Bakı Azərbaycan, Nərimanov rayonu Faiq Yusifov 22

  [email protected]






Vilnius Beynəlxalq Layihə Olimpiadası (VILIPO) HAQQINDA

Vilnius Beynəlxalq Layihə Olimpiadası (VILIPO), 12-19 yaş arası gənclərin ətraf mühit məsələlərinə həll yolları tapmaq, elmi və texniki innovasiyalarını nümayiş etdirmək üçün 2019-cu ildən bəri fəaliyyət göstərən beynəlxalq bir platformadır. 34 ölkəni birləşdirən bu olimpiada, Vilnius Universiteti, Fiziki Elmlər və Texnologiya Mərkəzi, Vilnius Beynəlxalq Meridian Məktəbi kimi prestijli dəstəkçilərlə, gənclər arasında mühit şüurunu artırmaq və onları ətraf mühitin qorunması istiqamətində hərəkətə keçməyə təşviq etməyi missiya edinmişdir. VILIPO-nun vizyonu, hər bir tələbənin ən yaxşısını ortaya çıxarmaq və onları gələcəkdə ətraf mühitin qorunmasına töhfə verəcək liderlər, alimlər, incəsənət adamları, yazıçılar, mühəndislər və qanunvericilər kimi görməyə həvəsləndirməkdir. Bu platforma vasitəsilə gənclər, yaradıcılıqlarını və elmi biliklərini dünyanın dört bir yanından gələn eyni düşüncəli insanlarla bölüşərək həm ətraf mühitə həm də insanlığa xidmət etmək imkanı tapırlar.

  • VILIPO Olimpiadasına Qatılma Şərtləri:
  • Yaş həddi: Olimpiada 12-19 yaş arası şagirdlər üçün təşkil olunur.
  • Yaş qrupları: İştirakçılar ədalətli müsabiqə təmin etmək məqsədilə iki yaş qrupuna bölünəcək:
    Junior-lar (12-14 yaş), Senior-lar (15-19 yaş).
    (Komanda müxtəlif yaş kateqoriyalarından olan şagirdlərdən ibarətdirsə (məsələn, bir böyük və bir kiçik), onlar ədalətli rəqabəti təmin etmək üçün Senior  iştirakçıları kimi təsnif ediləcəklər).
  • Nəzarətçi yaş həddi: Nəzarətçilər 20 yaşdan böyük olmalıdır.
  • Layihə təqdimatı: Eyni layihənin ardıcıl illərdə önəmli təkmilləşdirmə olmadan təqdim edilməsi qadağandır.
  • Layihənin digər təşkilatlara təqdim olunubsa: Başqa təşkilatlar/sərgilərə təqdim edilmiş layihələr dəyişiklik olmadan təqdim edilə bilər.
  • Müraciət prosesi: GOC tətbiqetmə sistemindən qeydiyyatdan keçməlidir.
  • Müraciət və ödəniş müddəti: Müraciət və ödəniş 20  fevral 2024-cü ilə qədər tamamlanmalıdır.
  • Onlayn təqdimat: Layihələr əyani tur zamanı onlayn təqdim edilə bilməz.
  • Olimpiadada iştirak: İştirakçılar, iştirak sertifikatı və ya hər hansı bir mükafat üçün Olimpiadada şəxsən iştirak etməli və işlərini təqdim etməlidirlər.
  • Nəzarətçi: 18 yaşdan kiçik tələbələrin bir yetkin nəzarətçisi ilə qatılması şərttir. 18 yaş və daha böyük tələbələr müstəqil iştirak edə bilər. Olimpiadada yetkinlik yaşına çatmayan şagirdi müşayiət etmək hüququna malik olan müəllim, valideyn, yetkinlik yaşına çatmış bacı və ya qohum kimi istənilən yetkin şəxs ola bilər. Eyni zamanda GOC-dan rəsmi nümayəndə ilə qatıla bilər.

     Ödənişlər:

  1. Müraciət haqqı (İlkin mərhələ): Hər layihə üçün müraciət haqqı 50 avrodur və bu geri qaytarılmır. Müraciətin tamamlanması üçün 21 fevraladək ödənilməlidir. Keçmiş VILIPO Sertifikatı qalibləri də daxil olmaqla, bütün iştirakçıların müraciət haqqını ödəmələri tələb olunur.

