Yanvar ayı üzrə “Ayın Team Lideri” və “Ayın Könüllüsü” adına aydınlıq gəlib!

Yanvar ayı üzrə “Ayın Team Lideri” və “Ayın Könüllüsü” adına aydınlıq gəlib!

Yanvar ayında keçirilən tədbirlərin təşkilində fəallığı və məsuliyyətli fəaliyyəti ilə seçilən Team Leader və könüllülərin adları açıqlanıb.

Göstərdiyi səmərəli komanda idarəçiliyi, operativ koordinasiya və təşkilati bacarıqlarına görə “Ayın Team Lideri” adına Fidan İsmixanova layiq görülüb.

Qiymətləndirmə meyarları əsasında aparılan dəyərləndirmə nəticəsində “Ayın Könüllüsü” adına layiq görülən şəxslər aşağıdakılardır:

Yanvar ayı üzrə “Ayın Könüllüsü” adına Qarşılama komandasından Nihad Abuşov, İstiqamətləndirmə komandasından Eltac Tağıyeva, Xəzərlər komandasından Gülbahar Həsənli, Qartallar komandasından Yasəmən Məmmədova, Alplar komandasından Elnur Nuriyev, Aslanlar komandasından Nərminə Əhmədova, Fatehlər komandasından Məryəm Paşazadə, Strateqlər komandasından Rəna Əsgərova, Media komandasından Bəhruz Nəzərov, Sumqayıt komandasından Leyla Məmmədova, Sumqayıt İstiqamətləndirmə komandasından Aysu Mustafayeva, Sumqayıt Zal komandasından İsmayıl Yusifli və Gəncə komandasından Ləman Əliyeva layiq görülmüşdür.

Qeyd edək ki, ay ərzində göstərilən ümumi fəaliyyət, intizam, məsuliyyət və topladıqları ballar nəzərə alınmaqla ən yüksək nəticə göstərən könüllülər birbaşa “Ayın Könüllüsü” adına layiq görülüblər.

Global Olympiad Center olaraq, bütün Team Leader və könüllülərə göstərdikləri fədakar əməyə görə təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.