GOC Könüllülərinin idarə heyəti Şəhidlər Xiyabanını ziyarət edib.
Global Olympiad Center Könüllülərinin idarə heyəti Şəhidlər Xiyabanını ziyarət edərək Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib.
Ziyarətdə Global Olympiad Centerin direktor müavini Əli Mirzəyev, GOC Könüllülərinin rəhbəri Azər Həndəmov, komanda rəhbərləri və könüllülər iştirak ediblər. Onlar məzarlara gül dəstələri düzüb, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Şəhidlərimizin ruhu qarşısında baş əyirik.