🗓 Tədbirin Tarixi:
7 iyun 2026, 11:00
📍 Keçirilmə Məkanı:
❓ Kimlər iştirak edə bilər?
1-ci sinifdən 11-ci sinifə qədər hər kəs iştirak edə bilər
☎️ Təcili Əlaqə üçün Məsul Şəxs:
Ləman Əlizadə – Telefon: +994 50 224 51 40
📘 Olimpiada haqqında ümumi məlumat:
AİMO (Asiya Beynəlxalq Riyaziyyat Olimpiadası) Üstünlükləri:
AİMO, yeniyetmələrə riyaziyyatı dərinləşdirərək öyrənmə, bilik və bacarıqlarını inkişaf etdirmə imkanı təqdim edir. Bu platforma, tələbələrin riyazi düşüncə qabiliyyətlərini artırma, problem həll etmə bacarıqlarını kəskinləşdirmə və akademik olaraq özlərini təkmilləşdirmələrinə kömək edir. Həmçinin, müxtəlif mədəniyyətlərdən olan tələbələrlə əlaqə quraraq qlobal bir şəbəkə qurma imkanı yaradır.
Dünya Universitetlərinə Qəbulda Dəyəri:
AİMO sertifikatı, tələbələrin universitetə qəbul proseslərində əhəmiyyətli bir üstünlük təmin edir. Çox sayda nüfuzlu universitet, namizədlərin akademik bacarıqlarını və xaricdə qazandıqları uğurları dəyərləndirərkən beynəlxalq olimpiadalar kimi rəqabətli proqramları yüksək qiymətləndirir. AİMO-da əldə edilmiş uğurlar, tələbənin riyaziyyatdakı üstün yetenəyini və problem həll etmə bacarığını sübut edir, bu da xüsusilə STEM (Fənn, Texnologiya, Mühəndislik, Riyaziyyat) sahələrində təhsil almaq istəyən tələbələr üçün böyük bir üstünlükdür.
Sertifikatın Keçərliliyi: AİMO tərəfindən verilən sertifikatlar, dünya üzrə bir çox universitet tərəfindən tanınır. Bu sertifikatlar, tələbənin yalnız riyazi bacarıqlarını deyil, həmçinin çətin problemlər qarşısında yaradıcı və sistemli düşünə bilən qabiliyyətini də göstərir. Universitetlər, bu cür bacarıqlara malik tələbələri dəyərli hesab edir çünki bu tələbələr akademik və peşəkar dünyada uğurlu olma potensialına malikdir.
AİMO Kim Tərəfindən Keçirilir?
AİMO, Asiya Beynəlxalq Riyaziyyat Olimpiadası Birliyi (AIMO Union) tərəfindən təşkil edilir. Bu birlik, riyaziyyat tədqiqat təşkilatları və şəxslər arasında əməkdaşlıq edərək gənclərə riyaziyyat öyrənmə və mədəni mübadilə platforması sunmağı məqsəd edinir. AİMO, müxtəlif ölkələrdən gənclər arasında elmi düşünmə və beynəlxalq dostluq körpüləri qurmaq imkanı tanıyır.
Bu faktorlar nəzərə alındıqda, AİMO-nun iştirakı, tələbələrin dünya miqyasında universitetlərə qəbul prosesində ciddi bir fərq yarada biləcəyi aydındır. AİMO, tələbələrə yalnız riyazi bacarıqlarını inkişaf etdirmək fürsəti verməklə kifayətlənmir, həm də onların qlobal perspektivlərini genişləndirir və akademik karyeralarında mühüm addımlar atmalarına kömək edir.
🧩 İmtahan strukturu və mərhələlər:
S\S | Siniflər | Sual sayı | Maksimum bal | İmtahan müddəti |
|---|
1 | Sinif 1 | 20 | 100 | 60 |
|---|
2 | Sinif 2 | 20 | 100 | 60 |
|---|
3 | Sinif 3 | 20 | 100 | 70 |
|---|
4 | Sinif 4 | 20 | 100 | 70 |
|---|
5 | Sinif 5 | 20 | 100 | 70 |
|---|
6 | Sinif 6 | 20 | 100 | 70 |
|---|
7 | Sinif 7 | 20 | 100 | 70 |
|---|
8 | Sinif 8 | 20 | 100 | 70 |
|---|
9 | Sinif 9 | 20 | 100 | 70 |
|---|
SS | Sinif 10-11 | 20 | 100 | 90 |
|---|
📊 Qiymətləndirmə meyarları:
İlk 8 sual: 4 bal
Sonrakı 8 sual: 5 bal
Son 4 sual: 7 bal
🏅 Mükafatlandırma:
İştirak sertifikatı, topladığı balların sayından asılı olmayaraq, ilkin turun bütün iştirakçılarına veriləcəkdir.
Qeyd: Final ilə bağlı suallarınız üçün +994503714280 - Əli Mirzəyev nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
📢 Nəticələrin elan olunması:
İştirakçılar ödəniş etdikdən sonra şəxsi kabinetlərinə daxil olurlar. İmtahandan 1 həftə öncə şəxsi kabinetdə imtahan məkanı və vaxtı görünəcəkdir. İştirakçılar mütəmadi olaraq bunu yoxlamalıdırlar.
