WMTC - Dünya Beynəlxalq Riyaziyyat Çempionatlığı
🗓 Tədbirin Tarixi:
21 sentyabr 2025, 11:00
📍 Keçirilmə Məkanı:
İmtahana 1 həftə qalmış elan olunacaq
❓ Kimlər iştirak edə bilər?
3-cü sinifdən 11-ci sinifə qədər hər kəs iştirak edə bilər
☎️ Təcili Əlaqə üçün Məsul Şəxs:
Ləman Əlizadə – Telefon: +994 50 224 51 40
📘 Olimpiada haqqında ümumi məlumat:
WMTC – World Mathematics Team Competition
Beynəlxalq səviyyədə tanınan riyaziyyat platforması
World Mathematics Team Competition (WMTC) – 2009-cu ildən bəri dünyanın müxtəlif ölkələrindən istedadlı şagirdlərin iştirak etdiyi, nəticələrinin nüfuzlu universitetlər tərəfindən nəzərə alındığı sayğılı bir beynəlxalq riyaziyyat olimpiadasıdır.
Yarışma yalnız bilikləri yoxlamaqla kifayətlənmir, eyni zamanda analitik düşünmə, dəqiqlik, sürətli qərarvermə və elmi yanaşma kimi bacarıqları da ön plana çıxarır. WMTC-də yüksək nəticə göstərmiş şagirdlərin göstəriciləri Harvard, Stanford, UC Berkeley, Waterloo kimi nüfuzlu universitetlərdə qəbul zamanı akademik göstərici kimi qəbul olunur.
Ölkə üzrə seçim turları beynəlxalq olimpiada sahəsində geniş təcrübəyə malik, bu günə qədər yüzlərlə şagirdə medal qazandırmış Global Olympiad Center (GOC) tərəfindən təşkil olunur.
🧩 İmtahan strukturu və mərhələlər:
Şagirdlər 3 kateqoriyada yarışacaq:
Junior: 2014 və sonrakı təvəllüdlülər (aşağı siniflər də bu kateqoriyada könüllü şəkildə yarışa bilər)
Intermediate: 2011–2014 arası
Senior: 2009–2011 arası
1-ci Tur – 20 dəqiqə: 15 asan və orta səviyyəli problem, hər biri 2 xal, ümumilikdə 30 xal.
Hər kəs eyni 15 çoxsaylı seçim problemi alır.
Düzgün cavab 2 xal, səhv cavab 0 xal, boş cavab 0 xal.
Maksimum xal: 30 xal.
2-ci Tur – 40 dəqiqə: 6 orta və 2 çətin problem, orta problemlər üçün 4 xal, çətin problemlər üçün 8 xal, ümumilikdə 40 xal.
Hər kəs eyni 8 problemi alır.
Düzgün cavablar 1-dən 6-ya 4 xal, 7 və 8 üçün 8 xal.
Səhv və boş cavablar 0 xal.
Maksimum xal: 40 xal.
Ümumi Fərdi Tur Xalı: 30+24+16 = 70 xal.
Maksimum Komanda Xalı: 6 komanda üzvünün ümumi xallarının orta xalı (6 × 70 ÷ 6 = 70 xal).
40 dəqiqə ərzində 14 problemi həll etmək, hər problem üçün 5 xal, ümumilikdə 70 xal. Hər komanda 14 problem alır. Komanda bu problemləri kollektiv və ya fərdi şəkildə həll etmək üçün 40 dəqiqə vaxtı var. Turların sonunda yalnız bir cavab dəsti komandadan toplanacaq. Beləliklə, komandanın maksimum ümumi xalı 5×14 = 70 xaldır.
