Akdeniz Universiteinin
Antalya Beynəlxalq Riyaziyyat Olimpiadası
🗓 Tədbirin Tarixi:
11 Aprel 2026, 11:00
📍 Keçirilmə Məkanları:
❓ Kimlər iştirak edə bilər?
2-ci sinifdən 11-ci sinifə qədər hər kəs iştirak edə bilər
☎️ Təcili Əlaqə üçün Məsul Şəxs:
Ləman Əlizadə – Telefon: +994 50 224 51 40
Sual nümunələri səhifənin sonunda yer alıb.
📘Beynəlxalq Akdeniz Riyaziyyat Olimpiadası Təlimat
1. Olimpiada haqqında məlumat
Antalya Riyaziyyat Olimpiadasının birincisi, 1996-cı ildə o vaxtkı Riyaziyyat Bölümünün rəhbəri, Prof. Dr. Halil İ. Karakaş və Prof. Dr. İlham Əliyevin şəxsi təşəbbüsləri ilə Akdeniz Universiteti Riyaziyyat Bölümü tərəfindən "Birinci Antalya Riyaziyyat Olimpiadası" adı ilə Antalya şəhəri və rayonlarındakı lisey və ona bərabər məktəblərin şagirdlərinin qatıldığı yerli bir yarışma olaraq təşkil edilmişdir. Təxminən 170 şagirdin qatıldığı ilk Olimpiadanın təşkilatçılığı Akdeniz Universiteti Rektorluğu Sağlamlıq, Mədəniyyət və İdman Dairəsi Başqanlığı tərəfindən, akademik məsuliyyət isə Akdeniz Universiteti Riyaziyyat Bölümü tərəfindən üstlənilmişdir. İlk olimpiadada uğurlu olan şagirdlərə, Antalya Ehtiyaclı və Yetim Uşaqlara Yardım Vəqfinin töhfələri ilə, birincilərə kompüter olmaqla, müxtəlif mükafatlar və medallar təqdim edilmişdir. Birinci Antalya Riyaziyyat Olimpiadasının keçirilməsindən dərhal sonra, ətraf bölgələrdən bu Olimpiadanın daha geniş iştiraklı olması, ən azından Akdeniz Bölgəsindəki vilayətlərə açılması üçün təkliflər gəldi. Bu təkliflər nəzərə alınaraq, İkinci Antalya Riyaziyyat Olimpiadasına, Antalya ətrafındakı vilayətlərdən də (Isparta, Burdur, Afyon, Denizli kimi) lisey şagirdləri dəvət edilmişdir. Üçüncü və sonrakı Antalya Riyaziyyat Olimpiadası isə bütün ölkəyə açılaraq Milli bir təşkilata çevrilmiş və demək olar ki, hər vilayətdən lisey şagirdləri yarışmalara qatılaraq, müxtəlif mükafatlar və medallar qazanmışlar.
Dünyanın bir çox ölkəsində, riyaziyyat olimpiadası həmin ölkənin tanınmış universitetləri və ya Elm Akademiyaları tərəfindən təşkil edilərək, lisey şagirdləri ilə universitet (akademiya) arasında elmi əlaqə qurmağa kömək edir. Riyaziyyat olimpiadasının təşkil edilməsindəki əsas məqsədlərdən biri, lisey şagirdlərinə riyaziyyatı sevdirmək, riyaziyyat sahəsində istedadlı şagirdləri vaxtında kəşf etmək və onların üstün qabiliyyətlərini nümayiş etdirmək imkanı verərək mükafatlandırmaqdır. Riyaziyyatda üstün zəka sahibi olan şagirdlərimizin, bu istedadlarını göstərə biləcəkləri elmi xarakterli olimpiadalar, bizim ölkəmizdə, başqa inkişaf etmiş ölkələrlə müqayisədə olduqca azdır. Olimpiadaların keçirilməsində, yalnız TÜBİTAK-a deyil, universitetlərə də böyük vəzifələr düşür. Akdeniz Universiteti olaraq, riyaziyyat sahəsində özünü inkişaf etdirmiş üstün zəka sahibi şagirdlərimizi şərəfləndirib, özlərini göstərə biləcəkləri bir yarışma təşkil etməyin, ölkəmizdə riyaziyyatın gələcəyi baxımından əhəmiyyətli olduğuna inanırıq. Olimpiadanın əsas məqsadlarından biri də, lisey şagirdlərinin çətin və düşündürücü suallarla mühakimə bacarıqlarını artırmaq, elmi çalışma qabiliyyəti qazandırmaq və riyaziyyatın müxtəlif mövzularında dərin analizlər aparmalarını təmin etməkdir.
🧩 İmtahan strukturu və mərhələlər:
Mərhələ sayı:Bir mərhələ olacaqdır.