  2. İştirakçı haqqı (Final mərhələsi): Hər iştirakçı üçün iştirak haqqı 650 avrodur və bunun 100 avrosu hər bir halda  geri qaytarılmır. İştirak yerinizi təmin etmək üçün tam məbləğin qeydiyyat müddəti bitməmişdən öncə ödənilməsi lazımdır. 1 Apreldən 14 Aprelə qədər kimsə olimpiada da iştirakdan imtina edərsəbu halda yalnız ödənişin 50%-i qaytarılır, 14 Apreldən sonra ödənişin qaytarılması mümkün deyil.

  3. Qonaq haqqı: Hər qonaq üçün qonaq haqqı 800 avrodur. Əlavə layihə iştirakçıları (qardaşları, bacıları, nənə, baba, dayıları, anası, atası və.s kimi qonaqlar) yer olduqda qəbul edilə bilər. Qonaq haqqı qeydiyyat zamanı ödənilməli və bunun 150 avrosu hər bir halda  geri qaytarılmır. 14 Apreldən sonra ödənişin yalnız 50%-i qaytarıla bilir. Qonaq haqqına yemək, yataqxana (VILIPO tərəfindən təşkil edilmiş oteldə qalmayanlar istisna olmaqla), şəhər turu və hava limanından transfer daxildir.

       Məhdudiyyətlər:

  1. Tələbələr, qəbul şanslarını artırmaq üçün hər hansı bir sahə üzrə birdən çox layihə ilə müraciət edə bilərlər. Birdən çox layihə üzrə finala vəsiqə qazanarsa, bu halda iştirakçı yalnız bir layihəni ilə finalda iştirak edə bilər.
  2. Enerji, mühit, mühəndislik, robototexnika, proqramlaşdırma, məhsul dizaynı və qısa film layihələri üçün maksimum iki tələbə təqdim edə bilər.
  3. Yalnız bir tələbə hekayə, inşa, poster  və fotoqrafiya layihələri təqdim edə bilər.
  4. Finalda iştirak üşün gələn ölkənin qrupdakı qonaqların sayı iştirakçıların sayından çox ola bilməz.

Ümumi Qaydalar:

  1. VILIPO Komitəsi hər hansı bir layihəni heç bir izahatsız rədd etmək hüququna sahibdir.
  2. Nəzarətçilərə hakim kimi xidmət etmək qadağandır.
  3. Tələb olunan məlumatları vaxtında və istənilən formatda təqdim etməyən finalçılar/iştirakçılar diskvalifikasiya ediləcək.
  4. Layihənin bütün aspektlərində, iştirakçılar dürüstlüyü qorumaq məcburiyyətindədirlər.
  5. İştirakçılar, məlumat və ya qeydlərin saxtalaşdırılması, layihələrin oğurlanması kimi hər hansı bir sui-istifadədən və ya saxtakarlıqdan çəkinməlidirlər.
  6. Bütün tələbələr VILIPO tərəfindən qoyulan qaydalara əməl etməlidirlər və bu qaydalar əməl olunmadıqda heç bir xəbərdarlıq olmadan haqqında intizam komitəsi qərar qəbul edə bilər.
  7. VILIPO-ya qatılmaqla, siz və/və ya valideyiniz bu səhifədə, finalçılar üçün şərtlər bölməsində yazılan bütün qaydalara razılıq vermiş sayılırsınız.

Müraciət və Qeydiyyat Prosesi:

  1. Müraciətlər və qeydiyyatlar, tətbiqə başlamaq tarixindən etibarən əsas səhifəmizdə aktiv olacaq onlayn müraciət sistemimiz vasitəsilə həyata keçiriləcək.
  2. Müraciət, layihə təqdim etməyin ilk mərhələsidir. Qeydiyyat ikinci mərhələdir və burada iştirakçı və səyahət məlumatlarınızı təqdim edəcəksiniz. Hər iki mərhələnin tələb edilən müddətlərə uyğun tamamlanması lazımdır.
  3. Bütün müraciət edənlər (VILIPO Sertifikatı alanlar daxil) müraciət müddəti bitməmişdən onlayn müraciət etməlidirlər.
  4. Müraciət sistemi əlaqə məlumatları, , abstrakt, hesabat kitabı (tədqiqat işi və ya incəsənət işi), media linki və qaytarılmayan layihə müraciət haqqının ödənilməsini istəyəcək.
  5. Finalçılar elan edildikdə, VILIPO-ya qatılacaq hər bir iştirakçı üçün qeydiyyat prosesini tamamlayaraq qeydiyyat müddəti bitməmişdən iştiraklarını təsdiqləməlidirlər.
  6. Beynəlxalq müraciətçilər, viza müraciəti üçün dəvət məktublarını ala bilmək üçün qeydiyyatı və qeydiyyat ödənişini mümkün qədər tez həyata keçirməlidirlər.

