
AZƏRBAYCAN
FƏLSƏFƏ OLİMPİADASI
AzFO
2026–2027
RƏSMİ
TƏLİMAT VƏ QİYMƏTLƏNDİRMƏ QAYDALARI
|
Seçim mərhələsi
|
10 yanvar
2027
|
|
Başlama saatı
|
11:00
|
|
İştirakçılar
|
VIII–XI sinif
şagirdləri
|
|
Format
|
Fəlsəfi esse
— 120 dəqiqə
|
Azərbaycan üzrə rəsmi təşkilatçı
GLOBAL
OLYMPIAD CENTER
+994 50 224 51 40 |
www.goc.edu.az

|
|
Mündəricat və əsas
məlumatlar
|
1. 2026–2027 təqvim
planı və əsas məlumatlar
2. AzFO-nun mahiyyəti
və məqsədi
3. Beynəlxalq Fəlsəfə
Olimpiadası (IPO) haqqında
4. Olimpiadanın strukturu və mümkün ikinci mərhələ
5. Qiymətləndirmə
meyarları və qaliblərin müəyyənləşdirilməsi
6. Münsiflər heyəti,
obyektivlik və akademik dürüstlük
7. Hazırlıq üçün fəlsəfi
mövzu istiqamətləri
AzFO 2026–2027 təqvim planı
|
Tədbir
|
Tarix / vaxt
|
Qeyd
|
|
Qeydiyyat
|
GOC-un
rəsmi platformasında
|
Başlanma və bitmə tarixləri ayrıca elan
olunur
|
|
Seçim
mərhələsi
|
10
yanvar 2027, saat 11:00
|
Bakı — dəqiq məkan şəxsi kabinetdə elan
edilir
|
|
Nəticələrin
qiymətləndirilməsi
|
İmtahandan
sonra
|
Anonim ekspert qiymətləndirilməsi
|
|
Mümkün
II mərhələ
|
Ekspert
qərarından sonra
|
Tarix və qaydalar seçilmiş iştirakçılara
bildirilir
|
|
Qaliblərin
elan olunması
|
Qiymətləndirmə
yekunlaşdıqdan sonra
|
GOC və AzFO-nun rəsmi kanalları
|
|
IPO
2027
|
Rəsmi
beynəlxalq təqvimə əsasən
|
Tarix və ev sahibi ölkə ayrıca elan olunur
|
|
|
ƏN MÜHÜM QAYDA — İKİNCİ MƏRHƏLƏ ŞƏRTİ XARAKTER DAŞIYIR
AzFO-da
II mərhələnin keçirilməsi avtomatik deyil. Seçim mərhələsinin nəticələri
ekspert heyəti tərəfindən qiymətləndirildikdən sonra əlavə final mərhələsinin
keçirilib-keçirilməməsi barədə rəsmi qərar qəbul olunur.
Nəticələrin
ümumi səviyyəsi yüksək və əlavə müqayisəli qiymətləndirmə məqsədəuyğun hesab
edilərsə, ən yüksək nəticə göstərən iştirakçıların 30 faizi II mərhələyə vəsiqə
qazanır.
Ekspert
heyəti II mərhələnin keçirilməsinə zərurət görmədikdə, seçim mərhələsinin təsdiqlənmiş
nəticələri yekun hesab edilir və qaliblər birbaşa elan olunur.
|
|
|
Azərbaycan Fəlsəfə Olimpiadasının
mahiyyəti və məqsədi
|
Azərbaycan Fəlsəfə Olimpiadası (AzFO) Global Olympiad
Center tərəfindən Beynəlxalq Fəlsəfə Olimpiadasının Azərbaycan üzrə seçim
platforması kimi təşkil olunur. Olimpiada şagirdlərdə fəlsəfi düşüncə tərzinin
formalaşdırılması, analitik təfəkkürün, dərin mühakimənin və əsaslandırılmış
arqument qurmaq bacarığının inkişafı məqsədi daşıyır.
AzFO-nun əsas ideyası “düşünmək, əsaslandırmaq və ifadə
etmək” prinsipinə söykənir. Burada məqsəd yalnız məlumatı xatırlamaq deyil;
mövzunu fəlsəfi baxımdan dərk etmək, şəxsi mövqe formalaşdırmaq və həmin
mövqeni məntiqli arqumentlərlə müdafiə etməkdir.
