Beynəlxalq Brainiacs Math Olimpiadasının İlkin Nəticələri Açıqlanıb 2025-ci il 19 oktyabr tarixində Beynəlxalq Brainiacs Math Olimpiadasının Azərbaycan üzrə seçim turu Global Olympiad Center (GOC) təşkilatçılığı ilə Bakı Biznes Universitetində keçirilib. Seçim turunda iştirakçılar riyaziyyat biliklərini nümayiş etdiriblər. Hazırda seçim turunun ilkin nəticələri açıqlanıb. Medal qazanan iştirakçıları isə apellyasiya prosesi başa çatdıqdan sonra elan ediləcəkdir. Apellyasiya müraciətləri 20 oktyabr 2025-ci il saat 19:00-dan başlayaraq 21 oktyabr 2025-ci il saat 19:00-dək qəbul ediləcəkdir. Qeyd edək ki, seçim turunda medal qazanan iştirakçılar Malayziyanın paytaxtı Kuala-Lumpurda 40-dan çox ölkənin iştirakı ilə keçiriləcək final turunda Azərbaycanı təmsil edəcəklər. Bundan əlavə, 11-ci siniflər üçün Malayziyanın Xiamen Universitetində təhsil almaq üçün xüsusi təqaüd proqramları təklif olunur: 1-ci yer: 100% Təqaüd 2-ci yer: 75% Təqaüd 3-cü yer: 50% Təqaüd Fəxri fərman: 25% Təqaüd İlkin nəticələrlə tanış olmaq üçün Şəxsi Kabinetə keçiddən istifadə edə bilərsiniz: - Nəticə linki: https://goc.edu.az/PersonalCabinet Əlavə suallarınız olduğu halda aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz: Əlaqə nömrəsi: +994 50 224 51 40 Bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!