 

VILIPO Beynəlxalq Proyekt Olimpiadasının yarışmaları

Qeydiyyat keç!
ionicons-v5-e

VİLİPO GLOBAL RAUND

ionicons-v5-e

   VİLNUS Xoş Gəlmisiz!

   30 mart 2024

   650 Avro

  1 MART 2024

  30 MART 2024


Trakai, Litvanın gözəl və tarixi bir şəhəri olaraq tanınır. Orta əsrlərə aid qalaları, gölləri və təbiəti ilə məşhurdur. Trakai, əsasən, Orta Əsr qalası ilə məşhur olan Trakai Milli Parkının mərkəzində yer alır. Bu qala, adaların birində yerləşir və gölətrafı mənzərəsiylə nəfəs kəsir. Şəhər, həmçinin Trakai Tatarlarının mədəniyyəti və mətbəxi ilə tanınır ki, bu da burada yaşayan Karaim və Tatar azlıqlarının təsiri altındadır.

Trakai'nin tarixi, Gediminas və onun oğlu Kęstutis dövrlərinə qayıdır ki, onlar bu ərazilərdə möhkəm bir qala və hakimiyyət mərkəzi qurmuşlar. Şəhərin ətrafı çoxsaylı göllərlə əhatələnib və bu da ona "su üzərindəki qala" adını qazandırıb. Burada qayıq sürmək, yaxınlıqdakı adalara səyahət etmək və göl kənarında piknik etmək populyar fəaliyyətlərdir.

Trakai, həm yerli həm də beynəlxalq turistlər üçün populyar bir səyahət məkanıdır. Məktəb səfərləri üçün xüsusilə uyğun bir yerdir, çünki şagirdlər bu gözəl şəhərin zəngin tarixi və mədəniyyəti haqqında öyrənə bilər və həmçinin təbiətin gözəlliyini təcrübə edə bilərlər. Trakai səfəriniz zamanı mütləq yerli mətbəxin dadına baxmalı və qala ətrafında bir gəzintiyə çıxmalısınız. 

VİLİPO proqramı ilə Vilnüsdə gəzinti turuna çıxmaq şansınız olacaq. UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş köhnə şəhəri gəzintisi çərçivəsində sonsuz kilsə günbəzləri, qüllələr və möhtəşəm şəkildə bərpa edilmiş binalar kimi əsas görməli yerləri görəcəksiniz.Tur, Katedralin özü və Vilnüsün əsas cazibəsi olan Gediminas qalasının hakim olduğu katedral meydanında başlayır. Tur daha sonra Prezident Sarayına, daha sonra Vilnüs Universitetinə gəzinti ilə müşayiət olunur. Universitet həyətlərini ziyarət etdikdən sonra tur OLD CİTY-nin  əsas küçəsi Pilies küçəsi  ilə Vilnüsün Gotik-nə və daha sonra St Anne kilsəsinə davam edir. Tur, möcüzəvi Məryəm ikonası ilə məşhur olan Şəfəq qapıları adlanan sağ qalan şəhər qapılarına qədər davam edir. Tur Köhnə şəhər bələdiyyə Meydanında başa çatır. Tura həmçinin Cırtdan meymunlar, göy qurşağı lorikeets, meerkats, üzük quyruqlu lemurlar, kapybaralar və s.kimi dünyanın hər yerindən 80-dən çox müxtəlif heyvan növünə malik Vilnüs Zooloji Muzeyini ziyarət etmək daxildir.

VİLİPO İnternational Project Olympiyad ötən il necə keçdi?

VİLİPO 2023-cü ildə olmuş final mərhələsi haqqında sizə video məlumatı təqdim edirik.

VİLİPO iştirakçıları və idarəçiləri öz fikirlərini bizimlə bölüşdülər

VİLİPO olimpiadasının qatdığı dəyər, qazandığınız uğurlar sizi daha yüksəklərə aparacaq.

VİLİPO-da neçə ölkə iştirak edir?

VİLİPO yarışmasına bu il ən azı 36 ölkə qatılacağını təsdiq edib. Bunlardan biridə Azərbaycandır.