Beynəlxalq Brainiacs Olimpiadasının Riyaziyyat üzrə seçim mərhələsinin medalçı nəticələri rəsmi olaraq açıqlanıb.

Beynəlxalq Brainiacs Olimpiadasının Riyaziyyat üzrə seçim mərhələsinin medalçı nəticələri rəsmi olaraq açıqlanıb. 

Seçim mərhələsi Bakı şəhərində Global Olympiad Center təşkilatçılığı ilə keçirilib. Yüzlərlə şagird final mərhələsinə vəsiqə qazanmaq uğrunda yarışıblar.

Final turu 2026-ci il 21-26 mart tarixində Malaziyada Xiamen Universitetində keçiriləcəkdir.

Seçim mərhələsinin nəticələri fərdi göstəricilərinə əsasən aşağıdakı qaydada müəyyən edilmişdir:


Qızıl Medal: 90-100 bal

Gümüş Medal: 75-89 bal

Bürünc Medal: 50-74 bal

Fəxri Fərman: 40-49 bal


Uğurlu nəticə əldə etməyən iştirakçılar beynəlxalq iştirakçı sertifikatlarını şəxsi kabinetdən əldə edə bilərlər.


Qeyd edək ki, mükafatlandırma mərasimi 30 noyabr tarixində keçiriləcəkdir. 


Bütün iştirakçılara uğurlar arzu edirik!