Beynəlxalq Kopernik Təbiət Elmləri və Fizika, Astronomiyanın Seçim Turunun Medalçıları Açıqlanıb
Beynəlxalq Kopernik Təbiət Elmləri və Fizika, Astronomiyanın Seçim Turunun Medalçıları Açıqlanıb
Beynəlxalq Kopernik Təbiət Elmləri və Fizika, Astronomiyanın Azərbaycan üzrə seçim mərhələsinin medalçı nəticələri rəsmi olaraq açıqlanıb. Seçim mərhələsi Bakı şəhərində Global Olympiad Center təşkilatçılığı ilə keçirilmiş, yüzlərlə şagird final mərhələsinə vəsiqə qazanmaq uğrunda biliklərini sınayıblar.
Olimpiada nəticələrinə əsasən, yüksək nəticə göstərən iştirakçılar 26-31 yanvar 2026-ci il tarixlərində keçiriləcək Beynəlxalq Kopernik Olimpiadasının final mərhələsində iştirak hüququ qazanıblar.
Seçim mərhələsinin nəticələri fərdi və komanda göstəricilərinə əsasən aşağıdakı qaydada müəyyən edilmişdir:
40 baldan 49 bala qədər fəxri fərman
50 baldan 74 bala qədər bürünc medal
75 baldan 90 bala qədər gümüş medal
91 baldan 100 bala qədər qızıl medal
Qeyd edək ki, mükafatlandırma mərasimi 30 noyabr tarixində keçiriləcəkdir.
Bütün iştirakçılara uğurlar arzu edirik!