Beynəlxalq NextGen İngilis dili Yarışması üzrə seçim mərhələsinin medalçı nəticələri rəsmi olaraq açıqlanıb.

Beynəlxalq NextGen İngilis dili Yarışması üzrə seçim mərhələsinin medalçı nəticələri rəsmi olaraq açıqlanıb. 

Seçim mərhələsi Bakı şəhərində Global Olympiad Center təşkilatçılığı ilə keçirilib. Yüzlərlə şagird final mərhələsinə vəsiqə qazanmaq uğrunda yarışıblar.

Final turu 2026-ci il 13-20 aprel tarixində Avstraliyanın paytaxtı Sidney şəhərində keçiriləcəkdir.

Seçim mərhələsinin nəticələri fərdi göstəricilərinə əsasən aşağıdakı qaydada müəyyən edilmişdir:

- TOP 5 faiz qızıl medal

- TOP 10 faiz gümüş medal

- Sonrakı TOP 20 faiz bürünc medal

- TOP geriyə qalan 20 faiz isə fəxri fərman

Uğurlu nəticə əldə etməyən iştirakçılar beynəlxalq iştirakçı sertifikatlarını şəxsi kabinetdən əldə edə bilərlər.

Qeyd edək ki, mükafatlandırma mərasimi 22 fevral tarixində keçiriləcəkdir. 

Bütün iştirakçılara uğurlar arzu edirik!