Azərbaycanda 12 yanvar tarixində FISO İngilis dili olimpiadasının seçim turu təşkil olunacaq.
FISO ingilis dili olimpiadası haqqında
İngilis dili 21-ci əsrdə beynəlxalq ünsiyyətin aparıcı dili olmuşdur və elm, texnologiya, naviqasiya, və hüquq sahələrində əsas dil kimi qəbul edilmişdir. Britaniya İmperiyası və ABŞ-ın qlobal təsiri ilə yayılmış İngilis dili, şagirdlərə qlobal imkanlar təqdim edir. FISO Olimpiadasının İngilis dili üzrə keçirilməsi, şagirdlərin beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırır, dil biliklərini inkişaf etdirir və onlara gələcək təhsil və karyera imkanları qazandırır. Bu olimpiada, şagirdlərin qlobal dünyaya uyğunlaşmalarına və dil bacarıqlarını mükəmməlləşdirmələrinə kömək edir. İngilis dili biliyi, iştirakçılara daha geniş üfüqlər açır, analitik düşüncə və beynəlxalq münasibətlərdə effektiv ünsiyyət bacarıqlarını təkmilləşdirir. Bu səbəbdən, FISO, şagirdlərə qlobal dünyada uğur qazanmaları üçün əvəzsiz bir təcrübə təqdim edir.
FISO İngilis dili Olimpiadasının Mexanizmləri
FISO İngilis dili Olimpiadası beynəlxalq bir tədbirdir və 2-ci sinifdən 11-ci sinifə qədər olan şagirdlər üçün açıqdır. Olimpiada iki mərhələdən ibarətdir - İlkin Mərhələ və Qlobal Mərhələ. Şagirdlər Global Olympiad Centerin veb saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçən bütün iştirakçılar üçün 12 yanvar 2025-ci il tarixlərində seçmə imtahanı keçiriləcəkdir. Seçmə imtahan 60 dəqiqə ərzində 25 çoxseçimli sualdan ibarət olacaq. Şagirdlər aid olduqları kateqoriyaya uyğun olaraq seçmə imtahanını seçməlidirlər. Kateqoriyalar aşağıdakı kimidir:
- Kateqoriya 1: 2-ci sinif
- Kateqoriya 2: 3-cü sinif
- Kateqoriya 3: 4-cü sinif
- Kateqoriya 4: 5-6-cı siniflər
- Kateqoriya 5: 7-8-ci siniflər
- Kateqoriya 6: 9-10-cu siniflər
- Kateqoriya 7: 11-ci sinif
SEÇİM TURUNUN İMTAHAN STRUKTURU HAQQINDA QAYDALAR
Yaş qrupları:
2024-2025 tədris ili üçün 2-ci sinifdən 11-ci sinifə qədər olan bütün şagirdlər iştirak edə bilərlər. Olimpiada hər il Dubayda təşkil olunur.
Kateqoriyalar:
Şagirdlər 2024-2025 tədris ilinə əsasən kateqoriya seçirlər. Məsələn, 2023-2024 tədris ilində 6-cı sinfi bitirən bir şagird növbəti il üçün "7-ci sinif" kateqoriyasında iştirak etməlidir.Yəni bu il üçün qeydiyyatı 7-cü sinif olmalıdır.
İştirakçılar:
- Kateqoriya 1: 2-ci sinif
- Kateqoriya 2: 3-cü sinif
- Kateqoriya 3: 4-cü sinif
- Kateqoriya 4: 5-6-cı siniflər
- Kateqoriya 5: 7-8-ci siniflər
- Kateqoriya 6: 9-10-cu siniflər
- Kateqoriya 7: 11-ci sinif
Qeyd: Siniflər bu ilin sentyabrında gedəcəkləri siniflər olaraq qəbul edilir.
İmtahan strukturu:
Sualların ümumi sayı: 25
- Bölmələr və qiymətləndirmə:
- 1 düzgün cavaba verilən bal: 4
- 1 səhv cavaba görə silinən bal: 1
- Yazılmayan suala görə bal verilmir və ya silinmir.
Orta və yuxarı siniflər (2-11-ci siniflər): 60 dəqiqə
Ümumi bal hesablanması:
25*4=100 bal
Qeydlər:
Sinif şagirdləri kateqoriyalar üzrə eyni imtahanı verəcək və nəticələrə əsasən ümumi sıralamada iştirak edəcəklər.
Seçim turu üçün mükafatlar:
İxtisas imtahanında ən azı top 25% -daxil olan şagirdlər qlobal tura vəsiqə qazanırlar.
İştirak sertifikatı, topladığı balların sayından asılı olmayaraq, ilkin turun bütün iştirakçılarına veriləcəkdir.
Dünya turuna vəsiqə qazanan tələbələr ilkin imtahanda aldıqları qiymətə uyğun olaraq performans sertifikatı və medalla təltif olunacaqlar.
- TOP 30% - Fəxri Fərman Sertifikatı
- TOP 25% - Bürünc medal
- TOP 15% - Gümüş Medal
- TOP 5% - Qızıl Medal
Seçim turu təqvim:
- Qeydiyyat bitiş tarixi: 10.01.2025
- Olimpiada günü: 12.01.2025
- Olimpiada müddəti: 60 dəq
- Olimpiada başlama saatı: təlimatda qeyd olunub
FISO-da iştirak edən şagirdlər öz təhsil həyatları üçün bir sıra dəyərli üstünlüklər əldə edəcəklər. Bu yarışma iştirakçılara müxtəlif akademik sahələrdə bilik və bacarıqlarını inkişaf etdirmək imkanı təqdim edir. Şagirdlər müsabiqə vasitəsilə analitik düşüncə və problem həll etmə qabiliyyətlərini artırır, bu da gələcəkdə məktəb və universitet dərslərində onlara böyük kömək olur. Eyni zamanda, FISO iştirakçıları beynəlxalq səviyyədə tanınma şansı qazanır və öz nailiyyətlərini beynəlxalq mühitdə nümayiş etdirə bilirlər. Mükafatlar və sertifikatlar isə əlavə motivasiya təmin edərək, şagirdlərin akademik hədəflərinə daha böyük əzmlə çatmalarına kömək edir.