IMC – İlkin nəticələr açıqlanıb

IMC – İlkin nəticələr açıqlanıb

16 noyabr 2025-ci il tarixində Bakı və Sumqayıt şəhərlərində keçirilmiş International Math Challenge (IMC) seçim mərhələsinin ilkin nəticələri artıq açıqlanıb. Yarışda şagirdlər 6 kateqoriya üzrə 25 sualı 75 dəqiqə ərzində cavablandıraraq öz bilik və bacarıqlarını nümayiş etdiriblər. İştirakçılar hazırda şəxsi kabinetlərində nəticələri ilə tanış ola bilərlər.

Bu il medalçıların müəyyənləşdirilməsi prosesi tam şəkildə dünya reytinqinə əsasən həyata keçirilir. Bütün iştirakçı ölkələrdən gələn nəticələr bir sistemdə birləşdirilir və qlobal sıralama formalaşdırıldıqdan sonra medal bölgüsü ümumi statistika üzrə aparılır.

Medal bölgüsü beynəlxalq standartlara uyğun olaraq aşağıdakı kimi hesablanır:
İlk 10% – Qızıl medal, 11%–25% – Gümüş medal, 26%–45% – Bürünc medal.
Bu bölgü yalnız ölkədaxili nəticələrə deyil, bütün dünya iştirakçılarının ümumi göstəricilərinə əsaslanır.

Sıralamada yalnız bal deyil, imtahanın bitirmə vaxtı da nəzərə alınır. Eyni bal toplayan iki şagird olduqda, imtahanı daha tez başa vuran iştirakçı daha yüksək yer tutur və müvafiq medalı qazanır. Bu mexanizm beynəlxalq qiymətləndirmə standartlarına uyğun olaraq obyektivlik və şəffaflıq təmin edir.

Hazırda ilkin nəticələr sistemdə əlçatandır. Apellyasiya mərhələsi müəyyən olunmuş tarixə qədər qəbul edilir və qlobal reytinq tamamlandıqdan sonra medalçıların siyahısı rəsmi şəkildə elan olunacaq.

Kateqoriya 5 üzrə yüksək nəticə göstərən şagirdlər üçün ölkə mərhələsindəki göstəricilərə uyğun olaraq tərəfdaş universitetlərin xüsusi təqaüdləri mövcuddur. Təqaüd proqramlarına daxil olan imkanlar bunlardır:
North American University (ABŞ): Qızıl – 88,000 USD, Gümüş – 80,000 USD, Bürünc – 60,000 USD (4 illik təqaüd)
Süleyman Dəmirəl Universiteti (Qazaxıstan): 4 il üçün 100%-ə qədər təhsil endirimi
Ala-Too Beynəlxalq Universiteti (Qırğızıstan): İlk il üçün 10–100% endirim
Vistula Universiteti (Polşa): İlk il üçün 10–100% təqaüd
Paragon International University (Kamboca): 4 il üçün 25–100% təqaüd
Woosong University (Cənubi Koreya): İlk semestr üçün 70%-dək təqaüd

İlkin nəticələrlə tanış olmaq üçün şəxsi kabinet aktivdir. Bütün iştirakçıları təbrik edir və qarşıdakı mərhələlərdə uğurlar arzulayırıq.