Beynəlxalq Brainiacs İngilis Dili Olimpiadası

“Dil yalnız ünsiyyət vasitəsi deyil, qlobal düşüncənin açarıdır.”

Beynəlxalq Brainiacs İngilis Dili Olimpiadası, 3-cü sinifdən 12-ci sinifədək olan şagirdlər üçün ingilis dili üzrə bilik və bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı yaradan nüfuzlu akademik platformadır. Olimpiada iştirakçıların qrammatika, söz ehtiyatı, oxu-anlama, yazı, dinləmə və danışıq bacarıqlarını kompleks şəkildə qiymətləndirir.

Olimpiada Seçim (Preliminary Round)Final (Global Round) mərhələlərindən ibarətdir. Seçim mərhələsində uğur qazanan şagirdlər beynəlxalq finalda iştirak etmək hüququ əldə edirlər.

Final tur Malayziyada yerləşən Xiamen University Malaysia-da keçirilir. Bu nüfuzlu beynəlxalq universitetin akademik və infrastruktur dəstəyi final mərhələnin yüksək səviyyədə, obyektiv və şəffaf şəkildə təşkil olunmasını təmin edir. Final mərhələdə yüksək nəticə göstərən iştirakçılar medallar, beynəlxalq sertifikatlar və eyni zamanda təqaüd (scholarship) imkanları qazanmaq şansına malikdirlər.

Sən də öz yerini tut — ingilis dili biliklərinlə dünya səhnəsində fərqlən!

Qeydiyyatdan keç!