Bakı Azərbaycan, Nərimanov rayonu Faiq Yusifov 22

  [email protected]






IMEC Beynəlxalq Riyaziyyat Yarışması

IMEC yarışması, şagirdlərin riyaziyyat və elmi qavrayışlarını vizual və yaradıcı bir şəkildə ifadə etmək üçün nəzərdə tutulmuş, özünəməxsus  beynəlxalq yarışmadır. Bu yarış, dünyanın dörd bir yanından gələn 7-18 yaş arası şagirdlər üçün bir görünməz köprü rolunu oynayır, onların riyazi və elmi anlayışlarını birləşdirərək, hər birinin xüsusi məharət və yaradıcılığını nümayiş etdirməsinə imkan verir.

  • Məqsəd və Vizyon: IMEC-in əsas məqsədi, şagirdlərə riyaziyyat və elm sahələrində öz bilik və fikirlərini vizual bir şəkildə ifadə etmək üçün münbit bir zəmin hazırlamaqdır. Bu yarış, həmçinin tələbələrin yaradıcılıqlarını və tənqid düşüncə qabiliyyətlərini inkişaf etdirmək məqsədini daşıyır.

 Üstünlükləri:

  1. Yaradıcılığın İnkişafı: Şagirdlər öz xəyallarını və fikirlərini  ifadə edərək yaradıcılıqlarını və tənqid düşüncə qabiliyyətlərini inkişaf etdirirlər.
  2. Beynəlxalq Təcrübə: Bu müsabiqə, şagirdlərə dünya miqyasında rəqabət etmək və müxtəlif mədəniyyətlər və fikirlərlə ünsiyyət qurmaq üçün əla bir imkan təqdim edir.
  3. Özünə İnamın Artırılması: Öz işlərini beynəlxalq bir platformada nümayiş etdirmək, şagirdlərin özünə inamını və ifadə bacarıqlarını gücləndirir.
  4. Akademik və Şəxsi İnkişaf: Yarışma, şagirdlərin həm akademik, həm də şəxsi inkişafına töhfə verir, onlara əlavə bacarıqlar və biliklər əldə etmə imkanı yaradır.

IMEC yarışması, gənc nəsillərin riyaziyyat və elmi anlayışlarına yeni bir ölçü gətirir, onların daxili potensiallarını üzə çıxarır və gələcəyin liderləri olaraq onları hazırlayır. Bu yarışma, hər bir iştirakçının özünü ifadə etməsi və yaradıcılığını göstərməsi üçün dəyərli bir platformadır.

Keçən il IMEC Beynəlxalq Riyaziyyat yarışması necə keçdi? 

“Global Olympic Center”-in təşkilatçılığı ilə ölkəmizin müxtəlif məktəblərindən ibarət istedadlı şagirdlər Böyük Britaniyada keçirilən IMEC riyaziyyat yarışmasının qlobal mərhələsində ölkəmizi təmsil ediblər. Komandamızın heyətində 43 şagird 5 kateqoriya üzrə mübarizə aparıb.

Şagirdlərimiz əsası I Yelİzaveta tərəfindən qoyulan, İngiltərənin yeddi keçmiş baş nazirinin: Aberdin, Perseval, Goderich, Peel, Palmerston, Balduin və Çörçil, eyni zamanda İordaniya kralı Hüseyn, iki İraq kralı I Qazi və oğlu II Faysal, indiki Qətər əmiri Şeyx Tamim bin Həməd əl Tani və əli bin Həmud Zanzibarski və digər tanınmış şəxslərin təhsil aldığı Harrov məktəbində 1 həftə müddətində həm yarışıb, həm də İngiltərə təhsili ilə tanış olublar.

IMEC Riyaziyyat yarışında komandamız 38 ölkə arasında birincə yerə layiq görülüb. Belə ki, riyaziyyatçılarımızdan 13 nəfər qızıl, 18 nəfər gümüş, 14 nəfər isə bürünc medal qazanıb. Hər kateqoriya üzrə ən yüksək nəticə göstərənlər isə xüsusi mükafat əldə ediblər. Komadamızdan Onur Zaman, Toğrul Məmmədli, Sulduz Hacıyev, Fateh Sadiqov 100 faiz, Cəlal Quliyev, Yusif Əliyev, Murad Ağazadə, Cavidan Mahmudzadə isə 50 faizlik ödəmə ilə Kembric nəznində fəaliyyət göstərən İnternational Well Rounded School-da təhsil almaq imkanı qazanıblar.


Mükafatlandırma tədbirində Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyindən Eltay Aslanov iştirak edib. Ölkəmizin fövqalədə səlahiyyətli səfiri Elin Süleymanovun təbriklərini şagirdlərə çatırıb. Şagirdlərimiz yarışmanı uğurla başa vurduqdan sonra Londonda məhşur muzeylərdə, gəzməli-görməli yerlərdə olublar. Riyaziyyatçılarımız avqustun 14-də vətənə qaydıblar. Onlar üçün hava limanında möhtəşəm qarşılama mərasimi keçirilib.

