Azərbaycanda ilk dəfə 7 sentyabr tarixində Dünya Riyaziyyat Çempionatının seçim turu təşkil olunacaq.
World Mathematics Team Championship (WMTC) müxtəlif ölkələrdən məktəb şagirdlərinin bir araya gəldiyi və mürəkkəb riyazi problemləri həll etmək üçün yarışdığı beynəlxalq riyaziyyat çempionatıdır. Bu çempionat riyaziyyat sahəsində gənc istedadları kəşf etmək və onlara öz bacarıqlarını nümayiş etdirmək üçün bir platformadır. Riyaziyyatı IMO-dakı formatdan fərqli olaraq daha çox sevdirmək üçün 2010-cü ildə Çin əsilli amerikalı riyaziyyatçı Dr. Zhang Lian tərəfindən təsis edilmişdir. Təsisçilər müxtəlif zamanlarda İnternational Mathematical Olympiadın qalibləridir.
Yarışma, şagirdlər arasında riyaziyyata olan marağı artırmağı və onları bu fənndə müvəffəq olmağa təşviq etməyi hədəfləyir. Riyaziyyat yalnız məktəb fənni deyil, həm də analitik düşüncə tərzinin inkişafında mühüm rol oynayan bir sahədir. Bu çempionat vasitəsilə, şagirdlər riyaziyyatın həyatdakı əhəmiyyətini daha yaxşı anlayırlar.
Yarışmada iştirak etmək üçün ilk olaraq goc.edu.az - dan qeydiyatdan keçiliməlidir. İştirakçılar ilk olaraq fərdi şəkildə mübarizə aparır. Fərdi raund 2 hissədən ibarətdir. Fərdi raundan sonra şagirdlər öz məktəblərindən olan həm yaşıdları yaxud da sinif yoldaşları ilə 6 nəfərlik qrup halına birləşdirilir. Komanda şəklində Estafet raunduna keçid edilir. Bu raund da komanda olaraq yarışırlar. İştirakçılar imtahanları ölkəmizdə Azərbaycan, İngilis və Rus dillərində verirlər.
WMTC-də iştirakçılar yaşlarına görə müxtəlif qruplara bölünür:
- Junior Level: 2011-ci il və ya sonra doğulan iştirakçılar üçün. ( 3,4,5-ci sinifdə təshil alanlar)
- Intermediate Level: 2008-ci il və ya sonra doğulan iştirakçılar üçün.(6,7,8,9-da təhsil alanlar)
- Advanced Level: Orta məktəbi bitirməmiş və 2005-ci il və ya sonra doğulan iştirakçılar üçün. (10,11-ci sinifdə təhsil alanlar)
Qeyd: Siniflər bu ilin sentyabrında gedəcəkləri siniflər olaraq qəbul edilir.
Seçim turu üçün mükafatlar:
Fərdi yarışlar üzrə
Hər səviyyədə:
- İlk 10%: Qızıl medallar + finala vəsiqə qazanır
- İlk 20%: Gümüş medallar + finala vəsiqə qazanır
- İlk 30%: Bürünc medallar + finala vəsiqə qazanır
- Geriyə qalan 20%: Merit sertifikatları
- Geriyə qalan 20%: İştirakçı sertifikatları
Komanda Mükafatları
Hər səviyyədə:
- İlk 3 yer: Xüsusi kubok (hər komanda üzvü sertifikat alır) + finala vəsiqə qazanır
- İlk 30%: Kubok (hər komanda üzvü sertifikat alır)
- Qalan 70%: İştirak sertifikatları
Seçim turu təqvim:
- Qeydiyyat bitiş tarixi: 04.09.2024
- Çempionat günü: 07.09.2024
- Çempionat müddəti: 1 gün
- Çempionatın başlama saatı: 11:00
WMTC, iştirakçılar üçün çox saylı faydalar təmin edir. Əvvəlcə, yarışma problem həll etmə bacarıqlarını və riyazi biliklərini artırmağa kömək edir. Şagirdlər, çətin problemləri həll etməklə analitik düşüncə tərzini inkişaf etdirirlər. Bundan əlavə, WMTC şəbəkələşmə üçün də əla bir fürsətdir. Şagirdlər müxtəlif ölkələrdən olan həmyaşıdları ilə tanış olmaq və ünsiyyət qurmaq imkanı əldə edirlər. Bu, onların mədəniyyətlərarası ünsiyyət bacarıqlarını və qlobal perspektivlərini genişləndirir.
Nəhayət, yüksək nəticə göstərən komandalar və fərdi iştirakçılar mükafatlar və tanınma qazanırlar. Bu, onların akademik və peşəkar gələcəkləri üçün faydalı olacaqdır. Tanınma və mükafatlar, şagirdlərin motivasiyasını artırır və onları gələcəkdə daha böyük uğurlar əldə etməyə motivasiya verir.