Azərbaycan Milli Komandası 1-5 avqust tarixlərində “AIMO” beynəlxalq olimpiadasının final mərhələsində iştirak etmək məqsədilə Vyetnamın-ın paytaxtı Hanoy şəhərinə yola düşüb. Milli komanda olimpiadanın finalında ölkəmizi beynəlxalq səviyyədə təmsil edəcək.
Milli komandanın üzvləri Hanoy şəhərində keçiriləcək Asiya Beynəxlaq Riyaziyyat Olimpiadasının final mərhələsində 100-dən çox ölkəndən qatılan iştirakçılarla birlikdə bilik və bacarıqlarını qlobal səviyyədə nümayiş etdirəcəklər.
Komandamızın üzvləri:
•159 nömrəli tam orta məktəb şagirdi Rüfət Təhməzov
•Türk Dünyası Bakı Atatürk Liseyinin şagirdi Miryusif Babazadə
Komanda "Global Olympiad Center"-dən həmtəsisçisi Əli Mirzəyevin rəhbərliyi altında səfər edəcək.
Qeyd edək ki, AIMO Asiya Beynəlxalq Riyaziyyat Olimpiadası 2012-ci ildən keçirilir və regionun nüfuzlu beynəlxalq riyaziyyat olimpiadalarından biri hesab olunur.
Global Olympiad Center olaraq milli komandanın üzvlərinə final mərhələsində uğurlar arzulayırıq!