Beynəlxalq Brainiacs Tarix Olimpiadası

“Tarix keçmişi öyrənmək deyil, bu günü anlamaq və gələcəyi düzgün qurmaqdır.” — Xiamen Universitetinin akademik yanaşması

Beynəlxalq Brainiacs Tarix Olimpiadası, 7-ci sinifdən 12-ci sinifədək olan şagirdlər üçün tarixi bilikləri, analitik düşünmə və tənqidi təhlil bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı yaradan nüfuzlu akademik platformadır. Bu olimpiadada iştirakçılar dünya tarixi, sivilizasiyaların inkişafı, mühüm tarixi hadisələr və səbəb–nəticə əlaqələri üzrə biliklərini sınayırlar.

Final tur Malayziyada yerləşən Xiamen Universitetinin ev sahibliyi ilə keçirilir. Beynəlxalq akademik mühitdə təşkil olunan bu final mərhələsi, dünyanın dörd bir yanından seçilmiş istedadlı şagirdləri bir araya gətirərək tarix və təhsil sahəsində qlobal əlaqələrin qurulmasını hədəfləyir. Final mərhələdə yüksək nəticə göstərən iştirakçılar üçün akademik tanınma və təqaüd (scholarship) imkanları da mövcuddur.

Sən də öz yerini tut — tarixi biliklərinlə dünya səhnəsində fərqlən!

Qeydiyyatdan keç!