USA MATH Olympiad
🗓 Tədbirin Tarixi:
3 may 2026, 11:00
📍 Keçirilmə Məkanı:
Odlar Yurdu Universiteti
Gəncə Dünya Məktəbi
Sumqayıt Dünya Məktəbi
Naxçıvan
❓ Kimlər iştirak edə bilər?
3-cü sinifdən 11-ci sinifə qədər hər kəs iştirak edə bilər
☎️ Təcili Əlaqə üçün Məsul Şəxs:
Ləman Əlizadə – Telefon: +994 50 224 51 40
📘 Olimpiada haqqında ümumi məlumat:
Riyaziyyat – Gələcəyin Dili
Riyaziyyat – kainatın dilidir. O, təbiətin qanunlarını izah edir, texnoloji yenilikləri hərəkətə gətirir, iqtisadi sistemləri qurur və insan düşüncəsinin ən yüksək zirvələrini ifadə edir. XXI əsrin sürətlə dəyişən dünyasında riyaziyyat yalnız elmi intellektin deyil, həm də liderliyin, innovasiyanın və davamlı inkişafın təməlidir.
Olympiad USA Math, riyaziyyatın bu çoxşaxəli gücünü gənclərə aşılamaq və onların analitik və yaradıcı potensiallarını üzə çıxarmaq məqsədilə təşkil olunan nüfuzlu beynəlxalq olimpiadadır. Bu platforma riyaziyyatı sevən, öyrənən və onun vasitəsilə cəmiyyətə töhfə vermək istəyən şagirdləri bir araya gətirir.
Yarışmanın fəxri prezidenti – dünya miqyasında tanınan elmi sima, professor Kumar-dır. Onun himayəsi altında keçirilən bu olimpiada, hər il ABŞ-ın Rice Universitetində baş tutur. Olimpiadanın elmi və təşkilati bazası, məhz bu akademik mühitdə formalaşır və inkişaf etdirilir.
Olympiad USA Math, iştirakçılara:
məntiqi təfəkkürlərini sərbəst şəkildə inkişaf etdirmək,
analitik və riyazi bacarıqlarını gücləndirmək,
riyaziyyatın gündəlik və gələcəyə yönəlik tətbiqlərini kəşf etmək imkanı yaradır.
Riyaziyyat bu gün hər sahənin əsasını təşkil edir — həndəsədən süni intellektə, statistik modellərdən kriptoqrafiyaya qədər. Olympiad USA Math vasitəsilə şagirdlər, riyaziyyatın yalnız rəqəmlərlə məhdudlaşmadığını, həm də düşünmək, yaratmaq və dünyanı anlamaq üçün universal bir vasitə olduğunu dərk edirlər.
Çünki bu günün mürəkkəb problemlərini anlayan və həll edənlər – riyaziyyatı dərindən bilənlər olacaq.
🧩 İmtahan strukturu və mərhələlər:
S\S | Kateqoriya adları | Əhatə etdiyi sinif | Sual sayı | Maksimal Bal | İmtahan müddəti |
|---|
1 | SKY BLUE EAGLES | 3-4 | 35 | 150 | 90 |
|---|
2 | YELLOW EAGLES | 5-6 | 35 | 150 | 90 |
|---|
3 | GREEN EAGLES | 7-8 | 35 | 150 | 90 |
|---|
4 | BLUE EAGLES | 9-10 | 35 | 150 | 90 |
|---|
5 | RED EAGLES | 11 | 35 | 150 | 90 |
|---|
📊 Qiymətləndirmə meyarları:
Hər düzgün suala verilən bal:
1-10 suallar - 3 bal
11-20 suallar - 4 bal
20-30 suallar - 5 bal
31-35 suallar - 6 bal
Səhv cavaba görə silinən bal: 0 bal
Yazılmayan suallara verilən bal və ya silinən bal: 0 bal
🏅 Mükafatlandırma:
İştirak sertifikatı, topladığı balların sayından asılı olmayaraq, ilkin turun bütün iştirakçılarına veriləcəkdir.
