Global Olympiad Center 2025-2026-cı tədris ili üzrə Məktəbli Təqaüd
Proqramının qaliblərini açıqlayıb. İl ərzində beynəlxalq olimpiada və
yarışlarda yüksək nəticə göstərən, davamlı iştirakı və akademik nailiyyətləri
ilə fərqlənən 10 şagird müxtəlif təqaüd kateqoriyaları üzrə seçilib.
Ən yüksək nəticəni 1590 bal toplayan Məhəmməd Abbaslı göstərib. O, Heydər
Əliyev adına Diamond Təqaüdünə layiq görülüb.
Polad Həşimov adına Qızıl Təqaüdü 1530 bal toplayan Turan Abdullaya, 1480
bal nəticə göstərən Şamil Məmmədliyə və eyni nəticəni əldə edən Mərziyyə
Kazımovaya təqdim olunub.
Lütfizadə adına Gümüş Təqaüdünün qalibləri Hüseynağa Hüseynov, Səid
Dadaşzadə və Balabəy Musayev olub. Hüseynağa Hüseynov 1460, Səid Dadaşzadə
1290, Balabəy Musayev isə 1260 bal toplayıb.
Nəsrəddin Tusi adına Bürünc Təqaüdünə Daria Dmitriyeva, Mixail Dmitriyev və
Cavidan Mahmudzadə layiq görülüblər. Daria Dmitriyeva 1250, Mixail Dmitriyev
1140, Cavidan Mahmudzadə isə 1070 bal nəticə göstərib.
2025-2026-cı tədris ili üzrə qaliblərin tam siyahısı belədir:
Məhəmməd Abbaslı, 1590 bal, Heydər Əliyev adına Diamond Təqaüdü;
Turan Abdulla, 1530 bal, Polad Həşimov adına Qızıl Təqaüdü;
Şamil Məmmədli, 1480 bal, Polad Həşimov adına Qızıl Təqaüdü;
Mərziyyə Kazımova, 1480 bal, Polad Həşimov adına Qızıl Təqaüdü;
Hüseynağa Hüseynov, 1460 bal, Lütfizadə adına Gümüş Təqaüdü;
Səid Dadaşzadə, 1290 bal, Lütfizadə adına Gümüş Təqaüdü;
Balabəy Musayev, 1260 bal, Lütfizadə adına Gümüş Təqaüdü;
Daria Dmitriyeva, 1250 bal, Nəsrəddin Tusi adına Bürünc Təqaüdü;
Mixail Dmitriyev, 1140 bal, Nəsrəddin Tusi adına Bürünc Təqaüdü;
Cavidan Mahmudzadə, 1070 bal, Nəsrəddin Tusi adına Bürünc Təqaüdü.
Məktəbli Təqaüd Proqramı şagirdlərin akademik inkişafını dəstəkləmək, onların
beynəlxalq olimpiada və yarışlarda iştirakını təşviq etmək, eləcə də yüksək
nəticə göstərən məktəblilərin nailiyyətlərini qiymətləndirmək məqsədilə həyata
keçirilir.
Global Olympiad Center qalib şagirdləri təbrik edir və onlara növbəti tədris
ilində uğurlar arzulayır.