International Linguistics Olympiad (IOL)
International Linguistics Olympiad (IOL) dünyada dilçilik elminə, analitik düşünməyə və intellektual inkişafın təşviqinə həsr olunmuş ən nüfuzlu beynəlxalq akademik olimpiadalardan biridir. IOL gənclərə dillərin elmi quruluşunu araşdırmaq, verilən məlumatlardan müstəqil qaydalar çıxarmaq və mürəkkəb dil sistemlərini məntiq əsasında analiz etmək imkanı yaradır.
Olimpiada dillərin öyrənilməsini deyil, dilçilik elminin özünü mərkəzə qoyur. İştirakçılar heç bir əvvəlcədən xüsusi dilçilik biliyi olmadan, yalnız verilmiş məlumatlar əsasında düşünərək həll yolları qurur və elmi təfəkkür bacarıqlarını nümayiş etdirirlər. Bu yanaşma IOL-u klassik olimpiadalardan fərqləndirən əsas xüsusiyyətdir.
IOL milli elmi qurumlar, aparıcı universitetlər, dilçilik institutları və beynəlxalq akademik icma tərəfindən birgə dəstəklənən, qeyri-kommersiya əsaslı, tam akademik bir platformadır. Olimpiadanın strukturu və prinsipləri:
Bu dəyərlər UNESCO-nun təhsildə elmi düşünmənin təşviqi, mədəni müxtəlifliyin qorunması və gənclərin intellektual potensialının inkişafı istiqamətində irəli sürdüyü qlobal prinsiplərlə tam uzlaşır. Məhz bu səbəbdən IOL beynəlxalq akademik mühitdə yüksək etibar və tanınma qazanmışdır.
Bu gün IOL:
onlarla ölkəni birləşdirən qlobal elmi platforma,
minlərlə istedadlı gəncin akademik yolunda mühüm mərhələ,
universitetlər tərəfindən tanınan nüfuzlu göstərici
kimi qəbul olunur.
International Linguistics Olympiad — dillər üzərindən düşünməyi, düşünməklə isə dünyanı anlamağı öyrədən beynəlxalq elmi səhnədir.
International Linguistics Olympiad (IOL) nəticələri dünyanın aparıcı universitetləri tərəfindən yüksək səviyyəli beynəlxalq akademik nailiyyət kimi tanınır və iştirakçıların qəbul portfoliolarında güclü göstərici hesab olunur. IOL-da əldə olunan uğurlar tələbələrin analitik düşünmə, elmi əsaslandırma və struktur analiz bacarıqlarını nümayiş etdirən nüfuzlu akademik göstəricidir.
🗓 Tədbirin Tarixi:
15 fevral 2026, 09:00
📍 Keçirilmə Məkanları:
❓ Kimlər iştirak edə bilər?
5-cü sinifdən 11-ci sinifə qədər hər kəs iştirak edə bilər
☎️ Təcili Əlaqə üçün Məsul Şəxs:
Ləman Əlizadə – Telefon: +994 50 224 51 40
Sual nümunələri səhifənin sonunda yer alıb.
🧩 İmtahan strukturu və mərhələlər:
Sual növləri: açıq tipli, yazılı imtahan
Maksimum bal: 40
Sual sayı: 2
Hər tapşırığın dəyəri: 20 bal
İmtahan müddəti: 90 dəqiqə
Keçirilmə formatı: yaş kateqoriyasına görə
Tapşırıqların xüsusiyyətləri:
- Əvvəlcədən dilçilik biliyi tələb olunmur.
- Sualların içərisində həll üçün lazım olan bütün məlumat verilir.
- Tapşırıqlar məntiq və dil strukturunun analizinə əsaslanır.
İştirakçı siyahısı | Sual sayı | İmtahan müddəti |
12-17 yaş şagirdlər | 2 | 90 |
17-19 yaş tələbələr | 2 | 90 |
🏅 Mükafatlandırma:
İştirak sertifikatı, topladığı balların sayından asılı olmayaraq, ilkin turun bütün iştirakçılarına veriləcəkdir.
Medallar şagirdlər və tələbə kateqoriyası üzrə təqdim olunacaqdır.
Əgər qiymətləndirmə balları normal olarsa, aşağıdakı formada təsdiq olunacaq.
2 nəfər qızıl medal
5 nəfər gümüş medal
10 nəfər bürünc medal
Əgər seçim turunda nəticələr aşağı olarsa, onda akademik komitə başqa formada qiymətləndirməyə keçəcəkdir.
Bu hüququ GOC özündə saxlayır.