Sual növləri: Çoxvariantlı
Maksimum bal: 100
Sual sayı: 20
İmtahan müddəti: 2-4-cu siniflər üçün 60 dəqiqə, 5-11-lər üçün 90 dəqiqə
Keçirilmə formatı: Siniflər üzrə
S\S | Əhatə etdiyi sinif | Sual sayı | Maksimal Bal | İmtahan müddəti |
|---|
1 | 2-4 | 20 | 250 | 60 dəqiqə |
|---|
2 | 5-11 | 20 | 250 | 90 dəqiqə |
|---|
📊 Qiymətləndirmə meyarları:
Hər düzgün suala verilən bal: ilk 10 sual 10 bal, sonrakı 10 sual 15 bal
Yazılmayan suallara verilən bal və ya silinən bal: 0 bal
🏅 Mükafatlandırma:
İştirak sertifikatı, topladığı balların sayından asılı olmayaraq, ilkin turun bütün iştirakçılarına veriləcəkdir.
ilk top 5 faiz qızıl medal
Sonrakı 10 faiz gümüş medal
Sonrakı 15 faiz gümüş medal
📢 Nəticələrin elan olunması:
İmtahan günü, çoxvariantlı olimpiadalarda imtahandan3 gün ərzindənəticələr şəxsi kabinetdə görünəcəkdir. İştirakçılar öz ballarını, neçə doğru və yanlış cavab verdiklərini, hansı suallara düzgün və ya səhv cavab verdiklərini görə biləcəklər.
Nəticələr açıqlandıqdan sonra şəxsi kabinetdə Apellyasiya müraciəti aktivləşir. İştirakçılar burada öz ad, soyadlarını, kateqoriyalarını qeyd edir və hansı suallar üzrə şikayətləri varsa, sual nömrələrini yazırlar (məsələn, 4, 5, 7, 11, 25-ci suallar). Daha sonra şikayətlərinin səbəblərini ətraflı şəkildə izah etməlidirlər. Açıqlama bölməsində, şikayətin məzmunu, sualların hansı aspektinin düzgün hesab edilmədiyi və əlavə dəlillər varsa, onlar qeyd olunmalıdır. Bu, şikayətin daha dəqiq və ədalətli şəkildə dəyərləndirilməsinə kömək edir.
doğru və ya yanlış olduğunu müəyyənləşdirir. Buna uyğun olaraq qərarlar qəbul edilir və nəticələrdə əks olunur.
Qeyd: Olimpiadanın və ya yarışmanın öncədən təyin olunmuş gün və saatı dəyişmə halı Global Olympiad Center tərəfdə qalır. GOC ölkə ərazisində baş vermiş hər hansı bir böyük tədbir və yaxud da iştirakçı sayına görə imtahanın məkan və saatını dəyişə bilər.
📌 İmtahan qaydaları və nizam-intizam:
Nümayəndə sizə başla dediyi zaman:
Şagirdlərə heç bir elektron cihazdan istifadə etməyə icazə verilmir.
İmtahana başlamazdan öncə verilmiş kitabçanızla tanış olun. İmtahan başladıqdan sonra kitabçanın yanlış olaraq sizə verilməsi bildirdiyiniz halda qəbul edilməyəcək, bu məsuliyyəti şagird daşıyır.
Şagirdlər cavabları, cavab kartına əlavə etmək üçün diyircəkli göy qələmdən(ruçka) istifadə edə bilərlər.
Hər suala yalnız bir cavab verilməlidir. Birdən çox cavab verilən sual səhv cavab kimi dəyərləndirilir.
Şagirdlər hər hansı bir məsələnin mənası və yaxud sualın məğzi ilə bağlı otaq nümayəndəsindən soruşa bilməzlər.
Şagirdlər imtahan zamanı heç bir yardım göstərməməli və ya almamalıdırlar. Hər hansı bir fırıldaqçılıq, başqalarına fırıldaqçılıqda kömək etmək, bu və ya bu cür uyğun olmayan davranışlara cəlb etmək ciddi pozuntudur və bir qayda olaraq diskvalifikasiyaya (xaric edilmə) səbəb olur.
Şagirdlər bir-birindən ləvazimat istəyə bilməzlər. Yalnız öz qələm, silgi və digər vasitələrinizdən istifadə etməlisiniz.
İlk 30 dəqiqə ərzində imtahan zalından çıxmaq qadağandır. Zalı tərk edənlər yenidən imtahana buraxılmayacaqlar.
İmtahan zalını tərk etməzdən əvvəl cavab kağızınızı nəzarətçiyə təhvil verməyi unutmayın.
İmtahan sualları sizə öncədən təqdim olunmuş sillabuslar əsasında hazırlanmışdır.
Sizə verilmiş iş nömrənizi və ad soyadınızı cavab kartına düzgün şəkildə daxil edin. Əks halda cavablar açıqlananda düzgün olmayan nəticələrlə rastlaşa bilərsiniz. Bundan sadəcə şagird cavabdehdir.
💳 Geri ödəniş prosesi haqqında:
Geri Ödəniş Siyasəti:
Sağlamlıq problemləri ilə bağlı tibbi arayış təqdim edildikdə.
Fövqəladə hallar və ya təbii fəlakətlər səbəbindən iştirakın mümkünsüz olduğu hallar.
❓ Nümunə suallar və silabuslar:
Suallara baxmaq üçün və sillabusla tanış olmaq üçün linkə tıklayın:
https://drive.google.com/drive/folders/1hjB3DUTYi_4kxxUkd8D0mnykv03LGV75?usp=sharing