HIPPO Beynəlxalq İngilis Dili Olimpiadasının Milli Finalının Qalibləri Açıqlanıb

HIPPO Beynəlxalq İngilis Dili Olimpiadasının Milli Finalının Qalibləri Açıqlanıb


10 may 2025-ci il tarixində HIPPO Beynəlxalq İngilis Dili Olimpiadasının Milli Final mərhələsi  Azərbaycan üzrə rəsmi tərəfdaşı olan Global Olympiad Centerin təşkilatçılığı ilə keçirilib. Bu mərhələdə 1–11-ci sinif şagirdləri ingilis dili bilik və bacarıqlarını nümayiş etdiriblər.


Final mərhələsinin nəticələrinə əsasən, müxtəlif kateqoriyalar üzrə ümumilikdə 76 şagird beynəlxalq mərhələlərə vəsiqə qazanıb. Belə ki:

* 2 nəfər Dünya finalına,

* 27 nəfər Regional Finala,

* 47 nəfər isə Play-off mərhələsinə vəsiqə əldə edib.


Bu il HIPPO Milli Finalının yekun nəticələrinə əsasən, iki şagird bir başa Dünya finalında Azərbaycanı təmsil etmək hüququ əldə edib:

Belə ki, HIPPO 1 kateqoriyasında Bakı Avropa Liseyinin 5-ci sinif şagirdi Humay Məmmədzadə, HIPPO 3 kateqoriyasında 2 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Səbinə Qurbanlı Dünya finalında ödənişsiz iştirak hüququ qazanıblar.


13–15 iyul tarixlərində Özbəkistan Təhsil Nazirliyi tərəfindən Səmərqənd də təşkil olunacaq HIPPO regional finalda isə 27 şagird ölkəmizi təmsil edəcək.  Play-off mərhələsi isə 5-12 avqust tarixlərində Böyük Britaniyada təşkil olunacaq. Bu mərhələdə iştirak edəcək şagirdlər finala vəsiqə qazanmaq üçün bir daha biliklərini sinayacaq, dünya finalçısı adını qazanmaq üçün mübarizə aparacaqlar. 


Qeyd edək ki, HIPPO-nun dünya finalı 29 sentyabr – 1 oktyabr tarixlərində  İtaliyanın paytaxtı Roma şəhərində keçiriləcək.


Qaliblərimizi təbrik edir, onları növbəti mərhələlərdə də uğurla çıxış etməyi arzulayırıq!