COPERNİCUS SCİENCE - Təbiət Elmləri Təlimat
🗓 Tədbirin Tarixi:
12 oktyabr 2025, 11:00
📍 Keçirilmə Məkanı:
Bakı Biznes Universiteti
❓ Kimlər iştirak edə bilər?
3-cü sinifdən 11-ci sinifə qədər hər kəs iştirak edə bilər
☎️ Təcili Əlaqə üçün Məsul Şəxs:
Ləman Əlizadə – Telefon: +994 50 224 51 40
📘 Olimpiada haqqında ümumi məlumat:
Kopernik təbiət elmləri Olimpiadasının əsas məqsədi tələbələrə elm biliklərini sınamaq, qərar qəbul etmə prosesində iştirak etmək və bacarıqları real kontekstdə tətbiq etməyi öyrənməkdir.
Təbiət elmləri Olimpiadası təbiət hadisələrini anlamaq, proqnozlaşdırmaq və təsvir etməyi əhatə edən bir elm olan təbiət elmlərinə yönəlmişdir. Təbiət elmləri iki əsas sahəyə bölünə bilər: həyat elmləri və fizika elmləri. Həyat elmi alternativ olaraq biologiya kimi tanınır və fizika elmi aşağıdakılara bölünür: fizika, kimya, yer elmi və astronomiya.
Təbiətşünaslıq təbiət hadisələrinin dərindən öyrənilməsini tələb edir və bu səbəbdən şagirdlərə təbii dünyanı anlamaq üçün lazım olan anlayışları öyrənməyə kömək edir. Bu anlayışla tələbələr mövcud problemləri həll edə və ixtiralar da hazırlaya bilərlər. Təbiət elmlərinə diqqət yetirmək vacibdir, çünki öyrənənlərə təbii dünyanı dərk etdikcə analitik və tənqidi düşünmə bacarıqlarını öyrənməyə kömək edir.
🧩 İmtahan strukturu və mərhələlər:
Sual növləri: Çoxvariantlı
Maksimum bal: 100
Sual sayı: 20
İmtahan müddəti: 75 dəqiqə
Keçirilmə formatı: Kategoriyalara əsasən
S\S | Kateqoriya adları | Əhatə etdiyi sinif | Sual sayı | Maksimal Bal |
---|
1 | Kateqoriya 1 | 3,4, | 20 | 100 |
---|
2 | Kateqoriya 2 | 5-6 | 20 | 100 |
---|
3 | Kateqoriya 3 | 7-8 | 20 | 100 |
---|
4 | Kateqoriya 4 | 9-10 | 20 | 100 |
---|
5 | Kateqoriya 5 | 11 | 20 | 100 |
---|
📊 Qiymətləndirmə meyarları:
Marks Distribution: Preliminary Round
5 asan sual – hər biri 4 bal
10 orta çətinlikdə sual – hər biri 5 bal
5 çətin sual – hər biri 6 bal
Total: 100 marks
Yazılmayan suallara verilən bal və ya silinən bal: 0 bal
🏅 Mükafatlandırma:
İştirak sertifikatı, topladığı balların sayından asılı olmayaraq, ilkin turun bütün iştirakçılarına veriləcəkdir.
40 baldan 49 bala qədər fəxri fərman
50 baldan 74 bala qədər bürünc medal
75 baldan 90 bala qədər gümüş medal + Qlobal Turu qeydiyyatına 5% endirim
91 baldan 100 bala qədər qızıl medal + Global Turun qeydiyyatdan 10% endirim
Qeyd: Final ilə bağlı suallarınız üçün +994503714280 - Əli Mirzəyev nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
📢 Nəticələrin elan olunması:
İmtahan günü, çoxvariantlı olimpiadalarda imtahandan3 gün ərzindənəticələr şəxsi kabinetdə görünəcəkdir. İştirakçılar öz ballarını, neçə doğru və yanlış cavab verdiklərini, hansı suallara düzgün və ya səhv cavab verdiklərini görə biləcəklər.
Nəticələr açıqlandıqdan sonra şəxsi kabinetdə Apellyasiya müraciəti aktivləşir. İştirakçılar burada öz ad, soyadlarını, kateqoriyalarını qeyd edir və hansı suallar üzrə şikayətləri varsa, sual nömrələrini yazırlar (məsələn, 4, 5, 7, 11, 25-ci suallar). Daha sonra şikayətlərinin səbəblərini ətraflı şəkildə izah etməlidirlər. Açıqlama bölməsində, şikayətin məzmunu, sualların hansı aspektinin düzgün hesab edilmədiyi və əlavə dəlillər varsa, onlar qeyd olunmalıdır. Bu, şikayətin daha dəqiq və ədalətli şəkildə dəyərləndirilməsinə kömək edir.
Qeyd: Olimpiadanın və ya yarışmanın öncədən təyin olunmuş gün və saatı dəyişmə halı Global Olympiad Center tərəfdə qalır. GOC ölkə ərazisində baş vermiş hər hansı bir böyük tədbir və yaxud da iştirakçı sayına görə imtahanın məkan və saatını dəyişə bilər.
📌 İmtahan qaydaları və nizam-intizam:
Nümayəndə sizə başla dediyi zaman:
Şagirdlərə heç bir elektron cihazdan istifadə etməyə icazə verilmir.
İmtahana başlamazdan öncə verilmiş kitabçanızla tanış olun. İmtahan başladıqdan sonra kitabçanın yanlış olaraq sizə verilməsi bildirdiyiniz halda qəbul edilməyəcək, bu məsuliyyəti şagird daşıyır.
Şagirdlər cavabları, cavab kartına əlavə etmək üçün diyircəkli göy qələmdən(ruçka) istifadə edə bilərlər.
Hər suala yalnız bir cavab verilməlidir. Birdən çox cavab verilən sual səhv cavab kimi dəyərləndirilir.
Şagirdlər hər hansı bir məsələnin mənası və yaxud sualın məğzi ilə bağlı otaq nümayəndəsindən soruşa bilməzlər.
Şagirdlər imtahan zamanı heç bir yardım göstərməməli və ya almamalıdırlar. Hər hansı bir fırıldaqçılıq, başqalarına fırıldaqçılıqda kömək etmək, bu və ya bu cür uyğun olmayan davranışlara cəlb etmək ciddi pozuntudur və bir qayda olaraq diskvalifikasiyaya (xaric edilmə) səbəb olur.
Şagirdlər bir-birindən ləvazimat istəyə bilməzlər. Yalnız öz qələm, silgi və digər vasitələrinizdən istifadə etməlisiniz.
İlk 30 dəqiqə ərzində imtahan zalından çıxmaq qadağandır. Zalı tərk edənlər yenidən imtahana buraxılmayacaqlar.
İmtahan zalını tərk etməzdən əvvəl cavab kağızınızı nəzarətçiyə təhvil verməyi unutmayın.
İmtahan sualları sizə öncədən təqdim olunmuş sillabuslar əsasında hazırlanmışdır.
Sizə verilmiş iş nömrənizi və ad soyadınızı cavab kartına düzgün şəkildə daxil edin. Əks halda cavablar açıqlananda düzgün olmayan nəticələrlə rastlaşa bilərsiniz. Bundan sadəcə şagird cavabdehdir.