40-49 faiz Fəxri Fərman Sertifikatı
50-74 faiz : Bürünc Medal
75-90 faiz : Gümüş Medal + Qlobal Raund qeydiyyat haqqına 5% endirim
91-100 faiz Qızıl Medalı + Qlobal Raund qeydiyyat haqqına 10% endirim
Qeyd: Final ilə bağlı suallarınız üçün +994503714280 - Əli Mirzəyev nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
📢 Nəticələrin elan olunması:
İmtahan günü, çoxvariantlı olimpiadalarda imtahandan3 gün ərzindənəticələr şəxsi kabinetdə görünəcəkdir. İştirakçılar öz ballarını, neçə doğru və yanlış cavab verdiklərini, hansı suallara düzgün və ya səhv cavab verdiklərini görə biləcəklər.
Nəticələr açıqlandıqdan sonra şəxsi kabinetdə Apellyasiya müraciəti aktivləşir. İştirakçılar burada öz ad, soyadlarını, kateqoriyalarını qeyd edir və hansı suallar üzrə şikayətləri varsa, sual nömrələrini yazırlar (məsələn, 4, 5, 7, 11, 25-ci suallar). Daha sonra şikayətlərinin səbəblərini ətraflı şəkildə izah etməlidirlər. Açıqlama bölməsində, şikayətin məzmunu, sualların hansı aspektinin düzgün hesab edilmədiyi və əlavə dəlillər varsa, onlar qeyd olunmalıdır. Bu, şikayətin daha dəqiq və ədalətli şəkildə dəyərləndirilməsinə kömək edir.
Qeyd: Olimpiadanın və ya yarışmanın öncədən təyin olunmuş gün və saatı dəyişmə halı Global Olympiad Center tərəfdə qalır. GOC ölkə ərazisində baş vermiş hər hansı bir böyük tədbir və yaxud da iştirakçı sayına görə imtahanın məkan və saatını dəyişə bilər.
📌 İmtahan qaydaları və nizam-intizam:
Nümayəndə sizə başla dediyi zaman:
Şagirdlərə heç bir elektron cihazdan istifadə etməyə icazə verilmir.
İmtahana başlamazdan öncə verilmiş kitabçanızla tanış olun. İmtahan başladıqdan sonra kitabçanın yanlış olaraq sizə verilməsi bildirdiyiniz halda qəbul edilməyəcək, bu məsuliyyəti şagird daşıyır.
Şagirdlər cavabları, cavab kartına əlavə etmək üçün diyircəkli göy qələmdən(ruçka) istifadə edə bilərlər.
Hər suala yalnız bir cavab verilməlidir. Birdən çox cavab verilən sual səhv cavab kimi dəyərləndirilir.
Şagirdlər hər hansı bir məsələnin mənası və yaxud sualın məğzi ilə bağlı otaq nümayəndəsindən soruşa bilməzlər.
Şagirdlər imtahan zamanı heç bir yardım göstərməməli və ya almamalıdırlar. Hər hansı bir fırıldaqçılıq, başqalarına fırıldaqçılıqda kömək etmək, bu və ya bu cür uyğun olmayan davranışlara cəlb etmək ciddi pozuntudur və bir qayda olaraq diskvalifikasiyaya (xaric edilmə) səbəb olur.
Şagirdlər bir-birindən ləvazimat istəyə bilməzlər. Yalnız öz qələm, silgi və digər vasitələrinizdən istifadə etməlisiniz.
İlk 30 dəqiqə ərzində imtahan zalından çıxmaq qadağandır. Zalı tərk edənlər yenidən imtahana buraxılmayacaqlar.
İmtahan zalını tərk etməzdən əvvəl cavab kağızınızı nəzarətçiyə təhvil verməyi unutmayın.
İmtahan sualları sizə öncədən təqdim olunmuş sillabuslar əsasında hazırlanmışdır.
Sizə verilmiş iş nömrənizi və ad soyadınızı cavab kartına düzgün şəkildə daxil edin. Əks halda cavablar açıqlananda düzgün olmayan nəticələrlə rastlaşa bilərsiniz. Bundan sadəcə şagird cavabdehdir.
💳 Geri ödəniş prosesi haqqında:
Geri Ödəniş Siyasəti:
Sağlamlıq problemləri ilə bağlı tibbi arayış təqdim edildikdə.
Fövqəladə hallar və ya təbii fəlakətlər səbəbindən iştirakın mümkünsüz olduğu hallar.
❓ Nümunə suallar və silabuslar:
Suallara baxmaq üçün və sillabusla tanış olmaq üçün linkə tıklayın:
https://drive.google.com/drive/folders/1cBRnhLSo718IrIZoKPOhQchPPImzNe6D