Dünyanın 5 universitetinə 100 faiz təqüdlə qəbul şansı. İnternational Math Challange 9 noyabr tarixində təşkil olunacaq.
Beynəlxalq Riyaziyyat Yarışması (IMC) qlobal miqyasda şagirdlərin riyaziyyat sahəsindəki bacarıqlarını sınadığı nüfuzlu bir müsabiqədir. İlk dəfə 2012-ci ildə yaradılan bu yarışma, müxtəlif yaş qruplarından olan iştirakçıları bir araya gətirərək riyaziyyatın əhəmiyyətini vurğulamağı hədəfləyir. IMC, şagirdlərə riyazi düşünmə və problem həll etmə bacarıqlarını inkişaf etdirmək imkanı verir. Prestijli universitetlər IMC iştirakçılarına qəbul və təqaüd imkanı təqdim edir. Keçən il Azərbaycandan 21 şagird IMC vasitəsilə təqaüd qazandı. IMC, şagirdlərin beynəlxalq arenada tanınmasına kömək edir. İştirakçılar fərdi olaraq yarışaraq mükafatlar qazanma şansı əldə edirlər. Yarışma Azərbaycan, İngilis, Tay, Çin, Rus və İspan dillərində keçirilir. IMC, şagirdləri riyaziyyatı gündəlik həyatlarında tətbiq etməyə təşviq edir. Beynəlxalq səviyyədə tanınmaq və biliklərinizi artırmaq üçün IMC-də iştirak edin.
Yarışmada iştirak etmək üçün ilk olaraq goc.edu.az saytından qeydiyyatdan keçirilməlidir.İştirakçılar fərdi şəkildə mübarizə aparır. Olimpiada 2 raunddan ibarətdir: İştirakçılar imtahanları ölkəmizdə Azərbaycan, İngilis və Rus dillərində verirlər.
SEÇİM TURUNUN İMTAHAN STRUKTURU HAQQINDA QAYDALAR
Yaş qrupları:
2024-2025 tədris ili üçün 1-ci sinifdən 11-ci sinifə qədər olan bütün şagirdlər iştirak edə bilərlər. Olimpiada 2 mərhələdən ibarətdir. Seçim və final mərhələsində müxtəlif ölkələrin şagirdləri ilə yarışılacaq.
Kateqoriyalar:
Şagirdlər 2024-2025 tədris ilinə əsasən kateqoriya seçirlər. Məsələn, 2023-2024 tədris ilində 6-cı sinfi bitirən bir şagird növbəti il üçün "7-ci sinif" kateqoriyasında iştirak etməlidir.Yəni bu il üçün qeydiyyatı 7-cü sinif olmalıdır.
İştirakçılar:
- Kateqoriya Kids - I-II sinif
- Kateqoriya 1 - III-IV sinif
- Kateqoriya 2 - V-VI sinif
- Kateqoriya 3 - VII-VIII sinif
- Kateqoriya 4 - IX-X sinif
- Kateqoriya 5 - XI-XII sinif
Qeyd: Siniflər bu ilin sentyabrında gedəcəkləri siniflər olaraq qəbul edilir.
İmtahan strukturu:
Sualların ümumi sayı:
- Kateqoriya kids: 25 sual - 60 dəqiqə
- Kateqoriya I-V: 30 sual - 90 dəqiqə
Bölmələr və qiymətləndirmə:
- Səhv sual düzgün cavabın 3-də bir hissəsini aparır.
- Yazılmayan suala görə bal verilmir və ya silinmir.
Qeydlər:
Sinif şagirdləri kateqoriyalar üzrə eyni imtahanı verəcək və nəticələrə əsasən ümumi dünya sıralamasında iştirak edəcəklər.
Seçim turu üçün mükafatlar:
Sertifikatlar və Mükafatlar
- İlk 10%: Qızıl
- 11%-dən 25%-ə qədər: Gümüş
- 26%-dən 45%-ə qədər: Bürünc
- 5 baldan yuxarı toplam net bal toplayan bütün iştirakçılar “Təqdir Sertifikatı” alacaqlar.