Şagirdlərimizdən 13 nəfər qızıl - Onur Zaman, Cəlal Quliyev, Yusif Əliyev, Nilay Nağızadə, Mərd Hüseynov, Toğrul Məmmədli, Sulduz Hacıyev, Murad Ağazadə, Cavidan Mahmudzadə, Fateh Sadıqov, Şərif Şərifzadə, Fərid Həsənzadə, Ümid Abbasov.

18 nəfər gümüş medal - Ayxan Səfəralıyev, Amal Quliyev, Nərgiz Xudiyeva, Murad Süleymanlı, Fərhad Osmanov, Etibar Qafarzadə, Nicat Ələkbərov, Murad İsmayıl, Əli Abdullayev, Eldar İsmayılov, Ömər Əliyev, Yunis Mehrəliyev, Nuray Babazadə, Leyla Yəhyayeva, Rəmzi Məmmədzadə, Nazlı Həbibulla, Şəhrizad Məmmədova, Turan Muradlı.

14 nəfər bürünc medal – Efe Can Kutuk, Akif Kərimli, Ərhan Salmanzadə, Kərim Tağızadə, Rahim Bağırov, Yusuf Murad, Ziya Zeynallı, Banu Allahverdiyeva, Eldar Hacılı, Bəhmən Həsənzadə, Ömər Əliyev, İntiqam Əliyev, Fəxri Mehdiyev, Əmir Bağırov

Yarışma haqqında daha ətraflı:

Şagirdlər 6 kateqoriyada yarışlar. Kateqoriyalar aşağıdakı kimi bölünür:

S\S SİNİF Kateqoriya
1 II SİNİF Kateqoriya I
2 III-IV SİNİF Kateqoriya II
3 V-VI SİNİF Kateqoriya III
4 VII-VIII SİNİF Kateqoriya IV
5 IX-X-XI SİNİF Kateqoriya V

Yarışma iki  mərhələdə keçirilir:

  • Seçim turu
  • Final turu

- Seçim turu 

  • Tarix:  23.12.2023 (RFO ilə bağlı gün dəyişdirildi 24-dən 23-nə dəyişdirildi)
  • Saat: 11:00
  • Ünvan: Bakı Biznes Universiteti
    Ünvan: Bakı şəhəri, H. Zərdabi küçəsi, 88a, AZ1122
    Boltla: Bakı Biznes Univeristeti yazın ünvan çıxır.
    Uberlə: Bakı Biznes Univeristeti yazın gəlir
  • Sual sayı: 25
  • Sualları işləmə vaxtı: 60 dəqiqə
  • Doğru cavaba görə verilmiş bal: 4
  • Yanlış cavab 1 bal silir.
  • Yazılmayan suallara görə nə bal verilir, nə də bal çıxır.
  • Olimpiada istifadə oluna dil: Azərbaycan, Rus, ingilis 
  • Nəticələrin elan edilməsi: 3 gün ərzində
  • Apellyasiya -imtahan cavabları çıxdıqdan 1 gün sonra qəbul olunur. Müraciət ancaq saxlamaq lazımdır.

Mükafatlar:

  • Top 5 faiz: Qızıl medal, sertifikat, Qlobal raunda vəsiqə
  • Top10 faiz: Gümüş medal, sertifikat, Qlobal raunda vəsiqə
  • Top15 faiz: Bürünc medal, sertifikat, Qlobal raunda vəsiqə
  • Top 20 faiz: Fəxri fərman, Qlobal raunda vəsiqə
  • Digər iştirakçılara isə sertifikat veriləcək.

Qlobal tur haqqında 

  • Tələbələr Qlobal Raundda iştirak üçün  Yerli Raund mükafatçılar siyahahısına düşməlidir.
  • Qlobal raunda da iştirak edən şagirdlərin xərcləri valideyn tərəfiindən qarşılanır. Eyni zamanda beynəlxalq aviabiletləri və vizalarını ödəməli olacaqlar.
  • İmtahanlar üçün istifadə olunan əsas dil ingilis dilidir və eyni zamanda suallar Global raunda da Azərbaycan, ingilis, rus dilləri olacaq.
  • Qlobal Raund bu il 22-26 mart tarixində Bakıda təşkil olunacaq.

Mükafatlar:

  • Hər bir birincisinə scholarship 1 illik, 100 faizlik qəbul, medal, sertifikat, xüsusi hədiyyələr;
  • Hər bir ikincisinə scholarship 1 illik, 50 faizlik qəbul, medal, sertifikat, xüsusi hədiyyələr;
  • Hər üçüncüsünə scholarship 1 illik, 25 faizlik qəbul, medal, sertifikat, xüsusi hədiyyələr;
  • Top 5 faiz: Qızıl medal, sertifikat, Qlobal raunda vəsiqə
  • Top10 faiz: Gümüş medal, sertifikat, Qlobal raunda vəsiqə
  • Top15 faiz: Bürünc medal, sertifikat, Qlobal raunda vəsiqə
  • Top 20 faiz: Fəxri fərman, Qlobal raunda vəsiqə
  • Naliyyət əldə edə bilməyənlərə isə  iştirakçı sertifikatı

 

İmtahan qaydaları daha ətraflı

- Bu imtahanda 25 çox seçimli və klassik tipli suallar var. Hər sual 4 bal.
- Tələbənin ala biləcəyi  maksimum bal 100-dür. Dörd (4) səhv cavab bir düzgün cavabı silir.
- Bu imtahana ayrılan vaxt 60 dəqiqədir. Nümayəndə sizə başlamağı və dayanmağı bildirəcək.

