Copernicus Fizika və Təbiət Elmləri Olimpiadasının 2026–2027-ci tədris ili üzrə Azərbaycan seçim turunun medalçıları açıqlanıb. Nəticələrə əsasən, yüksək bal toplayan iştirakçılar qızıl, gümüş və bürünc medallara, eləcə də fəxri fərman sertifikatına layiq görülüb.
Seçim mərhələsində iştirak edən şagirdlərin nəticələri şəxsi kabinetlərə yerləşdirilib. İştirakçılar nəticələri, topladıqları balı və öz kateqoriyaları üzrə medal bölgüsünü şəxsi kabinetdəki “Medal statistika” bölməsindən görə biliblər.
Qiymətləndirmə meyarlarına əsasən, 91–100 bal toplayan şagirdlər qızıl, 75–90 bal toplayanlar gümüş, 50–74 bal nəticə göstərənlər isə bürünc medala layiq görülüb. 40–49 bal toplayan iştirakçılar fəxri fərman sertifikatı əldə edib.
Qızıl, gümüş və bürünc medal qazanan, həmçinin fəxri fərmana layiq görülən şagirdlər Copernicus Olimpiadasının ABŞ-ın Orlando şəhərində keçiriləcək final mərhələsinə müraciət etmək hüququ qazanıb. Finala müraciət prosesi iştirakçıların şəxsi kabinetləri üzərindən həyata keçirilir.
Copernicus Olimpiadasının seçim mərhələsində Fizika və Təbiət Elmləri üzrə iştirakçıların elmi bilikləri, analitik düşünmə və problem həll etmə bacarıqları qiymətləndirilib.
Nəticələrlə tanış olmaq və final mərhələsinə müraciət etmək üçün iştirakçılar şəxsi kabinetlərinə daxil ola bilərlər:
https://goc.edu.az/personalcabinet
Global Olympiad Center medal və fəxri fərman qazanan bütün iştirakçıları təbrik edir, onlara növbəti mərhələdə uğurlar arzulayır.