Məktəbli Səfirlər Komandasının Müasir Təhsil Kompleksində şagirdlərlə görüşü baş tutub!

Məktəbli Səfirlər Komandasının Müasir Təhsil Kompleksində şagirdlərlə görüşü baş tutub!


15 oktyabr 2025-ci il tarixində Global Olympiad Center tərəfindən həyata keçirilən Məktəbli Səfirlər Proqramı çərçivəsində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində məktəblilərlə növbəti görüş keçirilib.


Görüşdə Məktəbli Səfirlər komandasının team lideri Validə İslamova, komanda üzvləri Nazlı Səmədzadə, Emil Əkbərov, Nəzrin Quliyeva, Şahsənəm Quliyeva, eləcə də Global Olympiad Centerin direktor müavini Əli Mirzəyev iştirak ediblər. Tədbirin qonaqları arasında həmçinin Müasir Təhsil Kompleksinin Orta təhsil bölməsi üzrə rəhbər müavini Sahibə Allahyarlı da yer alıb.


Görüş zamanı şagirdlərə qarşıdakı beynəlxalq olimpiadalar, seçim mərhələləri və iştirak qaydaları haqqında ətraflı məlumat təqdim olunub. Məktəblilərin elm və təhsilə marağını artırmaq məqsədi daşıyan bu sessiya interaktiv şəkildə keçib. Şagirdlər suallarını səsləndirərək səfirlərlə birbaşa fikir mübadiləsi aparıblar.


Tədbirin sonunda məktəb rəhbərliyi və GOC nümayəndələri belə görüşlərin şagirdlərin bilik və motivasiya səviyyəsinə müsbət təsir etdiyini, onların gələcəkdə beynəlxalq təhsil layihələrində fəal iştirakına şərait yaratdığını qeyd ediblər.


Bu görüş Məktəbli Səfirlər Proqramının payız sessiyası çərçivəsində həyata keçirilən silsilə tədbirlərdən biri olub və layihənin region üzrə növbəti görüşləri artıq planlaşdırılır.