AzFO-nun əsas məqsədləri
✓ şagirdlərdə tənqidi
və yaradıcı təfəkkürü inkişaf etdirmək;
✓ mənəvi və
intellektual mədəniyyətin formalaşmasına töhfə vermək;
✓ fəlsəfi mövzulara
maraq yaradaraq Azərbaycan məktəblərində humanitar düşüncəni gücləndirmək;
✓ müstəqil fikir
yürüdən, sual verən və arqumentlə cavab verən şagirdləri müəyyənləşdirmək;
✓ ən yüksək nəticə
göstərən iştirakçıların Azərbaycanı beynəlxalq fəlsəfə platformalarında təmsil
etməsinə şərait yaratmaq.
|
|
AzFO-nun əsas yanaşması
Əsas
olan hazır “doğru cavabı” təkrarlamaq deyil, mövzunu düzgün anlamaq, düşüncə
yolunu əsaslandırmaq və fərqli mövqelərlə intellektual dialoq qurmaqdır.
|
Beynəlxalq Fəlsəfə Olimpiadası (IPO) haqqında
Beynəlxalq Fəlsəfə Olimpiadası (International Philosophy
Olympiad — IPO) orta məktəb şagirdləri üçün keçirilən nüfuzlu beynəlxalq
humanitar yarışdır. Olimpiada iştirakçıların fəlsəfi dərinliyini, tənqidi təfəkkürünü,
arqument qurma bacarığını və fikrini yazılı şəkildə aydın ifadə etmə qabiliyyətini
qiymətləndirir.
Beynəlxalq mərhələdə hər ölkə milli seçim prosesində ən
yüksək nəticə göstərən şagirdlərlə təmsil olunur. Azərbaycan üzrə namizədlər
AzFO nəticələrinə əsasən müəyyən edilir. Beynəlxalq təmsilçilik üçün şagirdin fəlsəfi
hazırlığı ilə yanaşı, rəsmi IPO qaydalarına və dil tələblərinə uyğunluğu da nəzərə
alınır.
|
|
Olimpiadanın
strukturu və mərhələləri
|
I mərhələ — Seçim mərhələsi
|
Meyar
|
Tətbiq olunan qayda
|
|
İştirakçılar
|
VIII–XI sinif şagirdləri
|
|
Tarix
və vaxt
|
10 yanvar 2027, saat 11:00
|
|
Tapşırıq
|
Təqdim edilən dörd fəlsəfi mövzudan birinin
seçilməsi və esse yazılması
|
|
Müddət
|
120 dəqiqə
|
|
Əsas
dil
|
Azərbaycan dili
|
|
Qiymətləndirmə
|
Anonim kodlaşdırma və ekspert qiymətləndirilməsi
|
Seçim mərhələsinin məqsədi iştirakçının mövzunun fəlsəfi
mahiyyətini anlama, fərdi baxış formalaşdırma, fikirlər arasında məntiqi əlaqə
yaratma və mövqeyini nümunə və dəlillərlə əsaslandırma bacarığını müəyyən etməkdir.
II mərhələ — Şərti final mərhələsi
II mərhələ yalnız AzFO Ekspert Heyəti və Təşkilat Komitəsinin
seçmə mərhələsinin yekun nəticələri üzrə qərarı əsasında keçirilə bilər. Bu mərhələ
əvvəlcədən avtomatik olaraq təmin edilmiş mərhələ hesab edilmir.
• Ekspert heyəti nəticələrin
ümumi səviyyəsini, balların paylanmasını, esselərin fəlsəfi dərinliyini və əlavə
seçimin zəruriliyini təhlil edir.
• II mərhələnin
keçirilməsi məqsədəuyğun hesab edilərsə, ümumi sıralamada ən yüksək nəticə göstərən
30 faiz iştirakçı final mərhələsinə buraxılır.
• Final mərhələsində
iştirakçılara iki fəlsəfi mövzu təqdim olunur və onlar mövzulardan birini seçərək
ingilis dilində esse yazırlar.
• Finalın dəqiq
tarixi, vaxtı, məkanı və texniki tələbləri yalnız seçilmiş iştirakçılara rəsmi
qaydada bildirilir.
II mərhələ keçirilmədikdə
|
|
Birbaşa qaliblərin elan olunması
Ekspert
heyəti əlavə final mərhələsinə ehtiyac olmadığını müəyyən etdikdə, I mərhələnin
təsdiqlənmiş nəticələri yekun nəticə kimi qəbul edilir.
