Hörmətli valideynlər və əziz şagirdlər,
04.04.2025-ci il tarixində Bakı, Sumqayıt və Gəncə şəhərlərində AIMO Riyaziyyat Olimpiadası keçirilib. 06.05.2025-ci il tarixində yarışmanın ilkin nəticələri açıqlanıb.
Nəticələrlə tanış olmaq üçün şəxsi kabinetinizə daxil ola bilərsiniz. Apellyasiya müraciətləri bu gün saat 15:30-dan etibarən qəbul edilir və 07.05.2025-ci il saat 12:00-da başa çatacaqdır. Ekspert heyəti müraciətləri dəyərləndirdikdən sonra ilkin mərhələ qalibləri elan ediləcək.
Əlavə suallarınız olarsa, +994502245140 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Olimpiadada iştirak edən bütün şagirdlərə uğurlar arzulayırıq!