İllər üzrə

WMTC

Dünyanın ilk riyaziyyat çempionatı Bakıda

WMTC - Azərbaycanda ilk dəfə təşkil olunacaq Dünya Riyaziyyat Çempionatının seçim turu 7 sentyabr tarixində təşkil olunacaq. İbtidai siniflərdən 11-ci sinifə qədər hər kəs iştirak edə bilər. Yarışma bir gün ərzində təşkil olunacaq. Günün sonunda qaliblər açıqlanacaq. 

World Mathematics Team Championship (WMTC) – dünyanın aparıcı universitetlərinin professorları tərəfindən hazırlanmış nüfuzlu beynəlxalq riyaziyyat çempionatıdır. Yarışın elmi məzmunu və tapşırıqları yüksək akademik standartlara uyğun olaraq tərtib edilir.

WMTC-nin akademik heyətinə dünyanın ən prestijli ali təhsil ocaqlarından biri – University of California, Berkeley-nin Riyaziyyat Fakültəsinin professorları rəhbərlik edir. Yarışa bilavasitə rəhbərlik isə bu fakültənin tanınmış alimi Professor Quan tərəfindən həyata keçirilir.

Qeydiyyatdan keç!

QALERİYA

QALERİYA