Bu
halda medalçılar, ümumi qaliblər və beynəlxalq mərhələ üçün namizədlər seçim
mərhələsinin nəticələrinə əsasən birbaşa elan olunur.
|
|
|
Qiymətləndirmə və
qaliblərin müəyyənləşdirilməsi
|
Qərar mexanizmi
|
Addım
|
Proses
|
Nəticə
|
|
1
|
Esselərin
anonimləşdirilməsi
|
Ad, məktəb və digər şəxsi məlumatlar münsiflərdən
gizli saxlanılır.
|
|
2
|
İki
müstəqil qiymətləndirmə
|
Hər esse ən azı iki ekspert tərəfindən ayrıca
qiymətləndirilir.
|
|
3
|
Ekspert
yoxlaması
|
Balların paylanması və ümumi keyfiyyət səviyyəsi
təhlil olunur.
|
|
4A
|
Yüksək
nəticə profili
|
Ən yüksək nəticə göstərən 30 faiz iştirakçı
II mərhələyə keçir.
|
|
4B
|
II
mərhələyə ehtiyac yoxdur
|
I mərhələ yekun sayılır və qaliblər birbaşa
elan olunur.
|
Esse üzrə qiymətləndirmə meyarları
|
Meyar
|
İzah
|
Bal
|
|
Mövzuya
uyğunluq
|
Esse
seçilmiş mövzunun fəlsəfi mahiyyətinə cavab verir.
|
25
|
|
Arqumentin
əsaslandırılması
|
Fikirlər
dəlil, məntiq və uyğun nümunələrlə əsaslandırılır.
|
25
|
|
Fəlsəfi
anlayışların istifadəsi
|
Anlayışlar
və ideyalar düzgün və məqsədyönlü tətbiq olunur.
|
20
|
|
Struktur
və aydınlıq
|
Mətn
giriş–inkişaf–nəticə ardıcıllığı ilə sistemli qurulur.
|
15
|
|
Yaradıcı
və tənqidi yanaşma
|
Orijinal
düşüncə, fərdi mövqe və fərqli baxış təqdim edilir.
|
15
|
|
CƏMİ
|
|
100
|
Qiymətləndirmənin əsas qaydaları
✓ Hər esse iki müstəqil
ekspert tərəfindən 100 ballıq sistemlə qiymətləndirilir.
✓ İki qiymətləndirmə
arasında 10 baldan çox fərq olduqda esse üçüncü ekspertə təqdim edilir.
✓ Yekun ballar AzFO
Nəticə Komissiyası tərəfindən yoxlanılır və təsdiqlənir.
✓ Nəticələr yalnız rəsmi
təsdiqdən sonra elan olunur; ilkin və ya qeyri-rəsmi məlumatlar yekun nəticə
hesab edilmir.
|
|
Mükafatlandırma və
beynəlxalq mərhələyə seçim
|
AzFO üzrə medal və qalib statusları yarışın yekun nəticələrinə
əsasən müəyyən edilir. II mərhələ keçirilərsə, mükafatlandırma final nəticələrinə;
II mərhələ keçirilməzsə, seçim mərhələsinin təsdiqlənmiş nəticələrinə əsaslanır.
|
Nəticə qrupu
|
Mükafat
|
|
Ən
yüksək nəticə göstərən ilk 5 faiz
|
Qızıl medal
|
|
Sonrakı
10 faiz
|
Gümüş medal
|
|
Növbəti
15 faiz
|
Bürünc medal
|
|
|
Beynəlxalq komandanın müəyyənləşdirilməsi
Yekun
sıralamada ən yüksək nəticə göstərən və IPO-nun rəsmi iştirak tələblərinə
cavab verən iki şagird Azərbaycan komandasına namizəd kimi müəyyən edilir.
II
mərhələ keçirildiyi halda namizədlər final nəticələrinə; II mərhələ keçirilmədiyi
halda isə I mərhələnin təsdiqlənmiş nəticələrinə əsasən seçilir.
Beynəlxalq
mərhələnin tarixi, ev sahibi ölkəsi, dil və digər iştirak tələbləri IPO-nun rəsmi
təqvimi təsdiqləndikdən sonra ayrıca elan olunur.
|
Nəticələrin elan olunması
• Nəticələr Global
Olympiad Center və AzFO-nun rəsmi kommunikasiya kanallarında elan edilir.
