
Tədbirin Tarixi:
14 mart 2026, 11:00
📍 Keçirilmə Məkanı:
❓ Kimlər iştirak edə bilər?
5-ci sinifdən 11-ci sinifə qədər hər kəs iştirak edə bilər
☎️ Təcili Əlaqə üçün Məsul Şəxs:
Ləman Əlizadə – Telefon: +994 50 224 51 40
🧭 GİRİŞ
Süni intellekt XXI əsrin ən mühüm strateji istiqamətlərindən biri olmaqla, bütün sahələrdə innovasiya və transformasiyanın əsas hərəkətverici qüvvəsinə çevrilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Rəqəmsal Gələcək” və “Yeni dövrün bacarıqları” istiqamətində müəyyən etdiyi prioritetlərə uyğun olaraq, ölkəmizdə süni intellekt sahəsində biliklərin və insan kapitalının inkişafı xüsusi əhəmiyyət kəsb edir.
Bu məqsədlə Global Olympiad Center (GOC) beynəlxalq International Olympiad on Artificial Intelligence (IOAI) tərəfindən Azərbaycan üzrə rəsmi nümayəndə kimi akkreditasiya olunmuşdur.
GOC tərəfindən hazırlanan “Azərbaycan Süni İntellekt Olimpiadası (AI Azerbaijan)” layihəsi ölkəmizdə süni intellekt üzrə milli istedad sisteminin formalaşdırılmasını, məktəblilər arasında elmi və analitik düşünmə mədəniyyətinin təşviqini hədəfləyir.
Olimpiada, dövlət və özəl sektor əməkdaşlığı prinsipi ilə həyata keçirilən, tamamilə ödənişsiz və bərabər imkanlara əsaslanan çoxpilləli milli proqramdır. Layihə, Azərbaycan məktəbliləri üçün beynəlxalq IOAI modelinə uyğun bilgi, bacarıq və etik düşüncə əsaslı qiymətləndirmə sistemini tətbiq edir.
Hazırkı təlimat, “Azərbaycan Süni İntellekt Olimpiadası”nın bütün mərhələlərinin – Milli Seçim, Milli Final, Milli Komanda Seçimi və Beynəlxalq Təmsilçilik proseslərinin keçirilmə qaydalarını, qiymətləndirmə prinsiplərini və iştirak şərtlərini izah edir.
Bu sənəd, həm iştirakçılar, həm müəllimlər, həm də təşkilati tərəfdaşlar üçün vahid rəhbər sənəd rolunu oynayır və proqramın şəffaf, elmi və metodik əsaslarla həyata keçirilməsini təmin edir.
TƏQVİM PLANI – “AZƏRBAYCAN SÜNİ İNTELLEKT OLİMPİDASI (AI AZERBAIJAN)”
№ | Mərhələ | Tarix | Əsas fəaliyyətlər |
1 | Qeydiyyatın başlanması | 10 yanvar 2026 | Rəsmi qeydiyyatın açılması və iştirakçıların sistemə daxil edilməsi. |
2 | Milli Seçim Mərhələsi (İmtahan) | 14 mart 2026 | 25 suallıq test: 60% riyaziyyat, 40% məntiq. İmtahan müddəti – 60 dəqiqə. |
3 | Cavabların və nəticələrin açıqlanması | 18 mart 2026 | Ən yüksək 30% nəticə göstərən iştirakçılar Milli Finala vəsiqə qazanır. |
4 | Milli Final Mərhələsi | 11 aprel 2026 | Nəzəri və analitik tapşırıqlar (300 bal). Medal sistemi: Qızıl, Gümüş, Bürünc. |
5 | Final nəticələrinin açıqlanması | 15 aprel 2026 | Medal qazanan iştirakçıların siyahısının elan olunması. |
6 | Milli Komanda Seçimi (Team Trials) | 25 aprel 2026 | Medalçılar arasında nəzəri və praktik tapşırıqlarla 4–8 nəfərlik komandanın seçilməsi. |
7 | Azərbaycanı təmsil edəcək heyətin açıqlanması | 30 aprel 2026 | IOAI 2026 yarışında iştirak edəcək Milli Komandanın rəsmi elan olunması. |
8 | Milli Komanda Təlimləri (Training Camp) | 15 iyun – 20 iyul 2026 | 4–6 həftəlik intensiv təlim proqramı: AI əsasları, Python, Machine Learning, Data Science. |
9 | IOAI Beynəlxalq Olimpiadası (Beynəlxalq mərhələ) | Avqust 2-8 2026 | Azərbaycan Milli Komandasının IOAI beynəlxalq yarışında iştirakı. |

I MƏRHƏLƏ – MİLLİ SEÇİM TURU (AZƏRBAYCAN)
🎯 Məqsəd
Milli Seçim Turu “Azərbaycan Süni İntellekt Olimpiadası”nın (AI Azerbaijan) birinci mərhələsidir və şagirdlərin riyazi təfəkkürünü, məntiqi düşünmə bacarığını, ardıcıllıq və analitik təhlil qabiliyyətini qiymətləndirmək məqsədi daşıyır.
