TIMO 2026 Çərçivəsində Könüllülər Arasında İntellektual Oyun Keçirilib!

"Global Olympiad Center"in təşkilatçılığı ilə 19 aprel tarixində TIMO 2026 tədbirində iştirak edəcək könüllülər üçün Odlar Yurdu Universitetində intellektual yarış keçirilib.

Tədbir layihələr komandasının təşkilatçılığı ilə həyata baş tutub. Yarışın təşkilinə layihələr komandasının rəhbəri Elcan Əsədli və komanda üzvləri Murad İslam, Əli Cəfərquluyev, Tural Kərimov, Çinarə İslamova, Mədinə Məhərrəmli nəzarət edib, prosesin qaydalara uyğun və şəffaf şəkildə keçirilməsi təmin olunub.

İntellektual yarış çərçivəsində könüllülər "QUIZ" formatında komanda şəklində iştirak edərək müxtəlif mövzular üzrə bilik və dünyagörüşlərini nümayiş etdiriblər.

Yekun nəticələrə əsasən “Çay GPT” komandası birinci yerə layiq görülüb. Komandanın tərkibində Aysel Məmmədova, Validə İslamova, Afət Muradova, Leyla İbrahimzadə, Fəridə Rəhimli və Anar Hüseynzadə yer alıb. İkinci yeri “MediaMind” komandası tutub. Bu komandanı Nigar Ağazadə, Aysu Novruzlu, Zeynəb Əliyeva, Sevil Babayeva və Bəhruz Nəzərov təmsil edib. Üçüncü yerə isə Aysu Mustafayeva, Nərmin Hacıyeva, Gülbahar Həsənli, Aisu Osmanova, Zeynəb Həsənəliyeva və Sənan Alıyevdən ibarət “6-cı Zona” komandası layiq görülüb.

Qeyd edək ki, TIMO 2026 könüllüləri üçün növbəti dövrlərdə də intellektual oyunlar və təlimlərin keçirilməsi planlaşdırılır. TIMO Olimpiadasının final mərhələsi isə 2-6 iyul tarixlərində Bakı şəhərində təşkil olunacaq.