• İştirakçı nəticəsi
şəxsi kabinetdə və ya təşkilatçının müəyyən etdiyi rəsmi platformada təqdim
oluna bilər.
• II mərhələ barədə
qərar, finala keçənlərin siyahısı və ya birbaşa qaliblərin siyahısı ayrıca rəsmi
elanla paylaşılır.
• Mükafatlandırma və
sertifikatların təqdim olunması haqqında məlumat nəticələr təsdiqləndikdən
sonra bildirilir.
|
|
Münsiflər heyəti və
qiymətləndirmə prinsipləri
|
AzFO münsiflər heyəti fəlsəfə, təhsil, humanitar elmlər,
dil və akademik yazı sahəsində ixtisaslaşmış ekspertlərdən formalaşdırılır. Heyətin
əsas vəzifəsi esseləri obyektiv, şəffaf və beynəlxalq fəlsəfə olimpiadası
standartlarına uyğun qiymətləndirməkdir.
Münsiflər heyətinin funksiyaları
• Baş münsif qiymətləndirmə
prosesinə ümumi nəzarət edir və prosedur uyğunluğunu təmin edir.
• Fəlsəfə müəllimləri
və akademik ekspertlər fəlsəfi dərinlik, konseptual uyğunluq və arqument
keyfiyyətini qiymətləndirirlər.
• Dil və üslub
ekspertləri mətnin aydınlığını, strukturunu və ifadə mədəniyyətini dəyərləndirirlər.
• Nəticə Komissiyası
balları yoxlayır, zəruri hallarda əlavə ekspert rəyi tələb edir və yekun nəticələri
təsdiqləyir.
Obyektivlik və şəffaflıq
✓ İştirakçıların
adları, məktəbi və digər şəxsi məlumatları qiymətləndirmə zamanı anonimləşdirilir.
✓ Hər esse məzmununa,
fəlsəfi dərinliyinə, arqumentinə, strukturuna və orijinallığına görə qiymətləndirilir.
✓ Şagirdin məktəbi,
şəhəri, müəllimi və ya digər şəxsi amillər nəticəyə təsir göstərmir.
✓ Ekspert heyətinin
II mərhələ ilə bağlı qərarı nəticələrin ümumi keyfiyyət təhlilinə əsaslanır və
təşkilat komitəsi tərəfindən rəsmiləşdirilir.
Akademik dürüstlük
|
|
Sıfır tolerantlıq prinsipi
Esse
iştirakçının öz düşüncəsi və öz yazısı olmalıdır. Plagiat, köçürmə, süni
intellekt vasitəsilə hazırlanmış mətn, üçüncü şəxsin müdaxiləsi və ya əvvəlcədən
hazırlanmış materialın təqdim edilməsi ciddi qayda pozuntusudur.
Akademik
dürüstlük pozuntusu aşkar edildikdə iştirakçının işi etibarsız sayılır və nəticəsi
ləğv edilə bilər.
|
|
|
İmtahan qaydaları və
iştirakçı öhdəlikləri
|
• İştirakçı imtahan
məkanına elan olunmuş vaxtdan əvvəl gəlməli və şəxsiyyətini təsdiq edən sənədi təqdim
etməlidir.
• İmtahan zalında
mobil telefon, ağıllı saat, planşet, qulaqcıq və internetə çıxışı olan digər
elektron vasitələrdən istifadə qadağandır.
• İştirakçı yalnız təşkilatçı
tərəfindən icazə verilən yazı ləvazimatlarından istifadə edə bilər.
• Esse tamamilə müstəqil
yazılmalı; digər iştirakçı ilə danışmaq, material paylaşmaq və kömək almaq
qadağandır.
• Mövzunun izahı və
ya ideya verilməsi barədə nəzarətçidən kömək tələb etmək olmaz.
• İştirakçı iş nömrəsini
və tələb olunan məlumatları cavab vərəqində düzgün qeyd etməyə məsuldur.
• İmtahan
materiallarının foto və videosunu çəkmək, surətini çıxarmaq və yaymaq
qadağandır.
• Qayda pozuntusu
aşkar edildikdə iş dayandırıla, esse etibarsız sayıla və iştirakçı
diskvalifikasiya oluna bilər.
