İllər üzrə

WMTC

Dünyanın ilk riyaziyyat çempionatı yenidən Bakıda!

World Mathematics Team Championship (WMTC) – dünyanın aparıcı universitetlərinin professorları tərəfindən hazırlanmış nüfuzlu beynəlxalq riyaziyyat çempionatıdır. Yarışın elmi məzmunu və tapşırıqları yüksək akademik standartlara uyğun olaraq tərtib edilir.

WMTC-nin akademik heyətinə dünyanın ən prestijli ali təhsil ocaqlarından biri – University of California, Berkeley-nin Riyaziyyat Fakültəsinin professorları rəhbərlik edir. Yarışa bilavasitə rəhbərlik isə bu fakültənin tanınmış alimi Professor Quan tərəfindən həyata keçirilir.

WMTC - Azərbaycanda yenidən təşkil olunacaq Dünya Riyaziyyat Çempionatının seçim turu 21 sentyabr tarixində təşkil olunacaq. İbtidai siniflərdən 11-ci sinifə qədər hər kəs iştirak edə bilər. Yarışma bir gün ərzində təşkil olunacaq.

Qeydiyyatdan keç!