HIPPO Beynəlxalq İngilis Dili Olimpiadasının seçim turu üzrə nəticələr açıqlanıb!

Global Olympiad Center tərəfindən keçirilən HIPPO Beynəlxalq İngilis Dili Olimpiadasının seçim turu üzrə nəticələr elan olunub. 4 aprel 2026-cı il tarixində Bakı, Sumqayıt və Gəncə şəhərlərində, 18 aprel tarixində isə Naxçıvan şəhərində keçirilən imtahanın nəticələrinə əsasən milli final mərhələsinə vəsiqə qazanan şagirdlərin adına aydınlıq gəlib.

Nəticələrə əsasən, Baby Hippo kateqoriyası üzrə 45, Little Hippo üzrə 72, HIPPO 1 üzrə 86, HIPPO 2 üzrə 48, HIPPO 3 üzrə 88, HIPPO 4 üzrə 41, HIPPO 5 üzrə 0 nəfər şagird milli finala yüksəlib. Eyni zamanda, Special 1 kateqoriyası üzrə 23, Special 2 üzrə 13, Special 3 üzrə 7, Special 4 üzrə isə 5 nəfər iştirakçı növbəti mərhələyə keçid əldə edib. Ümumilikdə 428 şagird milli final mərhələsində iştirak hüququ qazanıb.

İştirakçılar nəticələrini https://www.soa-htc.org/check-results linkinə keçid edərək yoxlaya bilərlər.

Bildirək ki, milli final mərhələsinin tarixi yaxın günlərdə Global Olympiad Center-in rəsmi vebsaytı və sosial media hesablarında açıqlanacaq. Milli finalda ən yüksək nəticə göstərən iştirakçılar birbaşa dünya finalına, digər yüksək nəticə əldə edən şagirdlər isə regional final mərhələsinə vəsiqə qazanacaqlar.

Global Olympiad Center milli finala yüksələn bütün şagirdlərə növbəti mərhələdə uğurlar arzulayır.