TIMO IQ

Zəkanı kəşf et, məntiqini gücləndir!

TIMO IQ – Beynəlxalq IQ Olimpiadası 2–9-cu sinif şagirdlərinin məntiqi düşünmə, analitik təhlil, diqqət, vizual qavrama və problem həll etmə bacarıqlarını ölçən, dünyanın müxtəlif ölkələrindən istedadlı şagirdləri bir araya gətirən beynəlxalq akademik yarışdır.

Olimpiada şagirdlərin yalnız biliklərini deyil, həm də yaradıcı düşünmə, düzgün qərarvermə, qanunauyğunluqları müəyyənləşdirmə və mürəkkəb problemlərə fərqli həll yolları tapmaq bacarıqlarını inkişaf etdirməyi hədəfləyir.

Yarışda uğurlu nəticə göstərən şagirdlər qızıl, gümüş və bürünc medallar, beynəlxalq sertifikatlar və fəxri fərmanlar əldə etmək imkanı qazanırlar. Seçim turunda müvafiq nəticə göstərən iştirakçılar 2–6 iyul 2027-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək beynəlxalq final mərhələsinə vəsiqə qazana bilərlər.

TIMO IQ-da iştirak etməklə öz intellektual bacarıqlarınızı beynəlxalq səviyyədə nümayiş etdirə, dünyanın müxtəlif ölkələrindən olan istedadlı şagirdlərlə rəqabət apara və dəyərli akademik təcrübə əldə edə bilərsiniz.

TIMO IQ-ya qoşulun, zəkanızın sərhədlərini kəşf edin və beynəlxalq uğura doğru ilk addımınızı atın!

Qeydiyyatdan keç!