Esse yazmağa hazırlıq
İştirakçıların mövzunu dərindən düşünməsi, əsas tezisini əvvəlcədən
müəyyənləşdirməsi, arqumentləri məntiqli ardıcıllıqla qurması və nəticədə
mövqeyini ümumiləşdirməsi tövsiyə olunur. Məqsəd çoxlu fəlsəfi termin işlətmək
deyil, seçilmiş mövzuya dair aydın, əsaslandırılmış və orijinal düşüncə təqdim
etməkdir.
Esse yazı
qaydaları üzrə bələdçi: rəsmi
hazırlıq sənədinə keçid
Tövsiyə olunan esse quruluşu
|
Bölmə
|
Məzmun
|
|
Giriş
|
Mövzunun əsas problemini müəyyən edin və əsas
tezisinizi aydın şəkildə bildirin.
|
|
İnkişaf
|
Tezisinizi məntiqli arqumentlər, nümunələr, əks
mövqelər və fəlsəfi anlayışlarla əsaslandırın.
|
|
Nəticə
|
Əsas arqumentləri ümumiləşdirin və mövzu üzrə
yekun mövqeyinizi ifadə edin.
|
|
|
Hazırlıq üçün fəlsəfi
mövzu istiqamətləri
Aşağıdakı mövzular AzFO 2026-2027
seçim mərhələsinə hazırlıq üçün müəyyən edilmiş əsas fəlsəfi istiqamətlərdir.
|
I.
Həqiqət və dəyərlər
Mövzunun mahiyyəti: Həqiqətin mahiyyəti, insanın doğru və yanlış haqqında
mühakimələri, fərdi baxışlarla ümumi dəyərlər arasındakı münasibət.
Əsas anlayışlar və problem istiqamətləri
• həqiqət, fikir,
inam və bilik anlayışları;
• obyektiv və subyektiv
həqiqət;
• şübhəçilik və fəlsəfi
tənqid;
• mənəvi dəyərlərin
mənbəyi;
• azadlıq və məsuliyyət;
• yaxşı və pis
anlayışlarının əsaslandırılması;
• fərdi seçimlə
ictimai qaydalar arasındakı münasibət.
Tövsiyə olunan oxular
• Platon - “Dövlət” əsərindən
həqiqət və bilik haqqında seçmə hissələr;
• Friedrich Nietzsche - həqiqət, dəyərlər
və nihilizm haqqında seçmə mətnlər;
• Albert Camus - “Üsyan edən
insan” əsərindən seçmə hissələr.
II.
Bilik, cəhalət və məsuliyyət
Mövzunun mahiyyəti: İnsanın davranışlarında bilik, niyyət və nəticənin rolu.
Yaxşı niyyətin hər zaman yaxşı nəticə doğurub-doğurmaması və insanın bilmədiyi
məsələlərə görə məsuliyyət daşıyıb-daşımaması.
Əsas anlayışlar və problem istiqamətləri
• bilik və cəhalət
anlayışları;
• insanın öz cəhalətini
dərk etməsi;
• niyyət və nəticə
arasındakı fərq;
• mənəvi məsuliyyət;
• yanlış məlumat və
manipulyasiya;
• düşünmədən itaət və
fanatizm;
• qərar qəbul edərkən
araşdırma aparmağın əhəmiyyəti;
• yaxşı məqsədlə
yanlış vasitələrin münasibəti.
Tövsiyə olunan oxular
• Platon - “Sokratın müdafiəsi”;
• Aristotel - “Nikomax
etikası” əsərindən könüllü hərəkət və məsuliyyət haqqında hissələr;
• Albert Camus - “Taun”;
• Cəlil Məmmədquluzadə -
“Ölülər”.
III.
Dil, düşüncə və reallıq
Mövzunun mahiyyəti: Dilin insan düşüncəsinə, dünyanı qavramasına və fikirlərini
ifadə etməsinə təsiri. İnsan dünyanı dil vasitəsilə necə anlayır və mənalandırır?
Əsas anlayışlar və problem istiqamətləri
• dil və düşüncə
arasındakı əlaqə;
• söz, anlayış və reallıq;
• dilin imkanları və
məhdudiyyətləri;
• ifadə edilə bilən
və ifadəsi çətin olan təcrübələr;
• fərqli dillərin
dünyagörüşünə təsiri;
• dilin insan
davranışına təsiri;
• siyasi və ictimai
dil;
• dil, təbliğat və
manipulyasiya;
• yanlış ifadənin
yanlış düşüncəyə səbəb olub-olmaması.
