Global Olympiad Center könüllüləri üçün intellektual yarış keçirilib
19 noyabr 2025-ci il tarixində Global Olympiad Center (GOC) tərəfindən könüllülər üçün intellektual yarış təşkil olunub. Tədbir Bakı Biznes Universitetində layihə komandasının rəhbərliyi ilə həyata keçirilib.
Yarış Layihələr komandasının team lideri Elcan Əsədli, komanda üzvləri Leyla Ağayeva, Namiq Hətəmov, Təranə Məmmədovanın iştirakı ilə həyata keçirilib. “Nə? Harada? Nə zaman?” formatında keçirilən yarışda GOC könüllüləri bilik və dünyagörüşlərini nümayiş etdiriblər.
Layihənin əsas məqsədi könüllülərin zehni inkişafını dəstəkləmək, eləcə də onların asudə vaxtını səmərəli şəkildə təşkil etmək olub. Yarış müddətində komandalar verilən suallara məhdud zaman çərçivəsində cavab verərək həm biliklərini, həm də komanda işini sınayıblar.
Yarışın sonunda “Inspire Force” komandası ən yüksək nəticə göstərərək birinci yerə layiq görülüb. Tədbir iştirakçıların xatirə fotosessiyası ilə yekunlaşıb.
Global Olympiad Center tərəfindən keçirilən bu tipli layihələr könüllülərin intellektual potensialının artırılması və onların fərdi inkişafına yönəlik təşəbbüslərin davamı xarakteri daşıyır.