FISO
FUTURE INTELLIGENCE STUDENTS OLYMPIAD
Riyaziyyat • İngilis dili • IQ |
2026–2027-ci tədris ili
|
Tədbirin tarixi
|
23
may 2027
|
|
Keçirildiyi şəhərlər
|
Bakı,
Gəncə, Sumqayıt və Naxçıvan
|
|
İştirakçılar
|
1-ci
sinifdən 11-ci sinfə qədər şagirdlər
|
|
Beynəlxalq final
|
Dubay, Birləşmiş Ərəb Əmirlikləri
|
1. Yarışma haqqında ümumi məlumat
Future Intelligence Students Olympiad (FISO)
şagirdlərin müxtəlif fənlər üzrə bilik, analitik düşünmə və problem həll etmə
bacarıqlarını beynəlxalq səviyyədə sınamalarına imkan yaradan təhsil
yarışmasıdır. Azərbaycan seçim mərhələsi 2026–2027-ci tədris ilində Riyaziyyat,
İngilis dili və IQ fənləri üzrə təşkil olunur.
Yarışmanın əsas məqsədi şagirdlərin məktəb
biliklərini praktik və məntiqi tapşırıqlarda tətbiq etməsini, diqqət və çevik
düşünmə bacarıqlarını inkişaf etdirməsini, eyni zamanda beynəlxalq yarış təcrübəsi
qazanmasını təmin etməkdir.
Seçim mərhələsində yüksək nəticə göstərən
iştirakçılar Dubayda keçiriləcək FISO beynəlxalq final mərhələsində Azərbaycanı
təmsil etmək imkanı əldə edəcəklər.
2. İmtahan cədvəli
|
Fənn
|
Başlama saatı
|
Müddət
|
Format
|
|
Riyaziyyat
|
11:00
|
60 dəqiqə
|
25 çoxseçimli sual
|
|
İngilis dili
|
11:00
|
50 dəqiqə
|
25 çoxseçimli sual
|
|
IQ
|
15:00
|
50 dəqiqə
|
25 çoxseçimli sual
|
Qeyd: Riyaziyyat və
İngilis dili imtahanları eyni saatda keçirildiyi üçün iştirakçı qeydiyyat
zamanı bu iki fəndən birini seçməlidir. İştirakçı əlavə olaraq saat 15:00-da
keçirilən IQ imtahanına qatıla bilər.
3. Keçirilmə məkanları və şəxsi kabinet
İmtahanlar Bakı, Gəncə, Sumqayıt və Naxçıvan
şəhərlərində təşkil olunacaq. Dəqiq imtahan binası, zal, qeydiyyat saatı və digər
təşkilati məlumatlar imtahana 1 həftə qalmış iştirakçının şəxsi kabinetində
yerləşdiriləcək.
·
İştirakçı şəxsi kabinetini mütəmadi yoxlamalıdır.
·
Şəxsi kabinetdə göstərilən şəhər, məkan, tarix və saat
məlumatlarına əsasən imtahana gəlməlidir.
·
İmtahan yerinin iştirakçının qeydiyyat zamanı seçdiyi
şəhər daxilində dəyişdirilməsi təşkilatçının səlahiyyətindədir.
4. Mərhələlər və iştirak qaydası
·
Mərhələ sayı: 2 mərhələ — Azərbaycan seçim mərhələsi və
beynəlxalq final.
·
Seçim mərhələsi: Azərbaycan — Bakı, Gəncə, Sumqayıt və
Naxçıvan.
·
Final mərhələsi: Dubay, Birləşmiş Ərəb Əmirlikləri.
·
İştirakçılar: 1-ci sinifdən 11-ci sinfə qədər şagirdlər.
·
Sual növü: çoxseçimli test tapşırıqları.
·
Keçirilmə forması: sinif və kateqoriyalar üzrə fərdi
iştirak.
5. Kateqoriyalar
|
№
|
Kateqoriya
|
Siniflər
|
Sual sayı
|
Maksimal bal
|
|
1
|
Kateqoriya 1
|
1-ci sinif
|
25
|
100
|
|
2
|
Kateqoriya 2
|
2-ci sinif
|
25
|
100
|
|
3
|
Kateqoriya 3
|
3–4-cü sinif
|
25
|
100
|
|
4
|
Kateqoriya 4
|
5–6-cı sinif
|
25
|
100
|
|
5
|
Kateqoriya 5
|
7–8-ci sinif
|
25
|
100
|
|
6
|
Kateqoriya 6
|
9–10-cu sinif
|
25
|
100
|
|
7
|
Kateqoriya 7
|
11-ci sinif
|
25
|
100
|
6. Fənlər üzrə qiymətləndirmə
|
Qiymətləndirmə
|
Düzgün cavab
|
Səhv cavab
|
Cavabsız sual
|
|
Bütün 3 fənn üçün
|
+4 bal
|
−1 bal
|
0 bal
|
Birdən çox cavab işarələnmiş sual səhv cavab
kimi qiymətləndirilir. Cavab kartında heç bir variant işarələnməyən sual
cavabsız hesab olunur.