- Bütün iştirakçılar rəqəmsal iştirak sertifikatı alacaqlar.
- Bütün məktəblər və mentorlar rəqəmsal sertifikat alacaqlar.
Medallar və Mükafatlar
- Hər kateqoriyada mükafatlandırma mərasiminə qatılan ilk 3 şagird xüsusi təltif olunacaq.
- Hər kateqoriyada birinci yerin qalibi iPad Air qazanacaq. (dünya retinqdə 1 nəfər)
- Hər kateqoriyada ikinci yerləri tutan üç tələbə iPad Gen 9 qazanacaq. (dünya retinqdə sonrakı 3 nəfər)
- Hər kateqoriyada üçüncü yerləri tutan dörd tələbə Galaxy Tab A7 Lite qazanacaq.(dünya retinqdə sonrakı 4 nəfər)
- Tərəfdaş universitetlər Kateqoriya 5 qaliblərinə təqaüdlər təqdim edəcəklər.
1. North American University, ABŞ
- Qızıl qaliblərə 88,000 dollar, gümüş qaliblərə 80,000 dollar, bürünc qaliblərə isə 60,000 dollar dəyərində dörd illik təqaüd təqdim edir.
2. Süleyman Dəmirəl Universiteti, Qazaxıstan
- Ən yaxşı nəticə göstərənlər üçün dörd il ərzində 100%-ə qədər təhsil haqqı endirimi təklif edir.
3. Ala-Too Beynəlxalq Universiteti, Qırğızıstan
-İlk il üçün 10%-dən 100%-ə qədər təhsil haqqı endirimləri təqdim edir.
4. Vistula Universiteti, Polşa
- İlk il üçün təhsil haqqına 10%-dən 100%-ə qədər təqaüd endirimləri təklif edir.
5. Paragon Beynəlxalq Universiteti, Kamboca
- Dörd il ərzində təhsil haqqına 25%-dən 100%-ə qədər təqaüd təqdim edir.
6. Woosong Universiteti, Cənubi Koreya
- İlk semestr üçün 70%-ə qədər təqaüd təklif edir.
- Universitetlər tərəfindən verilən təqaüdlər yalnız bir il üçün keçərlidir.
Seçim turu təqvim:
- Qeydiyyat bitiş tarixi: 07.11.2024
- Olimpiada günü: 09.11.2024
- Olimpiada müddəti: Kateqoriya Kids üçün 60 dəq, 1-4-cü kateqoriyalar üçün 90 dəq
- Olimpiada başlama saatı: təlimatda qeyd olunub
International Math Challenge (IMC) kimi beynəlxalq müsabiqələrdə iştirak edən şagirdlər təhsil həyatlarında bir çox müsbət təsir əldə edirlər. Əvvəla, belə müsabiqələr riyaziyyat və analitik düşünmə bacarıqlarını inkişaf etdirməyə kömək edir, çünki şagirdlər müxtəlif səviyyədə çətinliklərə malik problemləri həll etmək üçün çalışırlar. Bu, onların problemləri həll etmə, məntiqi düşünmə və kritik analiz qabiliyyətlərini gücləndirir.
Bundan əlavə, IMC kimi beynəlxalq yarışmalarda iştirak etməklə şagirdlər öz bacarıqlarını qlobal miqyasda sınama və başqa ölkələrin şagirdləri ilə rəqabət etmək imkanına sahib olurlar. Bu, onların özünəinamını artırır və gələcəkdə akademik və ya peşəkar mühitdə daha hazırlıqlı olmalarına şərait yaradır.
Həmçinin, müsabiqələrdə qazandıqları sertifikatlar və mükafatlar onların akademik portfoliolarını zənginləşdirir. Bu sertifikatlar, gələcək təhsil müəssisələrinə müraciət zamanı və ya təqaüd imkanları üçün seçilərkən əhəmiyyətli bir göstərici olacaqdır. Şagirdlərin bu cür nailiyyətləri həm də onların məqsədlərinə çatmaq üçün səylərini və əzmkar olduqlarını nümayiş etdirir.