FMO - Vyetnam Beynəlxalq Riyaziyyat Yarışması TƏLİMAT
📝 İmtahan qaydaları:
İmtahan tarixi: 28 sentyabr 2025; 11.00
İmtahan dili: Azərbaycan, Rus, İngilis
İmtahan məkanları:
Bakı Biznes Universiteti
Gəncə Dünya Məktəbi
Sumqayıt Dünya Məktəbi
Naxçıvan
Kimlər iştirak edə bilər? - 1-11-ci sinif şagirdləri
☎️ Təcili Əlaqə üçün Məsul Şəxs:
Ləman Əlizadə – Telefon: +994 50 224 51 40
📘 Yarışma haqqında ümumi məlumat:
Fermat Beynəlxalq Riyaziyyat Yarışması (FMO) haqqında ümumi məlumat
Fermat Beynəlxalq Riyaziyyat Yarışması (FMO) riyaziyyata dərin maraq göstərən şagirdlər üçün nəzərdə tutulmuş nüfuzlu bir beynəlxalq müsabiqədir. Olimpiada hər il Vyetnamın Təhsil Nazirliyi tərəfindən təşkil olunur və 1-ci sinifdən 11-ci sinfə qədər olan şagirdləri əhatə edir. FMO-nun əsas məqsədi şagirdlərdə riyazi bacarıqları inkişaf etdirmək, analitik düşünmə qabiliyyətlərini gücləndirmək və riyaziyyatın gündəlik həyatdakı tətbiqlərini başa düşməkdə onlara kömək etməkdir. Ənənəvi imtahan formatından fərqli olaraq, FMO riyaziyyatı praktik problemlər və real həyat situasiyaları vasitəsilə öyrətməyi hədəfləyir.
FMO yalnız Vyetnam daxilində deyil, beynəlxalq arenada da geniş iştirakçı şəbəkəsinə malikdir. Hər il Vyetnamın müxtəlif əyalət və şəhərlərindən olan iştirakçılarla yanaşı, Azərbaycan, Hindistan, Kamboca, Honq Konq, İndoneziya, Makao, Filippin, Tailand, Özbəkistan və digər ölkə və ərazilərdən olan namizədlər bu yarışmaya qatılırlar.
2025–2026-cı illər üçün nəzərdə tutulan FMO-nun 6-cı mövsümü, şagirdlərə yalnız yüksək səviyyəli riyazi problemləri həll etmək bacarığı qazandırmaqla kifayətlənməyəcək, eyni zamanda onlara müxtəlif ölkələrdən olan həmyaşıdları ilə ünsiyyət qurmaq və öz biliklərini beynəlxalq səviyyədə sınamaq imkanı yaradacaq. Bu, şagirdlərə dəyərli beynəlxalq təcrübə qazandırmaq və onların gələcək akademik uğurlarına mühüm töhfə vermək üçün unikal bir fürsətdir.
🧩 İmtahan strukturu və mərhələlər:
İbtidai siniflər (1-5-ci siniflər): 60 dəqiqə
Orta və yuxarı siniflər (6-11-ci siniflər): 90 dəqiqə
📊 Qiymətləndirmə meyarları:
1-10-cu suallar - 3 bal
11-15-ci suallar - 5 bal
16-20-ci suallar - 7 bal
21-ci sual - 10 bal
Səhv cavaba görə silinən bal: Bal silinmir. Təkcə 21-ci sualı səhv cavablandırılarsa 10 bal silinir.
Yazılmayan suallara verilən bal və ya silinən bal: 0 bal
🏅 Mükafatlandırma:
Mükəmməl Qiymət Alanlar:
Əla Nəticə:
Mükafatlar:
Qızıl Mükafat: - Hər sinifdə ilk 10%-ə düşən iştirakçılar.
Gümüş Mükafat: - Hər sinifdə növbəti 20%-ə düşən iştirakçılar.
Bürünc Mükafat: - Hər sinifdə növbəti 30%-ə düşən iştirakçılar.
Həvəsləndirici Mükafat:- Hər sinifdə növbəti 20%-ə düşən iştirakçılar.
