Telemarketinq təcrübə proqramı uğurla başa çatdı!

Telemarketinq təcrübə proqramı uğurla başa çatdı!

Global Olympiad Center (GOC) tərəfindən təşkil edilən telemarketinq üzrə təcrübə proqramı uğurla başa çatıb. 2025-ci il noyabr ayından etibarən başlayan və 2026-cı ilin yanvar ayına qədər 2 ay müddətində davam edən proqramda GOC Könüllü Proqramının üzvləri Xoşqədəm Məmmədova, Yenigül Abbasova, Kənan AbdulovNuray Əlizadə iştirak ediblər.

Təcrübə müddətində iştirakçılar müştəri ilə effektiv telefon kommunikasiyası, satış yönümlü danışıq texnikaları (AIDA modeli və ehtiyac analizi), etirazların peşəkar şəkildə idarə olunması, xidmət təqdimatı və dəyər əsaslı izah bacarığı, eləcə də etik davranış və korporativ ünsiyyət standartları üzrə praktiki bilik və bacarıqlara yiyələniblər.

Proqramı uğurla tamamladıqları üçün 2026-cı il 6 yanvar tarixində iştirakçılar Global Olympiad Center (GOC)-un direktoru Xəyal İbrahimzadə tərəfindən sertifikatlarla təltif olunublar. Təqdim edilən sertifikatlar proqram iştirakçılarının telemarketinq və satış yönümlü kommunikasiya sahəsində praktiki hazırlığını təsdiq edib və onların gələcək peşəkar fəaliyyətində istifadə oluna biləcək rəsmi sənəd statusu daşıyıb.

Bildirilib ki, proqram iştirakçılarından biri Global Olympiad Center-də əməkdaş olaraq fəaliyyətini davam etdirəcək.

Global Olympiad Center rəhbərliyi bütün proqram iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.