Bu mərhələ nəticəsində ən yüksək nəticə göstərən iştirakçılar Milli Final mərhələsinə vəsiqə qazanacaqlar.
👥 Qruplar və Kateqoriyalar
“Azərbaycan Süni İntellekt Olimpiadası” iki əsas qrup üzrə təşkil olunur: Junior Division və Senior Division.
Bu bölgü şagirdlərin yaş səviyyəsinə və təhsil pilləsinə uyğun olaraq onların riyazi və məntiqi bacarıqlarının ədalətli qiymətləndirilməsini təmin edir.
Junior Division – 5-ci sinifdən 8-ci sinfə qədər olan şagirdləri əhatə edir və “Gənc kateqoriya” adlanır.
Bu mərhələdə suallar daha çox sadələşdirilmiş riyaziyyat və məntiq istiqamətində olur. İştirakçılardan əsasən fundamental düşünmə, ardıcıllıqların müəyyənləşdirilməsi, proporsiyalar, faizlər və sadə ehtimallar kimi anlayışlarda məntiqi əlaqələr qurmaq bacarığı tələb olunur.
Senior Division – 9-cu sinifdən 11-ci sinfə qədər olan şagirdləri əhatə edir və “Yuxarı kateqoriya” adlanır.
Bu kateqoriya üzrə tapşırıqlar dərin riyazi analiz, kombinatorika, ehtimal və analitik modelləşdirmə bacarıqlarını qiymətləndirir. İştirakçılardan yalnız düzgün nəticəyə gəlmək deyil, həm də məntiqi ardıcıllıq və modelləşdirmə düşüncəsini tətbiq etmək gözlənilir.
Hər iki qrup üzrə testlər eyni strukturda və eyni qiymətləndirmə prinsipi ilə hazırlanır. Məqsəd — iştirakçının təfəkkür gücünü, analitik düşünmə qabiliyyətini və süni intellekt sahəsində lazım olan əsas riyazi məntiq bazasını müəyyənləşdirməkdir.

🧩 İmtahanın Silabusları
Testin Strukturu və Məzmunu
Milli Seçim Turunun imtahanı 25 çoxseçimli (A–E variantlı) sualdan ibarətdir və 60 dəqiqə davam edir.
Testin əsas məqsədi şagirdlərin riyazi təfəkkürünü, məntiqi düşünmə qabiliyyətini, analitik analiz və modelləşdirmə bacarığını kompleks şəkildə qiymətləndirməkdir.
İmtahan beş əsas bölmədən ibarətdir və hər biri süni intellekt sahəsində tələb olunan baza bacarıqlarını ölçməyə yönəlib:
Birinci bölmə – “Ədədlər və nisbətlər”
Bu bölmə 5 sualdan ibarətdir. Suallar ədədi ardıcıllıqlar, faiz, orta göstəricilər və proporsiyalar mövzularını əhatə edir.
Məqsəd şagirdin ədədi münasibətləri anlama, əlaqə qurma və tətbiqetmə bacarığını yoxlamaqdır.