Qeyd:
Pul mükafatı olan iştirakçılarda, bir neçə iştirakçı eyni mükafatı alırsa, mükafat bərabər bölünəcək.
Qızıl, gümüş və ya bürünc mükafat alan iştirakçılar final mərhələsinə qeydiyyatdan keçə bilərlər.
Sıralama faizləri bütün iştirakçıların nəticələrinə görə dəyişə bilər.
📢 Nəticələrin elan olunması:
İmtahan günü, çoxvariantlı olimpiadalarda imtahandan3 gün ərzindənəticələr şəxsi kabinetdə görünəcəkdir. İştirakçılar öz ballarını, neçə doğru və yanlış cavab verdiklərini, hansı suallara düzgün və ya səhv cavab verdiklərini görə biləcəklər.
Nəticələr açıqlandıqdan sonra şəxsi kabinetdə Apellyasiya müraciəti aktivləşir. İştirakçılar burada öz ad, soyadlarını, kateqoriyalarını qeyd edir və hansı suallar üzrə şikayətləri varsa, sual nömrələrini yazırlar (məsələn, 4, 5, 7, 11, 25-ci suallar). Daha sonra şikayətlərinin səbəblərini ətraflı şəkildə izah etməlidirlər. Açıqlama bölməsində, şikayətin məzmunu, sualların hansı aspektinin düzgün hesab edilmədiyi və əlavə dəlillər varsa, onlar qeyd olunmalıdır. Bu, şikayətin daha dəqiq və ədalətli şəkildə dəyərləndirilməsinə kömək edir.
Qeyd: Olimpiadanın və ya yarışmanın öncədən təyin olunmuş gün və saatı dəyişmə halı Global Olympiad Center tərəfdə qalır. GOC ölkə ərazisində baş vermiş hər hansı bir böyük tədbir və yaxud da iştirakçı sayına görə imtahanın məkan və saatını dəyişə bilər.
📌 İmtahan qaydaları və nizam-intizam:
Nümayəndə sizə başla dediyi zaman:
Şagirdlərə heç bir elektron cihazdan istifadə etməyə icazə verilmir.
İmtahana başlamazdan öncə verilmiş kitabçanızla tanış olun. İmtahan başladıqdan sonra kitabçanın yanlış olaraq sizə verilməsi bildirdiyiniz halda qəbul edilməyəcək, bu məsuliyyəti şagird daşıyır.
Şagirdlər cavabları, cavab kartına əlavə etmək üçün diyircəkli göy qələmdən(ruçka) istifadə edə bilərlər.
Hər suala yalnız bir cavab verilməlidir. Birdən çox cavab verilən sual səhv cavab kimi dəyərləndirilir.
Şagirdlər hər hansı bir məsələnin mənası və yaxud sualın məğzi ilə bağlı otaq nümayəndəsindən soruşa bilməzlər.
Şagirdlər imtahan zamanı heç bir yardım göstərməməli və ya almamalıdırlar. Hər hansı bir fırıldaqçılıq, başqalarına fırıldaqçılıqda kömək etmək, bu və ya bu cür uyğun olmayan davranışlara cəlb etmək ciddi pozuntudur və bir qayda olaraq diskvalifikasiyaya (xaric edilmə) səbəb olur.
Şagirdlər bir-birindən ləvazimat istəyə bilməzlər. Yalnız öz qələm, silgi və digər vasitələrinizdən istifadə etməlisiniz.
İlk 30 dəqiqə ərzində imtahan zalından çıxmaq qadağandır. Zalı tərk edənlər yenidən imtahana buraxılmayacaqlar.
İmtahan zalını tərk etməzdən əvvəl cavab kağızınızı nəzarətçiyə təhvil verməyi unutmayın.
İmtahan sualları sizə öncədən təqdim olunmuş sillabuslar əsasında hazırlanmışdır.
Sizə verilmiş iş nömrənizi və ad soyadınızı cavab kartına düzgün şəkildə daxil edin. Əks halda cavablar açıqlananda düzgün olmayan nəticələrlə rastlaşa bilərsiniz. Bundan sadəcə şagird cavabdehdir.