Beynəlxalq Kopernik Olimpidası - Riyaziyyat fənni üzrə

“Riyaziyyat kainatın yazıldığı dildir.” — Qalileo Qaliley

Beynəlxalq Kopernik Riyaziyyat Olimpiadası 3–11-ci sinif şagirdlərinə riyazi biliklərini, məntiqi təfəkkürünü və problem həll etmə bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı yaradır.

7 fevral 2027-ci ildə keçiriləcək Azərbaycan Seçim Turunda iştirakçılar müxtəlif çətinlik səviyyəli riyazi tapşırıqları həll edərək analitik düşünmə və yaradıcı yanaşma bacarıqlarını sınayacaqlar.

Seçim turunda yüksək nəticə göstərən şagirdlər dünyanın müxtəlif ölkələrindən gələn güclü iştirakçılarla yarışacaqları Beynəlxalq Final mərhələsinə vəsiqə qazanacaqlar. Bu təcrübə şagirdlərə beynəlxalq medal və sertifikat əldə etmək, akademik portfoliolarını gücləndirmək və gələcək təhsil məqsədlərinə doğru mühüm addım atmaq imkanı təqdim edir.

Riyazi potensialını kəşf et, biliyini beynəlxalq səviyyədə nümayiş etdir və uğura gedən yolunu Copernicus Olimpiadası ilə başla!

Qeydiyyatdan keç!