Global Olympiad Center tərəfindən may ayı ərzində keçirilən olimpiada, yarış və müxtəlif layihələrdə fəaliyyət göstərən GOC Volunteers üzvlərinin aylıq qiymətləndirilməsi yekunlaşıb. Nəticələrə əsasən, may ayının Team Lideri və Bakı, Sumqayıt, Gəncə şəhərləri üzrə fərqlənən 14 könüllü müəyyənləşdirilib.
May ayının Team Lideri adına Nərmin Hacıyeva layiq görülüb. Ay ərzində könüllülərin fəaliyyəti zamanı məsuliyyətli yanaşma, operativlik, komanda işi və təşkilati proseslərdə fəallıq əsas məqamlardan olub.
Bakı şəhəri üzrə “Qartallar” komandasından Nuray Əliyeva, “Aslanlar” komandasından Amin İmamquliyev, “Alplar” komandasından Əminə Qocayeva, “Fatehlər” komandasından Xədicə Nəsirova, “Strateqlər” komandasından Günay Kərimova və “Xəzərlər” komandasından Aydan Omarova ayın fərqlənən könüllüləri sırasında yer alıblar.
Bakı üzrə digər fəaliyyət istiqamətlərində “İstiqamətləndirmə” komandasından Mirnihad İsmayılzadə, “Qarşılama” komandasından Firdovsi Qasımzadə, Media Team-dən Arzu Ağayeva və “Məktəbli Səfirlər” komandasından Emil Əkbərov fərqləniblər.
Sumqayıt şəhəri üzrə Zal komandasından Gülən Əmiraslanova və Zəhra Xeyrullazadə, “İstiqamətləndirmə” komandasından isə Ülviyyə Qurbanova may ayının fərqlənən könüllüləri seçiliblər.
Gəncə şəhəri üzrə Günay Verdiyeva ayın fərqlənən könüllüsü kimi müəyyənləşdirilib.
May ayı ərzində GOC Volunteers üzvləri Global Olympiad Center tərəfindən keçirilən müxtəlif olimpiada, yarış və layihələrin təşkilati proseslərində iştirak ediblər. Könüllülər tədbirlərin müxtəlif istiqamətlərində fəaliyyət göstərərək proseslərin koordinasiyasına və iştirakçıların qarşılanmasından tədbir axınının idarə olunmasına qədər bir sıra işlərə töhfə veriblər.
GOC Volunteers proqramında aylıq qiymətləndirmə könüllülərin fəaliyyətinin izlənilməsi, aktiv iştirakın təşviq edilməsi və komanda daxilində məsuliyyətli yanaşmanın gücləndirilməsi məqsədi daşıyır.
Global Olympiad Center may ayı üzrə fərqlənən Team Lideri və bütün könüllüləri təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır.