WMTC-nin Azərbaycan üzrə seçimləri başladı!
2009-cu ildən keçirilən World Mathematics Team Championship (WMTC) ölkə mərhələsi üzrə seçimlərə start verildi. Bu mötəbər beynəlxalq riyaziyyat çempionatında Azərbaycan komandası tarixində ikinci dəfə iştirak edəcək.
Seçim turu 21 sentyabr 2025-ci il tarixində keçiriləcək və nəticələrə əsasən, final mərhələsində ölkəmizi Taylandda təmsil edəcək iştirakçılar müəyyənləşəcək.
WMTC — dünyanın ən nüfuzlu beynəlxalq riyaziyyat çempionatlarından biridir. İlk dəfə 2009-cu ildə University of California, Berkeley professorları tərəfindən təsis olunub. Hazırda təşkilata həmin universitetin Çin əsilli professoru Quan rəhbərlik edir.
Seçim turunun mərhələləri:
Fərdi tur – fərdi qaliblərin müəyyənləşdirilməsi
Estafet turu – komanda işi və sürətli düşünmə bacarıqlarının ölçülməsi
Komanda raundu – 6 nəfərlik qruplarla birgə tapşırıqların həlli
Yaş kateqoriyaları:
Junior – 2014 və sonrakı təvəllüdlülər (aşağı siniflər könüllü şəkildə qoşula bilər)
Intermediate – 2011–2014
Advanced – 2009–2011
Ötən il Qətərin paytaxtı Dohada, Qətər Təhsil Nazirliyi və Qətər Fondunun təşkilatçılığı ilə keçirilən final mərhələsində Azərbaycan komandası uğurlu nəticələr əldə edib.
Bu il isə Global Olympiad Center təşkilatçılığı ilə məqsədimiz Tayland finalında daha böyük nailiyyətlər qazanmaqdır!