Global Olympiad Center International Olympiad on Artificial Intelligence (IOAI) təşkilatının Azərbaycandakı məktəblilər üzrə rəsmi nümayəndəsi olub!
Global Olympiad Center (GOC) artıq International Olympiad on Artificial Intelligence (IOAI) təşkilatının Azərbaycandakı məktəblilər üzrə rəsmi nümayəndəsi statusunu əldə edib. Bu əməkdaşlıq ölkəmizdə süni intellekt sahəsində təhsil, innovasiya və beynəlxalq inteqrasiya baxımından mühüm mərhələ hesab olunur.
Yeni statusa əsasən, Azərbaycan komandasının milli seçim turu, hazırlıq prosesi və IOAI-nin beynəlxalq mərhələsində iştirakı üzrə bütün səlahiyyət və məsuliyyət Global Olympiad Center tərəfindən icra olunacaq.
Bu tərəfdaşlıq Azərbaycan məktəblilərin süni intellekt sahəsində beynəlxalq arenada təmsilçiliyini gücləndirəcək və innovativ təhsil imkanlarının genişləndirilməsinə təkan verəcək.
Rəsmi nümayəndə qismində Global Olympiad Center bütün istedadlı şagirdləri Azərbaycan Süni İntellekt Olimpiadasında (AzSİO) iştirak etməyə dəvət edir. Olimpiada ilə bağlı əlavə məlumat yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
AzSİO üzrə ən yüksək nəticə göstərən iştirakçılar bu il Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək IOAI final mərhələsində Azərbaycanı təmsil edəcəklər.