Global Olympiad Center (GOC) təşkilatçılığı ilə beynəlxalq olimpiada və yarışmaların qaliblərinin mükafatlandırma mərasimi 29 noyabr 2025-ci il tarixində Avropa-Azərbaycan Məktəbində böyük coşqu ilə keçirilib.
Olimpiadalar və yarışmalarda iştirak edən şagirdlər öz bilik və bacarıqlarını nümayiş etdirib və uğurlu nəticə göstərərək medal qazanıblar.
Tədbiri ilk olaraq Global Olympiad Center-in direktoru Xəyal İbrahimzadə açaraq iştirakçıları salamlayıb və medalçı şagirdlərə öz ürək sözlərini çatdırıb. O, çıxışında beynəlxalq olimpiada və yarışmaların təhsilin keyfiyyətinin yüksəldilməsində, şagirdlərin elmi dünyagörüşünün formalaşmasında və ölkəmizin beynəlxalq arenada təmsil olunmasında mühüm rol oynadığını xüsusi vurğulayıb.
Tədbirdə WMTC, FMO, Kopernik Elm və Fizika-Astronomiya, Brainiacs və USA-ENG Olympiad kimi nüfuzlu yarışlarda iştirak edərək yüksək nəticə göstərən şagirdlər qızıl, gümüş və bürünc medallarla təltif olunublar. Olimpiada qaliblərinə xüsusi mükafatlar təqdim edilib.
Mükafatlandırma mərasimi xüsusi diqqət çəkib. Tədbirdə bir sıra dəyərli qonaqlar iştirak edib, öz ürək sözlərini medalçı şagirdlərə ünvanlayaraq onların nailiyyətlərini yüksək qiymətləndiriblər. Qonaqlar tərəfindən beynəlxalq uğurların əhəmiyyəti, şagirdlərin gələcək inkişafına təsiri və GOC-un bu istiqamətdə göstərdiyi fəaliyyət xüsusi vurğulanıb.
Mərasim zamanı GOC-un fəaliyyətində fəal iştirak edən könüllülərin əməyi də yüksək qiymətləndirilib. Sentyabr və oktyabr ayları üzrə “Ayın Team Leaderi” və “Ayın Könüllüləri” seçilərək təltif olunublar.
Sentyabr üzrə "Ayın Team Leaderi" Ləman Quliyeva, Ayın Könüllülər isə Selcan Həsənova, Ceyran Əliyeva, Aysel Həsənzadə, Ceyran Qənbərova, Fidan İbrahimli, Ramin Abbasov, Zeynəb Əliyeva, Gülən Əmiraslanova, Riad Qubadov, Aişə Əliyeva, Həsənova Nəzrin, Rəşid Hüseynov və Fidan Bəndiyeva seçilib.
Oktyabr ayı üzrə Ayın Team Leaderi Aynur Kərimli, Ayın könülləri isə Dərya Cəvadiəsli, Aişə Şirinova, Fatimə Kərimli, Aygül Qasımova, Aysel Hüseynova, Yavuz İsmayıllı, Şərqiyyə Şahbazova, Könül Qasımlı, Aişə Əliyeva, Nuray Rəhimli, Samirə Əliyeva, Aytən Həziyeva və Nazlı Səmədzadə seçilib.
Qeyd edək ki, beynəlxalq olimpiada və yarışmalarda medal qazanan iştirakçılar final turuna vəsiqə qazanıb:
WMTC – Thailand, Bangkok
Kopernik Elm, Fizika-Astronomiya – Amerika, Houston, Texas (Rice Universiteti)
Brainiacs – Malayziya, Xiamen Universiteti
USA-ENG Olympiad – Amerika, Miami
Tədbir böyük kreativliklə yadda qalıb. İştirakçıların motivasiyasını və özünəinamını artırmaq məqsədilə müxtəlif vizual və interaktiv zonalar yaradılıb. Xüsusi olaraq hazırlanan foto məkanlar şagirdlərin öz uğurlarını qeyd etməsi üçün şərait yaradıb. Bundan əlavə, iştirakçılar üçün qırmızı xalça üzərindən təntənəli keçid təşkil edilib ki, bu da onların özlərini beynəlxalq səviyyəli bir tədbirin mərkəzində hiss etməsinə, uğurlarının daha təntənəli şəkildə qeyd olunmasına imkan verib.
Global Olympiad Center olaraq beynəlxalq olimpiadalar və yarışmalarda uğur qazanan bütün iştirakçıları, habelə könüllü və komanda rəhbərlərini təbrik edir, onların gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər arzulayır.