Nümayəndə sizə başla dediyi zaman:

- Şagirdlərə heç bir elektron cihazdan istifadə etməyə icazə verilmir.
- İmtahana başlamazdan əvvəl sual kitabçasını yoxlayın və hər hansı bir problem olarsa nəzarətçiyə bildirin.
- Şagirdlər düz bildiyi cavabları, cavab kartına əlavə etməlidir.
- Hər suala yalnız bir cavab verilməlidir. Birdən çox cavab verilən sual cavabı yanlış qəbul olunur.
- Şagirdlər hər hansı bir məsələnin həlli ilə bağlı müəllimlərlə məsləhətləşə bilirlər.
- Şagirdlər imtahan zamanı heç bir kömək göstərməməli və ya almamalıdırlar. Hər hansı bir  fırıldaqçılıq, başqalarına fırıldaqçılıqda kömək etmək, bu və ya bu cür uyğun olmayan davranışlara kömək etmək ciddi pozğunluqdur və bir qayda olaraq diskvalifikasiyaya səbəb olur.

 

 

İMEC - İmtahan mövzuları

Kateqoriya və siniflər Mövzular

Kateqoriya 1 - Sinif II

  1. 1 və 2 ədədlərlə toplama və çıxma
  2. Rəqəmlərin xəstəlikləri
  3. Balans Problemi
  4. 2-D və 3-D fiqurların sayılması
  5. Tək və Cüt ədədlər
  6. 2-3 ədədlərin yaradılması
  7. Nömrələrin sifarişi
  8. Tərəflərin və daxili bucaqların sayının hesablanması
  9. Fiqurların sahəsi və perimetri
  10. Əsas nömrə nümunəsi və fiqur nümunəsi
  11. əsas nömrəliliyi
  12. Əsas Məntiq Sualları

Kateqoriya 2- III-IV 

  • 2 və 3 rəqəmli ədədlərlə toplama və çıxma
  • Say cümləsinin cəmi, müxtəlif və çoxluğu
  • 2-D və 3-D fiqurların sayılması
  • 2-3 rəqəmli ədədlərin yaradılması
  • 2D və 3D fiqurların sahəsi və perimetri, Həndəsi fiqurların tanınması
  • Tərəflərin və daxili bucaqların sayının hesablanması
  • Yaş və Tarix problemləri
  • Sadə Kombinasiya
  • Əsas arifmetik nümunə
  • Əsas ədəd nümunəsi və ardıcıllığı
  • Məntiq Sualları
  • Toyuq və dovşan teoremi

Kateqoriya 3- V-VI

  1. Addition, subtraction, multiplication, division on periodic sequence
  2. Balance on equation, system of equation, Fraction calculation
  3. Divisibility by 2, 3, 4, 5, 9
  4. Area and perimeter of 2D and 3D figures, Recognizing geometric figures
  5. Number pattern, Figure pattern and transformation
  6. Time, Distance, Speed and Word problem
  7. Simple arithmetic operations with 1,2,3 and 4-digit numbers
  8. Representing data using simple table, bar graph
  9. Simple arithmetic operations with 1,2,3 and 4-digit numbers
  10. Logic Questions

Kateqoriya 4 - VII-VIII

  1. Addition, subtraction, multiplication, division on periodic sequence
  2. Calculations using integers, exponents, fractions, decimals, percentage
  3. Solving equation and system of equation
  4. Value of functions
  5. Divisibility by 2, 3, 4, 5, 8, 9, 11 and GCD, LCM
  6. Time, Distance, Speed and Word problem
  7. Clock, a calendar.
  8. Area and perimeter of 2D and 3D figures, Pythagorean theorem
  9. Mathematical logics and magic squares
  10. Representing data using table, bar graph, line graph and scatter plot
  11. Logic Questions

Kateqoriya 5 - IX-X

  1. Algebraic expression (algebraic fraction, absolute value, radical number, …)
  2. Calculations using integers, exponents, fractions, decimals, percentage
  3. Equations, inequalities, and systems of equations
  4. Time, Distance, Speed and Word problem
  5. Word problem using equations, number and figure pattern
  6. Value of functions and sequence
  7. Counting problems using rule of product and rule of sum
  8. Mathematical logics and magic squares
  9. Angles, areas of polygons, and a circle
  10. Congruent and similar triangles
  11. Representing data using tables, bar graph, pie chart or line graph and using the data
  12. Logic Questions
Qeydiyyat keç!

Londonda komadamız qələbəsi!

Avqustun 9-13 dək Londonun ən məhşur məktəbi Harrov School-da komandamız IMEC Beynəlxalq Riyaziyyat yarışmasında iştirak etdi. Komandamız uğurlu çıxışı ilə finalı bu il Bakıya gətirdi.