Qeyd: Final ilə bağlı suallarınız üçün +994503714280 - Əli Mirzəyev nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
📢 Nəticələrin elan olunması:
İmtahan günü, çoxvariantlı olimpiadalarda imtahandan3 gün ərzindənəticələr şəxsi kabinetdə görünəcəkdir. İştirakçılar öz ballarını, neçə doğru və yanlış cavab verdiklərini, hansı suallara düzgün və ya səhv cavab verdiklərini görə biləcəklər.
Nəticələr açıqlandıqdan sonra şəxsi kabinetdə Apellyasiya müraciəti aktivləşir. İştirakçılar burada öz ad, soyadlarını, kateqoriyalarını qeyd edir və hansı suallar üzrə şikayətləri varsa, sual nömrələrini yazırlar (məsələn, 4, 5, 7, 11, 25-ci suallar). Daha sonra şikayətlərinin səbəblərini ətraflı şəkildə izah etməlidirlər. Açıqlama bölməsində, şikayətin məzmunu, sualların hansı aspektinin düzgün hesab edilmədiyi və əlavə dəlillər varsa, onlar qeyd olunmalıdır. Bu, şikayətin daha dəqiq və ədalətli şəkildə dəyərləndirilməsinə kömək edir.
doğru və ya yanlış olduğunu müəyyənləşdirir. Buna uyğun olaraq qərarlar qəbul edilir və nəticələrdə əks olunur.
Qeyd: Olimpiadanın və ya yarışmanın öncədən təyin olunmuş gün və saatı dəyişmə halı Global Olympiad Center tərəfdə qalır. GOC ölkə ərazisində baş vermiş hər hansı bir böyük tədbir və yaxud da iştirakçı sayına görə imtahanın məkan və saatını dəyişə bilər.
📌 İmtahan qaydaları və nizam-intizam:
Nümayəndə sizə başla dediyi zaman:
Şagirdlərə heç bir elektron cihazdan istifadə etməyə icazə verilmir.
İmtahana başlamazdan öncə verilmiş kitabçanızla tanış olun. İmtahan başladıqdan sonra kitabçanın yanlış olaraq sizə verilməsi bildirdiyiniz halda qəbul edilməyəcək, bu məsuliyyəti şagird daşıyır.
Şagirdlər cavabları, cavab kartına əlavə etmək üçün diyircəkli göy qələmdən(ruçka) istifadə edə bilərlər.
Şagirdlər hər hansı bir məsələnin mənası və yaxud sualın məğzi ilə bağlı otaq nümayəndəsindən soruşa bilməzlər.
Şagirdlər imtahan zamanı heç bir yardım göstərməməli və ya almamalıdırlar. Hər hansı bir fırıldaqçılıq, başqalarına fırıldaqçılıqda kömək etmək, bu və ya bu cür uyğun olmayan davranışlara cəlb etmək ciddi pozuntudur və bir qayda olaraq diskvalifikasiyaya (xaric edilmə) səbəb olur.
Şagirdlər bir-birindən ləvazimat istəyə bilməzlər. Yalnız öz qələm, silgi və digər vasitələrinizdən istifadə etməlisiniz.
İlk 30 dəqiqə ərzində imtahan zalından çıxmaq qadağandır. Zalı tərk edənlər yenidən imtahana buraxılmayacaqlar.
İmtahan zalını tərk etməzdən əvvəl cavab kağızınızı nəzarətçiyə təhvil verməyi unutmayın.
İmtahan sualları sizə öncədən təqdim olunmuş sillabuslar əsasında hazırlanmışdır.
Sizə verilmiş iş nömrənizi və ad soyadınızı cavab kartına düzgün şəkildə daxil edin. Əks halda cavablar açıqlananda düzgün olmayan nəticələrlə rastlaşa bilərsiniz. Bundan sadəcə şagird cavabdehdir.
💳 Geri ödəniş prosesi haqqında:
Geri Ödəniş Siyasəti:
Sağlamlıq problemləri ilə bağlı tibbi arayış təqdim edildikdə.
Fövqəladə hallar və ya təbii fəlakətlər səbəbindən iştirakın mümkünsüz olduğu hallar.
❓ Nümunə suallar və silabuslar:
Suallara baxmaq üçün və sillabusla tanış olmaq üçün linkə tıklayın:
https://drive.google.com/drive/folders/1sjB3BdUP5t1OnwVkg4GbNvOd8bSLA_8Q?usp=sharing
LİNKƏ KİLİKLƏYİB DAXİL OLUN!