7. Mükafatlandırma və final mərhələsi
İştirak sertifikatı seçim mərhələsində
iştirak edən bütün şagirdlərə təqdim olunur. Mükafatlar hər fənn və kateqoriya
üzrə nəticələr əsasında ayrıca müəyyən edilir.
|
Nəticə qrupu
|
Mükafat
|
|
Ən yüksək 5%
|
Qızıl medal
|
|
Növbəti 10%
|
Gümüş medal
|
|
Növbəti 15%
|
Bürünc medal
|
|
Növbəti 20%
|
Fəxri fərman
|
|
Digər iştirakçılar
|
İştirak sertifikatı
|
Yüksək
nəticə göstərən iştirakçılar Dubayda keçiriləcək beynəlxalq final mərhələsində
iştirak etmək imkanı əldə edirlər. Final mərhələsinin tarixləri, proqramı,
iştirak paketi və ödəniş şərtləri ayrıca elan olunur.
8. Nəticələrin elan olunması və
apellyasiya
·
Nəticələr imtahandan sonra 3 gün ərzində şəxsi
kabinetdə yerləşdirilir.
·
İştirakçı şəxsi kabinetində ümumi balını, düzgün, səhv
və cavabsız sualların sayını görə bilər.
·
Nəticələr açıqlandıqdan sonra şəxsi kabinetdə
apellyasiya bölməsi 12–24 saat müddətində aktiv olur.
·
Apellyasiya müraciətində sual nömrəsi və etirazın əsaslandırılması
aydın şəkildə qeyd edilməlidir.
·
Apellyasiya prosesi yekunlaşdıqdan sonra təsdiqlənmiş
nəticə və mükafat məlumatı şəxsi kabinetdə göstərilir.
·
Elektron sertifikatlar şəxsi kabinetdən yüklənir.
Medal və fiziki sertifikatların təqdim olunma qaydası mükafatlandırma mərasimi
ilə bağlı elanda açıqlanır.
9. Bütün fənlər üçün vahid imtahan
qaydaları
·
İştirakçı imtahan məkanına şəxsi kabinetdə göstərilən
qeydiyyat saatından gec olmayaraq gəlməlidir.
·
İmtahan zalında mobil telefon, ağıllı saat, planşet,
qulaqcıq və digər elektron cihazlardan istifadə qadağandır.
·
İştirakçı ona təqdim edilən sual kitabçasının fənnini
və kateqoriyasını imtahan başlamazdan əvvəl yoxlamalıdır.
·
Cavablar yalnız mavi rəngli diyircəkli qələmlə cavab
kartında işarələnməlidir.
·
Hər suala yalnız bir cavab seçilməlidir. Birdən çox
cavab işarələnərsə, həmin sual səhv hesab olunur.
·
Nəzarətçidən sualın həlli, mənası və ya düzgün cavabı
ilə bağlı izah istəmək olmaz.
·
İştirakçılar bir-birinə kömək edə, cavab ötürə və ya
digər iştirakçıdan ləvazimat ala bilməzlər.
·
Köçürmə, cavab paylaşma və imtahanın gedişinə mane
olan davranış diskvalifikasiya ilə nəticələnə bilər.
·
İmtahanın ilk 30 dəqiqəsi ərzində zalı tərk etmək
qadağandır. Zalı tərk edən iştirakçı yenidən buraxılmır.
·
İmtahan başa çatdıqda cavab kartı nəzarətçiyə təhvil
verilməlidir.
·
İş nömrəsi, ad, soyad və kateqoriya cavab kartına
düzgün daxil edilməlidir. Yanlış məlumatlara görə məsuliyyət iştirakçıya
aiddir.
·
İmtahan suallarının foto və ya videosunu çəkmək,
yaymaq və üçüncü şəxslərlə paylaşmaq qadağandır.
10. Geri ödəniş siyasəti
Qeydiyyat ödənişləri geri qaytarılmır.
Aşağıdakı hallarda təqdim olunan sənədlər əsasında ödənişin başqa imtahana
keçirilməsi nəzərdən keçirilə bilər:
·
Sağlamlıq səbəbi ilə iştirak mümkün olmadıqda rəsmi
tibbi arayış təqdim edilməsi;
·
Fövqəladə hal və ya təbii fəlakət səbəbindən imtahanda
iştirakın mümkün olmaması.
11. Nümunə suallar və sillabuslar
Nümunə suallar və fənn proqramları ilə tanış
olmaq üçün aşağıdakı rəsmi keçidlərdən istifadə edin:
12. Əlaqə məlumatları
|
Ümumi məlumat və qeydiyyat
|
Ləman
Əlizadə — +994 50 224 51 40
|
|
Final mərhələsi ilə bağlı
|
Əli
Mirzəyev — +994 50 371 42 80
|
|
FISO rəsmi veb-səhifəsi
|
https://fisoolympiad.com/
|
13. İmtahan günü üçün yoxlama siyahısı
|
Yoxlanılacaq məsələ
|
Tələb olunan
|
|
Şəxsi kabinet
|
İmtahan
məkanı, zal və qeydiyyat saatı yoxlanılıb
|
|
Şəxsiyyəti təsdiq edən sənəd
|
Şagird
bileti, şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə
|
|
Yazı ləvazimatı
|
Ən
azı 2 ədəd mavi diyircəkli qələm
|
|
Gəliş vaxtı
|
Göstərilən
qeydiyyat saatından gec olmayaraq
|
|
Elektron cihazlar
|
Söndürülməli
və imtahan zamanı istifadə edilməməlidir
|
Təşkilati qeyd: Global
Olympiad Center iştirakçı sayı, təhlükəsizlik tələbləri, ölkə üzrə keçirilən
iri tədbirlər və digər zəruri təşkilati səbəblər olduqda imtahan məkanını və ya
saatını dəyişmək hüququnu özündə saxlayır. Dəyişiklik olduqda məlumat şəxsi
kabinet vasitəsilə təqdim edilir.