Tövsiyə olunan oxular
• Ludwig Wittgenstein - “Tractatus
Logico-Philosophicus” əsərindən seçmə hissələr;
• Ludwig Wittgenstein - “Fəlsəfi
araşdırmalar” əsərindən dil və məna haqqında hissələr;
• George Orwell - “1984”;
• Umberto Eco - dil və işarələr
haqqında sadələşdirilmiş seçmə mətnlər.
IV.
İnsan ləyaqəti və etik münasibətlər
Mövzunun mahiyyəti: İnsanın özünəməxsus dəyərə malik olması, başqa
insanlarla münasibətdə hörmət, azad seçim, razılıq və məsuliyyət prinsipləri.
Əsas anlayışlar və problem istiqamətləri
• insan ləyaqəti;
• insanın məqsəd və
vasitə kimi qiymətləndirilməsi;
• azad iradə və
muxtariyyət;
• razılıq və sərbəst
seçim;
• aldatma, məcburetmə
və manipulyasiya;
• insanın istismar
edilməsi;
• şəxsi maraq və başqalarının
hüquqları;
• fərdi hüquqlarla
ictimai fayda arasındakı münasibət;
• əmək, texnologiya
və sosial münasibətlərdə insanın mövqeyi;
• insanın özünə və
başqalarına qarşı mənəvi vəzifələri.
Tövsiyə olunan oxular
• Immanuel Kant - “Əxlaq
metafizikasının əsaslandırılması” əsərindən seçmə hissələr;
• Immanuel Kant - “Maariflənmə nədir?”;
• Aristotel - “Nikomax
etikası” əsərindən dostluq və ədalət haqqında hissələr;
• Viktor Frankl - “İnsanın məna
axtarışı”.
Ümumi
hazırlıq tövsiyələri
Şagirdlər hər mövzu üzrə:
• əsas fəlsəfi
anlayışları öyrənməli;
• anlayışlar
arasındakı fərqləri müəyyən etməli;
• müxtəlif
filosofların mövqelərini müqayisə etməli;
• mövzu ilə bağlı öz
mövqelərini əsaslandırmalıdırlar;
• arqument və qarşı
arqument qurmağı məşq etməlidirlər;
• gündəlik həyatdan,
tarixdən və ədəbiyyatdan uyğun nümunələr seçməlidirlər;
• filosofların
fikirlərini sadəcə əzbərləməməli, onların məzmununu izah etməyi
bacarmalıdırlar.
Əsas hazırlıq prinsipi: hazır
esse əzbərləmək deyil, fəlsəfi problemi müəyyənləşdirmək, anlayışları təhlil
etmək və əsaslandırılmış mövqe formalaşdırmaqdır.
✓ Bu təlimat AzFO
2026–2027 seçim mərhələsinin ümumi təşkilati və akademik qaydalarını müəyyən
edir.
✓ Təşkilat Komitəsi
zəruri hallarda imtahanın məkanı, texniki formatı və təşkilati detallarında dəyişiklik
edə bilər. Dəyişikliklər iştirakçılara rəsmi kanallarla bildirilir.
✓ II mərhələnin
keçirilməsi, 30 faizlik keçid siyahısı və ya qaliblərin birbaşa elan olunması
yalnız ekspert qiymətləndirməsi başa çatdıqdan sonra rəsmiləşdirilir.
✓ İştirakçı
qeydiyyatdan keçməklə bu təlimatın qaydalarını qəbul etmiş hesab olunur və
akademik dürüstlük tələblərinə əməl etməyə razılıq verir.
✓ Təlimatla rəsmi
elan arasında fərq yarandığı halda, AzFO Təşkilat Komitəsinin son rəsmi elanı əsas
götürülür.
|
|
Əlaqə məlumatları
Global
Olympiad Center
Telefon:
+994 50 224 51 40
Veb-sayt:
www.goc.edu.az
Rəsmi
məlumatlar iştirakçının şəxsi kabineti və GOC-un kommunikasiya kanalları
vasitəsilə paylaşılır.
|
“Əsl düşüncə
cavab axtararkən yaranmır — insanın niyə cavab axtardığını dərk etdiyi anda
başlayır.”