Bakı Azərbaycan, Nərimanov rayonu Faiq Yusifov 22

  [email protected]






“Future Intelligence Students Olympiad”(FISO)

 

"FiSO" şagirdlərin Riyaziyyat, İngilis, Məntiq, Kimiya, Fizika, Biologiya və İncəsənət kimi müxtəlif sahələrdə bilik və bacarıqlarını sınayıb inkişaf etdirmələri üçün nəzərdə tutulmuş beynəlxalq bir yarışmadır. Olimpiada, tələbələrin elm və təhsil sahələrində öz potensiallarını kəşf etmələrinə və gələcəkdə bu sahələrdə uğur qazanmağa hazırlıq görmələrinə imkan yaradır. İştirakçılar, həm milli həm də beynəlxalq mərhələlərdə öz bilik və bacarıqlarını nümayiş etdirə bilərlər. Bu olimpiada, təhsilin bütün aspektlərini əhatə edən və tələbələrin intellektual inkişafına töhfə verən mühüm bir platformadır.


FISO-ya qoşulmaqla, övladınızda:

  1. Kritik düşünmə və problemləri həll etmə bacarıqlarını inkişaf edəcək, şagirdin analitik düşünmə və kompleks problem həll etmə qabiliyyətini gücləndirəcək;
  2. FISO, dünyanın hər bir yerində eyni maraqları olan uşaqlarla tanış olma və qurma imkanı yaradır, bu sosial bacarıqların və dünyəvi bilikləri genişlənməsinə kömək edəcək.
  3. Yarışmada uğur qazanacaq şagirdlərimizdə elmə marağı artacaq, dərslər üzrə keyfiyyətini artıracaq və onun təhsil həyatında mühüm bir nailiyyət olaraq qalacaq.
  4. FISO-da qazanılan uğurlar, övladınızın gələcəkdəki təhsil və karyera seçimində, universitet qəbulunda mühüm bir seçim olacaq.

Fənn, siniflər və kateqoriaylar

Fənnin adı Sinif və Kateqoriyası Tarix

Riyaziyyat

1- ci səviyyə 1-2 siniflər,
2 -ci səviyyə 3-4 siniflər
3 -cü səviyyə 5-6 siniflər
4 -cü səviyyə 7-8 siniflər
5 - ci səviyyə 9-10 siniflər
6 - cı səviyyə 11 sinif

 

İmtahan tarixi: 14.01.2024
Son qeydiyyat: 12.01.2024

Ingilis dili

I Kateqoriya - 1-ci sinif
II Kateqoriya - 2-ci sinif
III Kateqoriya - 3-4-cü sinif
IV Kateqoriya - 5-6-ci sinif
V Kateqoriya - 7-8-ci sinif
VI Kateqoriya - 9-10-cu sinif
VII Kateqoriya - 11-ci sinif

İmtahan tarixi: 11.02.2024
Son qeydiyyat: 11.02.2024

Elm

1- ci səviyyə 3-4 siniflər,
2 -ci səviyyə 5-6 siniflər
3 -cü səviyyə 7-8 siniflər
4 -cü səviyyə 9-10 siniflər

İmtahan tarixi: 28.01.2024
Son qeydiyyat: 26.01.2024

BİOLOGİYA

1- ci səviyyə 9-10 siniflər,
2 -ci səviyyə 11 sinif

İmtahan tarixi: 28.01.2024
Son qeydiyyat: 26.01.2024

FİZİKA

1- ci səviyyə 9-10 siniflər,
2 -ci səviyyə 11 sinif

İmtahan tarixi: 28.01.2024
Son qeydiyyat: 26.01.2024

IQ-Məntiq

1- ci səviyyə 1-2 siniflər,
2 -ci səviyyə 3-4 siniflər
3 -cü səviyyə 5-6 siniflər
4 -cü səviyyə 7-8 siniflər
5 - ci səviyyə 9-10 siniflər
6 - cı səviyyə 11 sinif

İmtahan tarixi: 21.01.2024
Son qeydiyyat: 19.01.2024

İmtahan tarixləri

  • Riyaziyyat: 14.01.2024, saat 15:00
  • IQ - 21.01.2024, saat 11:00
  • Fizika -  28.01.2024, saat 14:30
  • Biologiya -  28.01.2024, saat 13:00
  • Kimya -  28.01.2024, saat 11:30 
  • Elm - 28.01.2024, 10:00
  • Astronomiya - 28.01.2024, 15:30
  • İngilis dili: 11.02.2024

Aşağıdakı qaydalar bütün fənnlər üçün keçərlidir:

  • Sual sayı: 25 sual
  • Sual formatı: Çox variantlı
  • Bir doğru cavab verilən bal: 4 bal
  • Bir səhv cavaba görə çıxılan bal: 1 bal
  • Yazılmayan sual görə bal verilmir və çıxılmır.
  • İmtahan müddəti: Bütün siniflər üçün 60 dəqiqə

Seçim Turu haqqında məlumat:

