Beynəlxalq Kopernik Təbiət Elmləri və Fizika, Astronomiya Olimpiadasının İlkin Nəticələri Açıqlanıb
2025-ci il 12 oktyabr tarixində Beynəlxalq Kopernik Təbiət Elmləri və Fizika, Astronomiya Olimpiadasının Azərbaycan üzrə seçim turu Global Olympiad Center (GOC) təşkilatçılığı ilə Bakı Biznes Universitetində keçirilib.
Seçim turunda iştirakçılar xüsusi elm və təbiət biliklərini nümayiş etdiriblər.
Hazırda seçim turunun ilkin nəticələri açıqlanıb. Medal qazanan iştirakçıları isə apellyasiya prosesi başa
çatdıqdan sonra elan ediləcəkdir.
Apellyasiya müraciətləri 13 oktyabr 2025-ci il saat 10:00-dan başlayaraq 14 oktyabr 2025-ci il saat 10:00-dək qəbul ediləcəkdir.
Qeyd edək ki, seçim turunda medal qazanan iştirakçılar 2026-cı il 26-31 yanvarda Houston, Texasda, Rice Universitetində 40-dan çox ölkənin iştirakı ilə keçiriləcək final turunda Azərbaycanı təmsil edəcəklər.
İlkin nəticələrlə tanış olmaq üçün Şəxsi Kabinetə keçiddən istifadə edə bilərsiniz:
- Nəticə linki: https://goc.edu.az/PersonalCabinet
Əlavə suallarınız olduğu halda aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
Əlaqə nömrəsi: +994 50 224 51 40
Bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!