Azərbaycan Milli İqtisadiyyat Olimpiadası (AzMİO) – ölkəmizdə Beynəlxalq İqtisadiyyat Olimpiadasının (International Economics Olympiad – IEO) rəsmi yerli mərhələsidir. Bu mərhələ Azərbaycanın müxtəlif bölgələrindən ən istedadlı şagirdləri bir araya gətirərək onların iqtisadi biliklərini, maliyyə savadlılıqlarını, biznes düşüncələrini və yaradıcılıq qabiliyyətlərini sınaqdan keçirir.
AzMİO-nun məqsədi gənclərdə iqtisadiyyat elminə maraq yaratmaq, onları müasir iqtisadi proseslər barədə düşünməyə təşviq etmək və beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcək gənc istedadları seçməkdir. Yerli mərhələdə yüksək nəticə göstərən iştirakçılar Azərbaycan milli komandasına daxil olur və ölkəmizi IEO-nun böyük final mərhələsində təmsil etmək hüququ qazanırlar.
2026-cı ildə Beynəlxalq İqtisadiyyat Olimpiadasının final mərhələsi Çinin iqtisadi mərkəzlərindən biri olan Şanxay şəhərində keçiriləcək. Dünyanın 50-dən çox ölkəsindən gələcək ən parlaq gənc iqtisadçılar burada öz bilik və bacarıqlarını nümayiş etdirəcək, iqtisadi məsələlər üzrə real həyat problemlərinə yaradıcı həllər təqdim edəcəklər. AzMİO qalibləri içərisindən seçilən ən yaxşı nəticəyə malik 5 şagird International Economics Olympiadın finalında yarışacaqlar.
Final mərhələsi yalnız intellektual yarış deyil, həm də mədəniyyətlərarası ünsiyyət, beynəlxalq dostluqların qurulması və qlobal iqtisadi perspektivlərin paylaşılması üçün unikal bir platformadır. İştirakçılar həm nəzəri biliklərini, həm də praktiki bacarıqlarını nümayiş etdirməklə yanaşı, dünyanın aparıcı iqtisadçıları, universitet professorları və biznes liderləri ilə tanış olmaq imkanı əldə edəcəklər.
AzMİO – gənclər üçün böyük bir yolun başlanğıcıdır. Yerli mərhələdə qazandıqları uğurlar onları beynəlxalq səhnəyə daşıyır və gələcəkdə iqtisadiyyat, maliyyə və biznes dünyasında lider olma imkanlarını genişləndirir.
Azərbaycan Milli İqtisadiyyat Olimpiadası (AzMIO)
Final mərhələsi – Şagirdlər üçün Təlimat
I. İmtahan haqqında məlumat
Azərbaycan Milli İqtisadiyyat Olimpiadasının Final mərhələsi şagirdlərin iqtisadi nəzəriyyə biliklərini, analitik düşüncə bacarıqlarını və maliyyə savadlılığını qiymətləndirmək məqsədilə keçirilir.
Final mərhələsi beynəlxalq iqtisadi olimpiadaların standartlarına uyğun hazırlanmış suallardan ibarətdir və aşağıdakı sahələri əhatə edir:
İmtahan zamanı şagirdlərdən iqtisadi modelləri anlamaq, qrafikləri interpretasiya etmək və riyazi iqtisadi hesablamalar aparmaq tələb olunur.
II. İmtahanın strukturu
Final mərhələsi 3 əsas bölmədən ibarətdir.
Bölmə | Format | Sual sayı |
Economics | Test sualları | 25 |
Economics | Açıq iqtisadi məsələ | 1 (6 alt sual) |
Finance | Test sualları | 5 |
Finance | Case study | 1 (bir neçə hesablamalı sual) |
III. Economics bölməsi
1. Test sualları
Bu bölmədə 25 test sualı təqdim olunur.
Hər sualda:
4 cavab variantı olur
yalnız 1 cavab düzgündür
Suallar aşağıdakı mövzuları əhatə edir:
2. Açıq iqtisadi məsələ
Bu hissədə şagirdlərdən analitik və hesablamalı iqtisadi məsələni həll etmək tələb olunur.
Məsələdə aşağıdakı mövzular istifadə edilə bilər:
monopoliya mənfəəti
vergi təsiri
deadweight loss
price discrimination
bazar effektivliyi
Şagirdlərdən:
tələb olunur.
IV. Finance bölməsi
Finance bölməsi maliyyə savadlılığı və investisiya analizi üzrə bilikləri qiymətləndirir.
1. Test sualları
Bu hissədə 5 test sualı təqdim olunur.
Mövzular:
2. Case Study – İnvestisiya analizi
Bu hissədə şagirdlər real maliyyə vəziyyətini analiz etməlidirlər.
Case study aşağıdakı mərhələlərdən ibarət ola bilər:
Aktivlərin risk üzrə sıralanması
Şagirdlər müxtəlif investisiya aktivlərini risk səviyyəsinə görə sıralayırlar:
ETF
Corporate bonds
Gold
Individual stocks
Cryptocurrency
CAPM modeli
Şagirdlər səhmlər üzrə gözlənilən gəlirliliyi hesablayırlar.
Bu hissədə istifadə olunan model:
CAPM (Capital Asset Pricing Model)
Portfel analizi
Şagirdlər:
Stress test
Şagirdlər bazar şokları zamanı portfelin nəticələrini analiz edirlər.
Bu hissədə:
crash scenario
normal scenario
üzrə ehtimallar istifadə olunur.
İnvestisiya qərarı
Son mərhələdə şagirdlər:
NPV hesablayır
investisiya qərarı verir
V. İmtahan müddəti
Final mərhələsinin ümumi müddəti:
120 dəqiqə
Təxmini vaxt bölgüsü:
Bölmə | Vaxt |
Economics test | 45 dəqiqə |
Economics open question | 25 dəqiqə |
Finance test | 15 dəqiqə |
Finance case study | 35 dəqiqə |
VI. İmtahan qaydaları
İmtahan zamanı aşağıdakı qaydalara əməl edilməlidir:
Mobil telefonlardan istifadə qadağandır;
Seçim turunda istifadə olunan iş nömrələri istifadə edilməlidir;
Kalkulyator istifadə etməyə icazə verilir;
Cavablar aydın və oxunaqlı yazılmalıdır;
Açıq suallarda konkret cavablar yazılmalıdır;
Köçürmə halları diskvalifikasiya ilə nəticələnə bilər;
VII. Mükafatlandırma
Ən yaxşı nəticə göstərən 5 şagird ölkəmizi iyul ayında təşkil oluncaq İEO 2026 təmsil edəcək
AzMİO final nətiəcəsinə əsasən:
- ilk 5 nəfər qızıl medal;
- sonrakı 10 nəfər gümüş medal;
- sonrakı 20 nəfər bürünc medal
Finalda haqq qazanan medal almayan iştirakçılar fəxri fərman, qalan digər iştirakçılar isə iştirakçı sertifikatı əldə edəcəklər.
Milli komandaya seçim zamanı əgər 6-cı 7 şagirdin balı 5-ci ilə eyni olarsa, onların Finance case study yazdıqları suallara düzgün cavab əsas götürüləcək. Əgər bu halda eyni olarsa,həmin şagirdlərarasında yenidən imatahtəşkil olunacaqdır.
Milli komandaya seçilən 5 nəfərdən kimsə finala getməzsə digər şəxs finala getmək haqqı əldə edəcəkdir.
Global Olympiad Center bütün iştirakçılara uğurlar arzu edir.
Final turu: 15 mart saat 11:00-da Odlar Yurdu Universitetində təşkil olunacaqdır.