  • İlkin mərhələdə hər kateqoriya üzrə top 30% düşən şagirdlər Qlobal Raundda iştirak etmək hüququ qazanırlar.
  • Topladığı baldan asılı olmayaraq, İlkin Turun bütün iştirakçıları İştirak Sertifikatı alacaqlar.
  • Qlobal raundda iştirak hüququ qazanan tələbələr İlkin Raund imtahanında topladıqları bala uyğun olaraq Nailiyyət Sertifikatı və medalla təltif olunacaqlar.
  • 30% -  Fəxri Mention Sertifikatı
  • 25% - Bürünc medal
  • 15% - Gümüş Medal
  • 10% - Qızıl Medal 

İmtahan qaydaları daha detallı

- Bu imtahanda 25 çox seçimli və klassik tipli suallar var. Hər sual 4 bal qiymətləndirilir.
- Tələbənin ala biləcəyi maksimum bal 100-dür. Dörd (4) səhv cavab bir düzgün cavabı silir.
- Bu imtahana ayrılan vaxt 60 dəqiqədir. Nümayəndə sizə başlamağı və dayanmağı söylədikdə başlayacaqsınız

Nümayəndə sizə başla dediyi zaman:

- Şagirdlərə heç bir elektron cihazdan istifadə etməyə icazəyə verilmir.
- İmtahana başlamazdan əvvəl sual kitabçasını yoxlayın və hər hansı birinin sualın qaçırıldığını müəlliminizə bildirin.
- Şagirdlər cavabları, cavab kartına əlavə etmək üçün qələmdən istifadə edə bilərlər.
- Hər suala yalnız bir cavab verilməlidir. Birdən çox cavab verilən sual səhv cavab kimi dəyərləndirilir.
- Tələbələr hər hansı bir məsələnin mənası ilə bağlı müəllimlə məsləhətləşə bilməzlər.
- Tələbələr imtahan zamanı heç bir yardım göstərməməli və ya almamalıdırlar. Hər hansı bir fırıldaqçılıq, başqalarına fırıldaqçılıqda kömək etmək, bu və ya bu cür uyğun olmayan davranışlara cəlb etmək ciddi pozuntudur və bir qayda olaraq diskvalifikasiyaya səbəb olur.

 

Nəticələrin elan olunması

Nəticələr 48 saat ərzində elan olunur.
Nəticələrə https://olympic.goc.edu.az/check burdan baxa biləcəksiniz.


 

Apellyasiya

  • imtahandan sonra dərhal aktiv olunur.
  • siz e-poçta suallar bağlı şikayətinizi yaza bilərsiniz.
  • İlkin nəticələrdə bu nəzərə alınır
  • Nəticələr elan olunduqdan sonra Apellyasiya 24 saat ərzində yenidən davam etdirilir. 
  • 24 saat sonra yazılan heç bir nəticəyə baxılmır, müraciət etibarsız sayılır.
  • Apellyasiya Müraciət aşağıdakı kimi olmalıdır:
    Mail:[email protected]
    Mövzu: Apellyasiya - kateqoriya x, sual x
    Mətn: Şagirdin adını siyadını kateqoriyasını və sualı yazırsınız, sualda harda səhv gördüyünüzü geniş şəkildə izah edirsiniz. 

 

Qlobal Turu haqqında məlumat:

  • Qlobal raundda iştirak edənlər vacib səyahət sənədlərini göstərmək üçün vebsaytda və ya rəsmi ölkə nümayəndələri vasitəsilə yenidən qeydiyyatdan keçməlidirlər.
  • Qlobal Raund 22-26 iyunda 2024-cü il tarixlərində Dubay şəhərində təşkil olunacaq.
  • Qlobal Round imtahanı  - imtahan, interaktiv tapşırıqlar olacaq.

 

Global Raund haqqında

● Şagirdlər Qlobal Raundda yarışa bilmək üçün Yerli Raundda top 30% düşməlidir.
● İmtahanlar üçün istifadə olunan əsas dil ingilis dilidir və eyni zamanda suallar Yerli raunda İngilis, Rus, Azərbaycan, Global raunda isə İngilis, rus, Azərbaycan dilində təşkil olunacaq.
● Qlobal Raundda iştirak etmək istəyən tələbələr yaşayış, nəqliyyat, yemək, bələdçilik haqqı və s. daxil olan iştirak haqqını ödəməlidirlər. Hər bir Olimpiadanın öz qeydiyyat haqqı vardır və bu barədə məlumat veriləcəkdir.

QEYD: 150 dollar geri qaytarılmayan ödənişdir. 

● Valideynlər və qonaqlar bizim Qlobal Raundda da iştirak edə bilərlər. Övladlarını Qlobal Raundda müşayiət etmək istəyən valideynlər dəvət məktublarını almaq üçün öz ölkəsinin nümayəndəsi ilə əlaqə saxlamalıdırlar.

● Bağlanış Mərasimindən sonra əlavə turlar mümkündür və yerlər məhdud olduğu üçün turda iştirak etmək istəyən tələbələr, valideynlər və ya qonaqlar əvvəlcədən rezervasiya etməlidirlər.

  •  
  • Aşağıdakı linkə daxil olun. FİSO üzərinə tıklayın. Burada hansı fənndən imtahan verəcəksinizsə onun sual nümunələri ilə tanış ola bilərsiniz. 

    SUAL NÜMUNƏLƏRİ İLƏ TANIŞ OLUN: https://goc.edu.az/sual-numunlri/