İkinci bölmə – “Riyazi məntiq və arqumentasiya”
Bu hissə 7 sualdan ibarətdir. Suallar tənliklər, istisnalar, məntiqi nəticələr və analitik düşünmə üzərində qurulub.
Burada şagirdin məntiqi ardıcıllıq qurmaq, düzgün nəticə çıxarmaq və arqumentləşdirmə bacarığı əsas meyarlardır.
Üçüncü bölmə – “Kombinatorika və ehtimal”
Bu bölmədə 4 sual təqdim olunur. Suallar permutasiya, kombinasiya və hadisə ehtimalı anlayışlarını yoxlayır.
Məqsəd şagirdin sayma üsulları, ehtimal və nəticə hesablama üzrə baza biliklərini qiymətləndirməkdir.
Dördüncü bölmə – “Qrafik və cədvəl analizi”
Bu hissə 4 sualdan ibarətdir və məlumatların cədvəl və qrafik formasında təqdim olunduğu tapşırıqları əhatə edir.
İştirakçılar verilmiş məlumatı analiz edərək düzgün nəticə çıxarma bacarığını nümayiş etdirməlidirlər.
Beşinci bölmə – “Alqoritmik düşünmə və modelləşdirmə”
Bu bölmə 5 sualdan ibarətdir. Suallar ardıcıllıqlar, qaydalar, nümunə tanıma və səbəb–nəticə əlaqələrinin müəyyənləşdirilməsi üzərində qurulub.
Məqsəd şagirdin sadə alqoritmik düşünmə və məntiqi qaydaları tətbiqetmə qabiliyyətini ölçməkdir.
Ümumi Struktur
⚖️ Sual Paylanması
İmtahandakı suallar iki istiqamət üzrə bölünür:
Bu nisbət süni intellekt üzrə baza biliklərinin formalaşması üçün zəruri olan riyazi düşüncə və məntiq balansını qorumaq məqsədilə müəyyən olunmuşdur.
🧮 Qiymətləndirmə Sistemi
Kateqoriya | Sualların sayı | Hər düzgün cavab | Maksimum bal | Keçid prinsipi | Müddət |
Junior (5–8-ci siniflər) | 25 | 4 bal | 100 | Ümumi nəticəyə əsasən – yuxarı 30% iştirakçı | 60 dəq |
Senior (9–11-ci siniflər) | 25 | 4 bal | 100 | Ümumi nəticəyə əsasən – yuxarı 30% iştirakçı | 60 dəq |
Düzgün cavab: +4 bal
Yanlış cavab: 0 bal
Maksimum bal: 100
Keçid balı: Dinamik – ilk 30% iştirakçı növbəti mərhələyə keçir.
📍 Keçirilmə Formatı və Məkanlar
“Azərbaycan Süni İntellekt Olimpiadası”nın Milli Seçim Turu mərhələsi əyanı formatda (şəxsi iştirakla) keçiriləcəkdir.
İştirakçılar imtahana şəxsən qatılacaq və testləri rəsmi olaraq müəyyən edilmiş imtahan mərkəzlərində yazacaqlar.
İmtahan eyni gündə, ölkənin beş fərqli şəhərində təşkil ediləcəkdir. Hər bir iştirakçı qeydiyyat mərhələsində özünə ən yaxın imtahan mərkəzini seçir və həmin məkanda imtahana daxil olur.
Mərkəzlərdə nəzarət heyəti və qiymətləndirmə komissiyası fəaliyyət göstərəcək, imtahan prosesi vahid standartlar və şəffaflıq prinsipi əsasında həyata keçiriləcəkdir.
Bu mərhələnin keçirildiyi imtahan mərkəzləri aşağıdakılardır:
Bakı – Bakı Biznes Universiteti
Sumqayıt – Sumqayıt Dövlət Universiteti
Lənkəran – GOC Regional Nümayəndəliyi
Gəncə – GOC Regional Nümayəndəliyi
Naxçıvan – GOC Regional Nümayəndəliyi
Bütün mərkəzlərdə eyni vaxtda imtahan başlanacaq, materiallar mərkəzləşdirilmiş qaydada paylanacaq və cavab vərəqləri imtahan bitdikdən dərhal sonra GOC Qiymətləndirmə Departamentinə təhvil veriləcəkdir.

📢 Nəticələrin elan olunması:
İmtahan günü, çoxvariantlı olimpiadalarda imtahandan3 gün ərzindənəticələr şəxsi kabinetdə görünəcəkdir. İştirakçılar öz ballarını, neçə doğru və yanlış cavab verdiklərini, hansı suallara düzgün və ya səhv cavab verdiklərini görə biləcəklər.
Nəticələr açıqlandıqdan sonra şəxsi kabinetdə Apellyasiya müraciəti aktivləşir. İştirakçılar burada öz ad, soyadlarını, kateqoriyalarını qeyd edir və hansı suallar üzrə şikayətləri varsa, sual nömrələrini yazırlar (məsələn, 4, 5, 7, 11, 25-ci suallar). Daha sonra şikayətlərinin səbəblərini ətraflı şəkildə izah etməlidirlər. Açıqlama bölməsində, şikayətin məzmunu, sualların hansı aspektinin düzgün hesab edilmədiyi və əlavə dəlillər varsa, onlar qeyd olunmalıdır. Bu, şikayətin daha dəqiq və ədalətli şəkildə dəyərləndirilməsinə kömək edir.
Qeyd: Olimpiadanın və ya yarışmanın öncədən təyin olunmuş gün və saatı dəyişmə halı Global Olympiad Center tərəfdə qalır. GOC ölkə ərazisində baş vermiş hər hansı bir böyük tədbir və yaxud da iştirakçı sayına görə imtahanın məkan və saatını dəyişə bilər.

📌 İmtahan qaydaları və nizam-intizam:
Nümayəndə sizə başla dediyi zaman:
Şagirdlərə heç bir elektron cihazdan istifadə etməyə icazə verilmir.
İmtahana başlamazdan öncə verilmiş kitabçanızla tanış olun. İmtahan başladıqdan sonra kitabçanın yanlış olaraq sizə verilməsi bildirdiyiniz halda qəbul edilməyəcək, bu məsuliyyəti şagird daşıyır.
Şagirdlər cavabları, cavab kartına əlavə etmək üçün diyircəkli göy qələmdən(ruçka) istifadə edə bilərlər.
Hər suala yalnız bir cavab verilməlidir. Birdən çox cavab verilən sual səhv cavab kimi dəyərləndirilir.
Şagirdlər hər hansı bir məsələnin mənası və yaxud sualın məğzi ilə bağlı otaq nümayəndəsindən soruşa bilməzlər.
Şagirdlər imtahan zamanı heç bir yardım göstərməməli və ya almamalıdırlar. Hər hansı bir fırıldaqçılıq, başqalarına fırıldaqçılıqda kömək etmək, bu və ya bu cür uyğun olmayan davranışlara cəlb etmək ciddi pozuntudur və bir qayda olaraq diskvalifikasiyaya (xaric edilmə) səbəb olur.
Şagirdlər bir-birindən ləvazimat istəyə bilməzlər. Yalnız öz qələm, silgi və digər vasitələrinizdən istifadə etməlisiniz.
İlk 30 dəqiqə ərzində imtahan zalından çıxmaq qadağandır. Zalı tərk edənlər yenidən imtahana buraxılmayacaqlar.
İmtahan zalını tərk etməzdən əvvəl cavab kağızınızı nəzarətçiyə təhvil verməyi unutmayın.
İmtahan sualları sizə öncədən təqdim olunmuş sillabuslar əsasında hazırlanmışdır.
Sizə verilmiş iş nömrənizi və ad soyadınızı cavab kartına düzgün şəkildə daxil edin. Əks halda cavablar açıqlananda düzgün olmayan nəticələrlə rastlaşa bilərsiniz. Bundan sadəcə şagird cavabdehdir.