Global Olympiad Center tərəfindən beynəlxalq səviyyədə təşkil olunan STEMCO Beynəlxalq Riyaziyyat Yarışmasının Azərbaycan üzrə seçim turuna qeydiyyat elan olunub. 45-dən çox ölkədə keçirilən bu yarış I-XI sinif şagirdləri üçün nəzərdə tutulub.
STEMCO riyaziyyatı yalnız nəzəri bilik kimi deyil, real həyat problemlərinin həllində istifadə olunan praktik alət kimi təqdim edən beynəlxalq platformadır. Yarış çərçivəsində iştirakçılara təqdim olunan suallar gündəlik həyatda qarşılaşılan situasiyalar əsasında hazırlanır və onların analitik düşünmə, məntiqi yanaşma və problem həll etmə bacarıqlarını qiymətləndirməyə yönəlib.
Yarışmada yüksək nəticə göstərən iştirakçılar sertifikat və medallarla təltif olunmaqla yanaşı, Sinqapurda keçiriləcək final mərhələsində iştirak hüququ qazanacaqlar. Final mərhələsi Sinqapur Milli Universitetində təşkil olunacaq və iştirakçılar burada Nanyanq Texnoloji Universiteti kimi aparıcı ali təhsil müəssisələrinin akademik mühiti ilə tanış olmaq imkanı əldə edəcəklər.
Azərbaycan üzrə seçim mərhələsinin 18 aprel tarixində keçiriləcək. İmtahan Azərbaycan, rus və ingilis dillərində təşkil olunacaq. Qeydiyyat üçün son tarix 16 apreldir.