İmtahan günü, çoxvariantlı olimpiadalarda imtahandan3 gün ərzindənəticələr şəxsi kabinetdə görünəcəkdir. İştirakçılar öz ballarını, neçə doğru və yanlış cavab verdiklərini, hansı suallara düzgün və ya səhv cavab verdiklərini görə biləcəklər.
Nəticələr açıqlandıqdan sonra şəxsi kabinetdə Apellyasiya müraciəti aktivləşir. İştirakçılar burada öz ad, soyadlarını, kateqoriyalarını qeyd edir və hansı suallar üzrə şikayətləri varsa, sual nömrələrini yazırlar (məsələn, 4, 5, 7, 11, 25-ci suallar). Daha sonra şikayətlərinin səbəblərini ətraflı şəkildə izah etməlidirlər. Açıqlama bölməsində, şikayətin məzmunu, sualların hansı aspektinin düzgün hesab edilmədiyi və əlavə dəlillər varsa, onlar qeyd olunmalıdır. Bu, şikayətin daha dəqiq və ədalətli şəkildə dəyərləndirilməsinə kömək edir.
Apellyasiya prosesi 24 saat, bəzən isə 12 saat ərzində aktiv olur. Bu müddət bitdikdən sonra ekspert heyəti sualları nəzərdən keçirir və şikayətlərin nə qədər doğru və ya yanlış olduğunu müəyyənləşdirir. Buna uyğun olaraq qərarlar qəbul edilir və nəticələrdə əks olunur.
Apellyasiya prosesi bitdikdən sonra, nəticələr yenidən açıqlanır və iştirakçıların hansı medalı qazandığı sistemdə görünür. Bundan sonra mükafatlandırma mərasimi haqqında məlumat şəxsi kabinetdə təqdim olunur.
Mükafatlandırma mərasimi günü medal alan şəxslər medallarını və sertifikatlarını yalnız mərasimdə ala bilərlər. Mərasimdə iştirak etməyənlər isə medallarını həmin həftə ərzində ofisdən ala bilərlər. Sertifikatlar onlayn olaraq şəxsi kabinetdə mövcud olacaq.
Qeyd: Olimpiadanın və ya yarışmanın öncədən təyin olunmuş gün və saatı dəyişmə halı Global Olympiad Center tərəfdə qalır. GOC ölkə ərazisində baş vermiş hər hansı bir böyük tədbir və yaxud da iştirakçı sayına görə imtahanın məkan və saatını dəyişə bilər.
📌 İmtahan qaydaları və nizam-intizam:
Nümayəndə sizə başla dediyi zaman:
Şagirdlərə heç bir elektron cihazdan istifadə etməyə icazə verilmir.
İmtahana başlamazdan öncə verilmiş kitabçanızla tanış olun. İmtahan başladıqdan sonra kitabçanın yanlış olaraq sizə verilməsi bildirdiyiniz halda qəbul edilməyəcək, bu məsuliyyəti şagird daşıyır.
Şagirdlər cavabları, cavab kartına əlavə etmək üçün diyircəkli göy qələmdən(ruçka) istifadə edə bilərlər.
Hər suala yalnız bir cavab verilməlidir. Birdən çox cavab verilən sual səhv cavab kimi dəyərləndirilir.
Şagirdlər hər hansı bir məsələnin mənası və yaxud sualın məğzi ilə bağlı otaq nümayəndəsindən soruşa bilməzlər.
Şagirdlər imtahan zamanı heç bir yardım göstərməməli və ya almamalıdırlar. Hər hansı bir fırıldaqçılıq, başqalarına fırıldaqçılıqda kömək etmək, bu və ya bu cür uyğun olmayan davranışlara cəlb etmək ciddi pozuntudur və bir qayda olaraq diskvalifikasiyaya (xaric edilmə) səbəb olur.
Şagirdlər bir-birindən ləvazimat istəyə bilməzlər. Yalnız öz qələm, silgi və digər vasitələrinizdən istifadə etməlisiniz.
İlk 30 dəqiqə ərzində imtahan zalından çıxmaq qadağandır. Zalı tərk edənlər yenidən imtahana buraxılmayacaqlar.
İmtahan zalını tərk etməzdən əvvəl cavab kağızınızı nəzarətçiyə təhvil verməyi unutmayın.
İmtahan sualları sizə öncədən təqdim olunmuş sillabuslar əsasında hazırlanmışdır.
Sizə verilmiş iş nömrənizi və ad soyadınızı cavab kartına düzgün şəkildə daxil edin. Əks halda cavablar açıqlananda düzgün olmayan nəticələrlə rastlaşa bilərsiniz. Bundan sadəcə şagird cavabdehdir.
💳 Geri ödəniş prosesi haqqında:
Geri Ödəniş Siyasəti:
Sağlamlıq problemləri ilə bağlı tibbi arayış təqdim edildikdə.
Fövqəladə hallar və ya təbii fəlakətlər səbəbindən iştirakın mümkünsüz olduğu hallar.
❓ Nümunə suallar və silabuslar:
Suallara baxmaq üçün və sillabusla tanış olmaq üçün linkə tıklayın:
https://drive.google.com/drive/folders/16ew6ZoOqozPR2Z65NrsxP7OYh_34D1Aa?usp=sharing