul
olunur. Bu müddət bitdikdən sonra müraciətlər qəbul edilmir.
·
Apellyasiya prosesi tamamlandıqdan sonra yekun nəticələr
sistemdə yenilənir.
·
Mükafatlandırma mərasimi barədə məlumat şəxsi
kabinet və rəsmi kanallar vasitəsilə elan olunacaq.
11. Təhlükəsizlik və nizam-intizam qaydaları
·
Təbir məkanında iki giriş mövcuddur: biri
imtahan girişi, digəri çıxış üçündür.
·
Fövqəladə hallarda iştirakçılar təşkilatçıların
göstərişi ilə arxa çıxış qapısından dərhal çölə çıxmalıdırlar.
·
Smartfon, ağıllı saat, kalkulyator, naqilsiz
qulaqcıq və digər elektron cihazlardan istifadə qadağandır.
·
Şagirdlər imtahan zamanı bir-birinə kömək edə və
ya yardım ala bilməzlər.
·
Şagirdlər bir-birindən ləvazimat istəyə bilməzlər.
Hər kəs yalnız öz qələm və digər vasitələrindən istifadə etməlidir.
·
İmtahan sualının məzmunu və ya mənası ilə bağlı
otaq nümayəndəsinə sual vermək olmaz.
·
Qaydaları pozan və ya xəbərdarlıq alan şagird həmin
turdan və ya bütün yarışdan diskvalifikasiya oluna bilər.
·
Diskvalifikasiya olunan şagird 1 il müddətinə bu
yarışda iştirak edə bilməz.
·
İmtahan zalını tərk etməzdən əvvəl cavab kartını
mütləq proktora təhvil vermək lazımdır.
12. Ödəniş və dəyişiklik siyasəti
|
Ödəniş
geri qaytarılmır
WMTC
qeydiyyatı üzrə edilmiş ödəniş geri qaytarılmır. Yalnız əsaslı hallarda və təşkilatçının
təsdiqi ilə iştirakçı məlumatlarında və ya yarışla bağlı texniki məlumatlarda
dəyişiklik edilə bilər. Dəyişiklik müraciətləri yarış günündən əvvəl rəsmi şəkildə
təqdim olunmalıdır.
|
·
Ödənişin edilməsi iştirakçının yarış qaydaları və
şərtləri ilə razılaşdığını təsdiq edir.
·
Qeydiyyat tamamlandıqdan sonra ödəniş ləğv
edilmir və geri qaytarılmır.
·
Təşkilatçı zərurət yarandıqda məkan, saat və təşkilati
proseslərdə dəyişiklik etmək hüququnu saxlayır.
13. Son qeyd
·
Yarış günü bütün iştirakçılar təşkilatçıların və
proktorların göstərişlərinə əməl etməlidirlər.
·
Global Olympiad Center ölkə ərazisində baş verən
böyük tədbirlər, təhlükəsizlik tələbləri və ya iştirakçı sayı ilə bağlı zərurət
yarandıqda yarışın məkanında, saatında və təşkilati qaydasında dəyişiklik edə
bilər.
·
Bütün şagirdlərə uğurlar arzulayırıq!
14. Sual nümunələri
https://drive.google.com/drive/folders/1JqFkV2zGnZnBdIycfzdGcai_MRJCLBQb?usp=sharing