Turlar | Raund | Sual sayı | Vaxt | Bal sistemi | Yekun bal | Maksimum komanda balı | CƏM |
Fərdi | 2 | 15/6/2 | 60 min. 1 Round: 20 min. 2 Round: 40 min | 2/4/8 | 30+24+16=70 | (Takım Toplamı)÷6 | 70 |
Komanda | 1 | 14 | 40 dəq | 5 | 14x5 =70 | (Takım Toplamı) × (7/12) | 70 |
🏅 Mükafatlandırma:
Seçim turu üçün mükafatlar:
Hər səviyyədə:
İlk 10%: Qızıl medallar + finala vəsiqə qazanır
İlk 20%: Gümüş medallar + finala vəsiqə qazanır
İlk 30%: Bürünc medallar + finala vəsiqə qazanır
Geriyə qalan 20%: Merit sertifikatları
Geriyə qalan 20%: İştirakçı sertifikatları
Hər səviyyədə:
İlk 3 yer: Xüsusi kubok (hər komanda üzvü sertifikat alır) + finala vəsiqə qazanır
Qalan 70%: İştirak sertifikatları
Qeyd: Final ilə bağlı suallarınız üçün +994503714280 - Əli Mirzəyev nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
📢 Nəticələrin elan olunması:
İmtahan günü, çoxvariantlı olimpiadalarda imtahandan3 gün ərzindənəticələr şəxsi kabinetdə görünəcəkdir. İştirakçılar öz ballarını, neçə doğru və yanlış cavab verdiklərini, hansı suallara düzgün və ya səhv cavab verdiklərini görə biləcəklər.
Nəticələr açıqlandıqdan sonra şəxsi kabinetdə Apellyasiya müraciəti aktivləşir. İştirakçılar burada öz ad, soyadlarını, kateqoriyalarını qeyd edir və hansı suallar üzrə şikayətləri varsa, sual nömrələrini yazırlar (məsələn, 4, 5, 7, 11, 25-ci suallar). Daha sonra şikayətlərinin səbəblərini ətraflı şəkildə izah etməlidirlər. Açıqlama bölməsində, şikayətin məzmunu, sualların hansı aspektinin düzgün hesab edilmədiyi və əlavə dəlillər varsa, onlar qeyd olunmalıdır. Bu, şikayətin daha dəqiq və ədalətli şəkildə dəyərləndirilməsinə kömək edir.
Qeyd: Olimpiadanın və ya yarışmanın öncədən təyin olunmuş gün və saatı dəyişmə halı Global Olympiad Center tərəfdə qalır. GOC ölkə ərazisində baş vermiş hər hansı bir böyük tədbir və yaxud da iştirakçı sayına görə imtahanın məkan və saatını dəyişə bilər.
📌 İmtahan qaydaları və nizam-intizam:
Nümayəndə sizə başla dediyi zaman:
Şagirdlərə heç bir elektron cihazdan istifadə etməyə icazə verilmir.
İmtahana başlamazdan öncə verilmiş kitabçanızla tanış olun. İmtahan başladıqdan sonra kitabçanın yanlış olaraq sizə verilməsi bildirdiyiniz halda qəbul edilməyəcək, bu məsuliyyəti şagird daşıyır.
Şagirdlər cavabları, cavab kartına əlavə etmək üçün diyircəkli göy qələmdən(ruçka) istifadə edə bilərlər.
Hər suala yalnız bir cavab verilməlidir. Birdən çox cavab verilən sual səhv cavab kimi dəyərləndirilir.
Şagirdlər hər hansı bir məsələnin mənası və yaxud sualın məğzi ilə bağlı otaq nümayəndəsindən soruşa bilməzlər.
Şagirdlər imtahan zamanı heç bir yardım göstərməməli və ya almamalıdırlar. Hər hansı bir fırıldaqçılıq, başqalarına fırıldaqçılıqda kömək etmək, bu və ya bu cür uyğun olmayan davranışlara cəlb etmək ciddi pozuntudur və bir qayda olaraq diskvalifikasiyaya (xaric edilmə) səbəb olur.
Şagirdlər bir-birindən ləvazimat istəyə bilməzlər. Yalnız öz qələm, silgi və digər vasitələrinizdən istifadə etməlisiniz.
İlk 30 dəqiqə ərzində imtahan zalından çıxmaq qadağandır. Zalı tərk edənlər yenidən imtahana buraxılmayacaqlar.
İmtahan zalını tərk etməzdən əvvəl cavab kağızınızı nəzarətçiyə təhvil verməyi unutmayın.
İmtahan sualları sizə öncədən təqdim olunmuş sillabuslar əsasında hazırlanmışdır.
Sizə verilmiş iş nömrənizi və ad soyadınızı cavab kartına düzgün şəkildə daxil edin. Əks halda cavablar açıqlananda düzgün olmayan nəticələrlə rastlaşa bilərsiniz. Bundan sadəcə şagird cavabdehdir.