GOC Könüllü Proqramı üzrə İlkin Sertifikatlar Təqdim Olunub!

GOC Könüllü Proqramı üzrə İlkin Sertifikatlar Təqdim Olunub!


Global Olympiad Center tərəfindən həyata keçirilən GOC Könüllü Proqramı çərçivəsində ilkin sertifikasiya mərhələsi uğurla yekunlaşmışdır. Müvafiq meyarlara cavab verən könüllülərə ilkin sertifikatlar təqdim olunub.

İlkin sertifikasiya şərtlərinə əsasən, WMTC, FMO, Copernicus Mathematics, Copernicus Physics/Astronomy, Brainiacs, USA Olympiad (English), International Math Challenge, NextGen və TIMO olimpiada və yarışmaları daxil olmaqla, müxtəlif beynəlxalq layihələr üzrə minimum 5 akkreditasiya balı toplayan könüllülər sertifikatla təltif edilmişdir.

Bu sertifikat GOC Könüllü Proqramı çərçivəsində könüllülərin aktiv iştirakı, məsuliyyətli fəaliyyəti və beynəlxalq akademik layihələrdə qazandıqları təcrübənin rəsmi təsdiqi kimi qiymətləndirilir.

Növbəti fəaliyyətlərdə görüşənədək!